Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Fatimənin (s.ə) şəhadət gecəsinə həsr edilmiş mərasim

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr edilmiş matəm mərasimi keçirildi.

Xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın və dövlət rəsmilərindən bir qrupunun iştirak etdiyi bu mərasimdə Höccətül-İslam vəl-müslimin Ali çıxışı zamanı İslam Peyğəmbəri (s) və Əhli-beytin (ə) İlahi rəhmətin təzahürü olduğunu dedi: “Pak imamlar (ə) İlahi rəhmətin mədənidirlər. Bu işıqlı mənbə ilə ünsiyyət olmadan inkişaf və hidayət hasil olmur”.

Natiq qeyd etdi ki, Əhli-beytlə (ə) ünsiyyət Qurani-kərimdən faydalanma ilə şərtlənir: “Həzrət Fatimeyi-Zəhra (s.ə) ümmətlə peyğəmbərlik və imamət arasındakı birləşdirici halqadır. Əgər o olmasaydı, bəşəriyyət Allahın rəhmətindən məhrum olardı”.

Mərasimdə iştirak edən Cənab Kərimi xanımın qarşılaşdığı müsibətlərdən danışıb mərsiyə oxudu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /