Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Fatiməyə (s.ə) həsr edilmiş şəhadət axşamı mərasimi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri, ölkə başçısı, dövlət rəsmilərindən bir qrupu və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət axşamına həsr edilmiş matəm mərasimi keçirildi.

Mərasimdəki çıxışı zamanı cəmiyyətdə doğru siyasi mədəniyyətin yayılmasının əhəmiyyəti, zərurəti, bu prosesə mane olan amillərdən danışan Höccətül-İslam vəl-müslimin Pənahiyan tarixi faktlara da toxundu: “Siyasi mədəniyyət sahəsində islahatlar aparılmayana qədər mədəniyyət və siyasət sahəsi arzuolunan həddə yüksəlməyəcək”.

O, imperializmlə mübarizə, ədalətpərvərlik və şəhadət istəyinin İslam cəmiyyətinə xas olan siyasi mədəniyyətin komponentlərindən olduğunu dedi: “Həzrət Fatimeyi-Zəhra (s.ə) cəmiyyətin siyasi vəziyyətini düzəltmək üçün fədakarlıq etdi”.

Mərasimdə cənab Səmavati və cənab Mütii Həzrət Siddqeyi-Kubraya (s.ə) həsr edilmiş növhə və mərsiyələr oxudular.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /