İslam İnqilabının Ali Məqamlı Rəhbəri, qanunverici və məhkəmə orqanlarının rəhbərləri, dövlət rəsmiləri və xalqın müxtəlif təbəqələrindən olan bir qrup insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş birinci mərasim gecəsi keçirildi.
Mərasimdə Həzrət Fatimənin (s.ə) mənəvi məqam və üstünlüklərinin insan ağlının dərk edəcəyi həddən çox-çox yüksəkdə olduğunu deyən Höccətül-İslam vəl-müslimin Siddiqi “Fədəkiyyə xütbəsi”nin daha qabarıq hissələrinə toxunaraq dedi: “İslam cəmiyyətində Əhli-beytin (ə.s) göstərişlərinə itaət göstərmək əsas prinsipdir, ədalət və vəhdət bərqərar olmasına səbəb olur”.
Bu mərasimdə cənab Ərzi imamlar anası Siddiqeyi-Kübranın (s.ə) müsibətlərinə həsr edilmiş mərsiyə və növhələr oxudu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir