Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Fatiməyə (s.ə) həsr edilmiş ikinci mərasim gecəsi

Bu gecə İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr edilmiş matəm mərasiminin ikinci gecəsi keçirildi.

Xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın və dövlət rəsmilərindən bir qrupunun iştirak etdiyi bu mərasimdə Höccətül-İslam vəl-müslimin Rəfii Həzrət Fatimeyi-Zəhranın (s.ə) Allah-taala, İslam Peyğəmbəri (s), pak imamlar (ə) və mələklərin yanında qazandığı xüsusi və üstün məqamdan danışdı: “Həzrət Zəhra (s.ə) ismət və məsumluq məqamındadır. Onun razılığı və qəzəbi Allahın razılıq və qəzəbinin göstəricisidir”.

“Qayıdışa inam”ın Həzrət Fatmieyi-Zəhranın (s.ə) həyatının ibrətamiz və qəti prinsipi olduğunu deyən xətib Həzrət Zəhranın (s.ə) həyatına xas olan “qayıdış inancı”nın ayrı-ayrı yönlərindən danışdı: “Qayıdışa inam cəmiyyətdə tövhid inancı və saleh əməlin daha da zənginləşməsinə, habelə ictimai hüquqlara riayət edilməsinə, günah, Allahın haqqı və insan hüquqlarının pozulmasından çəkinməyə səbəb olur”.

Mərasimdə cənab Məhəmmədrza Tahiri İslamın üstün xanımı Həzrət Fatimeyi-Zəhranın (s.ə) müsibətlərindən danışıb növhə və mərsiyələr oxudu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /