Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Təxirəsalınmaz vəzifə zərərçəkmişlərə yardım göstərməkdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şərqi və Qrəbi Azərbaycan, Kürdüstan və Ərdəbil əyalətlərində həmvətənlərdən bir neçəsinin ölümü ilə nəticələnən sel və daşqın hadisəsi ilə bağlı müraciət ünvanladı. İslam İnqilabının Rəhbəri müraciətində sözügedən faciə ilə bağlı başsağlığı verərək ded: “Aidiyyatı şəxslərin vəzifəsi zərərçəkmişlərə yardım göstərmək, ağrı-acılarını azaltmaqdır”.

Ali Məqamlı Rəhbərin müraciətinin tam mətni:

Uca Allahın adı ilə

Şərqi və Qrəbi Azərbaycan, Kürdüstan və Ərdəbil əyalətlərində əziz həmvətənlərdən bir neçəsinin ölümünə, ağır maliyyə ziyanlarına səbəb olan sel və daşqın acı və kədərləndirici bir hadisədir.

Fəlakətlə üzləşmiş və acı çəkən insanlara dərin hüznlə başsağlığı diləyir, dərdlərinə ortaq olduğumu bildirir, Allahdan onlara səbr və təskinlik istəyir, dünyasını dəyişmişlərə rəhmət və bağışlanma diləyirəm. Aidiyyatı qurumların təxirəsalınmaz vəzifəsi zərərçəkmişlərə yardım göstərmək, qəm-qüssələrini azaltmaqdır. Bu vəzifənin icrası zamanı heç bir təxirə yol verməmək və zəiflik göstərməmək lazımdır. Ümidvaram ki, Allah-taala fəlakətlə üzləşmiş insanlara və yardım göstərənlərə qarşı lütfkar olacaq, onları mükafatlandıracaq və yardım göstərəcək.

Seyyid Əli Xamenei
15 aprel 2017

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /