Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam İnqilabının Rəhbəri iki meyvə ağacı əkdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər “Təbii sərvətlər həftəsi” münasibətilə iki meyvə ağacı əkdi.

Həzrət Ayətullah Xamenei sonra yaşıllıqlar və bitki örtüyünün əhəmiyyətindən danışaraq dedi: “Tozlu və çirkli havanın yaratdığı fəsadların çoxunun, habelə şəhərlərin havasının çirkli olmasının səbəbi bitki örtüyünün az olmasıdır. Ölkənin iqlim şəraiti və səhraların geniş əraziləri əhatə etdiyini nəzərə alsaq, yaşıllıqların qorunması daha çox əhəmiyyət daşıyır”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, müxtəlif növ dərman bitkilərinə malik yaşıllıqların olması, habelə şimal meşəlikləri İranın florasının üstünlüklərindəndir: “İranın şimal meşələri dünyanın unikal meşələrindəndir. Ancaq bir qrup tacir milli mənafeyi nəzərə almayaraq ölkənin meşələri və təbii sərvətlərini talan edirlər. Bu meşələr talandan qorunmalıdır”.

O vurğuladı: “Meşələr, otlaqlar, kənd təsərrüfatı torpaqları üzrə səlahiyyətli şəxslər gördükləri işin çox mühüm əhəmiyyət daşıdığını bilməli və bu böyük milli sərvəti qorumalıdırlar”.

İran meyvələrinin özünəməxsus yüksək keyfiyyətlərə malik olduğunu deyən Həzrət Ayətullah Xamenei meyvə idxalına görə təəssüf hissi keçirdiyini bildirdi: “Meyvə idxal etmək səhv işdir. Məsul şəxslər zərurət olmadığı hallarda bu işin qarşısını alsınlar”.

İslam İnqilabının Rəhbəri sonda bildirdi ki, ağacəkmə mərasimi xalqın əziz İranın yamyaşıl təbiətinə ehtiramının rəmzidir: “Hər kəs bu ilahi nemətin qədrini bilməlidir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /