1396-cı hicri şəmsi ilinin başlanğıcı münasibətilə müraciət ünvanlayan İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bütün həmvətənləri, iranlıları, xüsusilə şəhid və fədakarların möhtərəm ailələrini Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu və Novruz bayramı münasibətilə təbrik etdi. İran xalqı və dünya müsəlmanlarına bərəkətli, əmin-aman və rifah dolu bir il arzulayan Rəhbər yeni ili “Müqavimət iqtisadiyyatı: istehsal-məşğulluq ili adlandırdı”.
1395-ci ilin İran xalqı üçün acı və şirin hadisələrlə yadda qaldığını deyən Həzrət Ayətullah Xamenei keçən il İran xalqının sevinc və şadlığına səbəb olan bəzi mühüm amillərdən söz açdı: “1395-ci ilin bütün hadisələrində İranın izzəti və əziz xalqının kimliyi hiss olunurdu. Dünyanın hər yerində düşmənlər İran xalqının qüdrəti və əzəmətini etiraf edirdilər”.
İslam İnqilabının Rəhbəri bəyan etdi ki, ABŞ prezidentinin nümayiş etdirdiyi hörmətsizliyə cavab olaraq xalqın 22 Bəhmən günündəki izdihamlı və qeyrətli iştirakı, habelə Qüds günü xalqın əzəmətli toplaşması İran xalqının üstün məqəsdləri və kimlıiyinin göstəricisidir: “İranın qonşuları və region dövlətlərində qeyri-sabitlik olmasına baxmayaraq, regional və beynəlxalq qeyri-sabitliyin hökm sürdüyü bir mühitdə ölkədə əmin-amanlığın olması çox mühüm bir göstəricidir. İran milləti il boyu stabil təhlükəsizlik şəraitini təcrübə etdi”.
İran millətinin uğur və nailiyyətlərini səciyyələndirən gənclik ambisiyası və genişmiqyaslı mömincəsinə fəaliyyətlər İslam İnqilabı Rəhbərinin işarə etdiyi digər iki parametr oldu: “Ölkənin hər yerində minlərlə gənc qrupların izdihamlı və innovativ elmi, mədəni, istehsal və idman fəaliyyətlərini, isti və xoş təəssürat bağışlayan dini fəaliyyət və iclasların təşkilinin şahidi olmaq, bu haqda məlumat almaq ölkə və millətin sevincinə səbəb olan müsbət və sevindirici cəhətlərdəndir”.
Həzrət Ayətullah Xamenei daha sonra ötən ilin acı və şirin hadisələrinin xalqın, xüsusilə orta və yoxsul təbəqənin insanlarının məişət və iqtisadi probleləri ilə bağlı olduğunu dedi: “Xalqın vəziyyətindən xəbərim var. Buna görə də xalqın, xüsusilə yoxsul təbəqənin bahalıq, işsizlik, ayrıseçkilik, bərabərsizlik, sosial patalogiyalar kimi iqtisadi problemlərini bütün varlığımla hiss edirəm”.
O vurğuladı: “Biz hamımız cavabdehik. Həm Allah-taala, həm də xalq qarşısında cavab verməliyik”.
İslam İnqilabının Rəhbəri 95-ci ilin adlandırılmasında atılan addımlar və görülən işlərlə bağlı göstərilən israra və məsullar tərəfindən haqqında məlumat verilən işlərin icrasına işarə edərək dedi: “Həyata keçirilmiş işlərlə xalq və rəhbərliyin gözləntiləri arasında çox böyük fasilə var. Müsbət və mənfi statistikaları birlikdə gözdən keçirmək lazımdır”.
O, Müqavimət iqtisadiyyatı adına diqqətin təklikdə effektiv olmadığını dedi və hal-hazırki vəziyyətdən çıxış yolu haqqında bunları dedi: “Çıxış yolu Müqavimət iqtisadiyyatının açar və mühüm cəhətlərə bölünməsində, bütün məsullar və xalqın həmin cəhətlər üzərində mərkəzləşməsindədir. Açar nöqtələr daxili istehsal və məşğulluqdan, xüsusilə gənclərin işlə təmin edilməsindən ibarətdir”.
Həzrət Ayətullah Xamenei bu zərurətə əsasən 96-cı ili “Müqavimət iqtisadiyyatı: istehsal-məşğulluq ili” adlandırdı: “Bu açar nöqtələr üzərində mərkəzləşmək və proqram tərtib etmək rəhbərliyin və xalqın məsullardan tələbidir. Bu aspekt böyük uğur və nailiyyətlər əldə edilməsinə səbəb olacaq. Məsullar ilin sonunda xalqa nəticələr haqqında hesabat verməlidirlər”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir