Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bu ilin 22 Bəhməni İslam İnqilabı və İran üçün şərəf oldu

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Azərbaycandan gəlmiş minlərlə insan izdihamı ilə görüşü zamanı qeyd etdi ki, xalqın 22 Bəhmən yürüşündə sıx, güclü və bayram əhval-ruhiyyəli iştirakı İnqilab, dövlət və İranın şərəf və heysiyyət mənbəyidir. O, bildirdi ki, ölkənin məsul şəxsləri bu iştirakı xalqın şikayətinin olmaması kimi başa düşməməlidirlər: “ABŞ istəyir ki, təhdid və hərbi müharibə manevrini təkrar etməklə ölkənin məsul şəxlsərinin diqqətini əsl həqiqi müharibə səhnəsindən, yəni iqtisadi müharibədən yayındırsın. Məsullar ayıq olsunlar, bütün səylərini işsizlik, böhran, bahalıq və ayrıseçkilik kimi problemləri həll etməyə sərf etsinlər”.

Xalqın bu ilin 22 Bəhmən yürüşündəki izdihamlı iştirakını İnqilab, dövlət və İranın şərəf və heysiyyət mənbəyi hesab edən İslam İnqilabının Rəhbəri xalqa səmimi qəlbdən təşəkkür etdi: “Bu il təkcə daxili media qurumları deyil, İnqilabın düşmənləri də ötən illərdən fərqli olaraq şəhərlərin çoxunda xalqın iştirakında artım müşahidə edildiyindən yazdılar, “milyonluq” ifadələrdən istifadə edərək bu izzətli iştirakın olduğunu etiraf etdilər. Mən həqiqətən, təşəkkürümü xalqa hansı sözlərlə ifadə etməkdə çətinlik çəkirəm”.

O, İslam İnqilabı və İslam Respublikasına qarşı dezinformasıya yaratmaq üçün CİA, Mossad, İngiltərənin məxfi və xüsusi kəşfiyyat orqanıının durmadan səy göstərməsi və qarunların neft dollarlarının xərclənməsi məsələsinə toxundu: “Bütün il boyu yüzlərlə peyk kanalı, virtual aləm, İrandan qaçmış müflislər dövləti təhqir etməklə, zəiflətmək və ittiham etməklə məşğuldur. Ancaq xalqın 22 Bəhmən günü ilahi rəhmət yağışı kimi əzəmətli iştirakı bu toz basmış mühiti təmizləyir, duru və bərəkətli bir çay kimi çirkinlikləri yuyub aparır”.

Həzrət Ayətullah Xamenei 22 Bəhmən yürüşündə iştirak edən cəmiyyətin tərkibi haqıqnda düşünməyin zəruri və çox mühüm olduğunu vurğuladı: “Bu böyük əhalinin çox hissəsi despotizmin nəfəs kəsən qara və acı dövrünü, İnqilabın qələbəsini, mərhum İmamı, Müqəddəs Müdafiəni görməyib, ancaq hiss, dərrakə, aydın zəka və maariflə küçələrə çıxır”.

O, vurğuladı: “Üçüncü və dördüncü nəslin İnqilab və dövlətin müdafiəsi meydanındakı ümidverici iştirakı və müqaviməti İnqilabın dinamikliyi və inkişafının göstəricisidir. Bu, çox mühüm və diqqət cəlb edən bir nüansdır”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, sistemin effektsizliyini göstərmək üçün düşmənlərin göstərdikləri səylər həvəngdəstdə su döyəcləməyə bənzəyir: “Təbii ki, dünyanın hər yerində olduğu kimi, bizdə də qanun pozuntuları var. Biz onların üzərindən qətiyyən keçmirik. Ancaq düşmən son 38 ilin çox mühüm nailiyyətlərini və fəaliyyətlərini görməzdən gəlməyə və xaqlı məyus etməyə çalışır”.

Həzrət Ayətullah Xamenei real statistikalara istinadən son 40 ildə ölkənin bəzi infrastruktur sahələrinin inkişaf göstəricilərinin heyrətamiz olduğunu dedi: “Bu inkişaf və sıçrayışların bəzisi normal şərtlər altında yüzillik dövrlərdə də mümkün deyil”.

O, bildirdi ki, despotizmin təhqiramiz dövrü ilə müqayisədə iranlıların nail olduqları şərəf və heysiyyət İnqilabın qürurverici nailiyyətlərindəndir: “ABŞ və İngiltərənin boyunduruğu altında olan rejim milləti xar və aciz vəziyyətə salmışdı. Amma bu gün hamı millətin izzət və iqtidarından danışır, İranın təyinedici iştirakını etiraf edir. Hamı bilir ki, regionun demək olar ki, bütün məsələlərində İranın iştriakı və istəyi olmasa, heç bir iş baş tutmayacaq”.

İnqilabın Rəhbəri qeyd etdi ki, 22 Bəhmən millətin öz mövqeləri və istəklərini elan etməsi üçün ilahi bir nemət və qiymətli bir fürsətdir: “Bu il xalq göstərdi ki, düşmənlərin qarşısında dayanıb, İslamı reallaşdırmaq və xalqdan qaynaqlanan İslam dövlətini inkişaf etdirmək niyyətindədir, hər hansı dövlət məmuru xalqla birlikdə olub müqavimət göstərməsə, onu tərəddüd etmədən kənarlaşdıracaqlar”.

Həzrət Ayətullah Xamenei dövlət məmurlarına səsləndi: “Xalqın İranı udmaq üçün pusquda durmuş düşmən qarşısındakı izdihamlı yürüşünü onun məmurların fəaliyyətlərindən narazı olmaması kimi dəyərləndirməyin. Çünki xalq müxtəlif problemlərdən, o cümlədən ayrıseçkilik, işsizlik, problemlərə etina edilməməsindən şikayətçidir, narahatlıq hissi keçirir, əziyyət çəkir.

O, vurğuladı: “Müqavimət iqtisadiyyatı, əməl və fəaliyyət ili başa çatmaqdadır, dövlət məmurları və digər qüvvələr xalqa bu sahədə hansı işləri gördükləri ilə bağlı hesabat verməlidirlər”.

İnqilabın Rəhbəri əlavə etdi: “Məsullar xalqa “belə olmalıdır”, deyil, “belə oldu” deməlidirlər”.

Həzrət Ayətullah Xamenei işsizlik, böhran və bahalığın ölkənin mühüm problemlərindən olduğunu dedi: “Əlbəttə, məsullar çalışırlar. Ancaq ölkənin imkan və potensialları bunlardan daha artıqdır, çoxtərəfli problemlərdən çıxış yolu da məlumdur”.

O, qeyd etdi ki, 6 il bundan əvvəlki çıxışında düşmənin iqtisadi təzyiqləri artırmaq və xalqda məyusluq yaratmaq məqsədi güddüyünü demişdi: “Məsullar iqtisadi məsələlərdə çox diqqətli olmalıdırlar. Əlbəttə, elmi və mədəni məsələlər də mühüm əhəmiyyət daşıyır. Ancaq qısamüddətli perspektivdə iqtisadi məsələlər daha prioritetdir”.

İslam İnqilabının Rəhbəri ABŞ-ın indiki və gələcək hökumətinin İranı müharibə ilə təhdid hədəfini təhlil edərək dedi: “Bu gün əvəvlki kimi masa arxasında hərbi seçimlərdən dəm vururlar, avropalı rəsmi də bizim rəsmilərə deyir ki, əgər BFKP olmasaydı, müharibə qaçılmaz idi. Ancaq bu söz tamamilə yalandır. Onlar bizim diqqətimizi həqiqi müharibədən, yəni iqtisadi müharibədən yayındırıb hərbi müharibəyə yönləndirmək, bununla da ölkə rəsmilərinin iqtisadi inkişaf sahəsində təmərkzüləşməsinə, qərblilərin İran xalqı ilə mədəni müharibəsinə diqqət ayırmasına mane olmağa çalışırlar”.

Həzrət Ayətullah Xamenei layihə və proqramlara nəzarət edilməsi və izlənilməsinin tamamilə zəruri olduğunu dedi: “Möhtərəm prezidentdən istəmişəm, icraçı direktorlara xəbərdarlıq versin. İdarəetmə şəffaflıq, nəzarət və izləmə ilə müşayiət olunmalıdır. Əks təqdirdə, əgər müdirlərin quruca “olsun”, qarşı tərəfin isə eyni qaydada “oldu” deməsi ilə inkişaf baş verməz və real bir iş görülməz”.

İslam İnqilabının Rəhbəri “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə toplayın” ayəsinə istinad edərək vurğuladı: “Bu ayədə təkcə hərbi qüvvəyə diqqət nəzərdə tutulmur. Ayədə Allah demək istəyir ki, bacardığınız qədər özünüzü bütün cəhətlərdən gücləndirin. Bu dəfələrlə qeyd etdiyim həmin daxili strukturun möhkəmləndirilməsi məsələsidir”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, ekspertlərin rəyinə əsasən daxili imkanlardan tam şəkildə istifadə ediləcəyi təqdirdə 8% inkişaf mümkündür: “Əsl inkişaf istehsal həcminin artırmaq, daxili iqtisadiyyatı, yəni müqavimət iqtisadiyyatını gücləndirməkdir, təkcə daha çox neft satışı deyil. Əlbəttə, o da öz növbəsində faydalıdır”.

O, əllərini yalnız çatışmazlıqlar və zəif cəhətlər üzərinə qoyub onları şişirtməklə məşğul olan ünsürləri tənqid edərək dedi: “Maraqlı məqam ondan ibarətdir ki, bu ünsürlər özləri düşmənə sanksiyalar cürətini verən adamlardır”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində elan etdi ki, Təbrizdə baş vermiş 29 Bəhmən 1356-cı il hadisəsi mühüm bir dərs və İslam İnqilabının qələbəsi yolunda xalqı irəli aparan mühərrik rolunu oynamışdır: “Azərbaycan əhalisi keçən 130 il ərzində ölkədə baş vermiş Tənbəki, Məşrutə, Neft sənayesinin Millilləşdirilməsi, İslam İnqilabı, Müqəddəs Müdafiə kimi bütün ictimai və siyasi dəyişiklərin ən əsas mübarizə sütunlarından biri olmuşdur. Bu, Azərbaycanın qürurverici kimliyi və tarixidir”.

Həzrət Ayətullah Xamenei İnqilabın ilk illərində Təbrizdə bəzi qruplaşmaların təfriqəçi təhriklərdən istifadə etdiyindən də söz açdı: “Ancaq böyük rəhbərimiz ingilislərin köhnə siyasətlərindən qaynaqlanan həmin hərəkətlər haqqında belə dedi: “Heç kəs narahat olmasın, çünki Təbriz əhalisi onların cavabını verəcək”. Belə də oldu”.

O, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən Azərbaycan əhalisinin, gənclər və adlı-sanlı şəxsiyyətlərinin düşmənlərin təfriqələri və vəsvəsələri qarşısındakı ayıqlığının tərifəlayiq olduğunu dedi: “Azərbaycan İnqilab və İslam sisteminin güc nöqtəsidir. Buranın əhalisi milli birliyin müdafiəsi yolunda canlarını qoymuşlar. Hər kəs bu fədakarlığın qədrini bilməlidir”.

Həzrət Ayətullah Xamenei türk, fars, lor, kürd, ərəb və bəluç kimi etnik müxtəlifliklərin İran üçün qiymətli bir fürsət olduğunu dedi: “Düşmən öz təsəvvüründə ölkənin bütün boşluqlarından istifadə edib bir zəlzələ yaratmaq üçün etnik parçalanma yaratmağa daim tamah salmışdır. Halbuki, ölkədə heç bir parçalanma yoxdur və xalq vəhdət və birlik içindədir.

İranın böyük etniklərinin, hamısından öndə də Azərbaycan xalqının düşmənlərin çirkin siyasətləri qarşısında müqavimət göstərməsi və sinələrini sipər eməsindən danışan İslam İnqilabının Rəhbəri Bəluçistanın sünni alimlərindən olan mərhum Mövləvi Əbdüləziz Sadati, Kürdüstanın sünni alimlərindən olan mərhum şəhid Şeyxül-İslam, habelə Xuzistan ərəblərindən olan gənc komandir şəhid Əli Haşiminin İslam və İnqilabın müdafisəinə qalxmış xalqların birlik və həmrəyliyinin nümunələri olduğunu dedi: “İran xalqı birdir, bir-birinə bağlıdır, müttəfiqdir, həmrəydir”.

Həzrət Ayətullah Xamenei bu aspektdən son günlər “milli barışıq” adı alında ortaya atılmış ifadənin mənasız olduğunu dedi və qəzetlərdə onun daha da işıqlandırılmasını tənqid etdi: “Məgər xalqlar bir-birindən küsübmü ki, barışmaq da istəsin? Küsülülük yoxdur. Əlbəttə, xalqımız 88-ci ilin Hüseyn Aşurasını təhqir etmiş, vəhşilik, ağılsızlıq və həyasızlıq edərək bəsici gənci küçənin ortasında soyunduraraq döymüş insanlardan küsmüş və barışmayacaqdır”.

O, əlavə etdi: “Təbii ki, İnqilab prinsipinə qarşı olan, “Seçkilər bəhanədir, bizim hədəfimiz dövlətin əsasıdır” deyənlərin sayı azdır, İran xalqının böyük və təravətli okeanı qarşısında kiçik bir damladır”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “İran xalqı İslam, İran, müstəqillik, düşmən qarşısında müqavimət olduğu hər bir yerdə bütün varlığı ilə dayanıb və birdir, həmrəydir. Təbii ki, hər hansı siyasi məsələdə iki nəfər arasında fikir ayrılığı ola bilər, ancaq böyük və mühüm bir şey deyil, adi və təbii bir hadisə hesab edilir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Millətin coşqun, bir və vahid okeanı günbəgün gücləndirilməlidir”.

İnqilabın Rəhbəri millətin qəlbini daim isidən ilahi və müqəddəs ümid şölələrindən söz açaraq dedi: “Bütün inkişaf göstəricilərinə baxmayaraq, bu vaxta qədər biz İslam və İnqilab ideyalarının həyata keçməsi yolunda təkcə kiçik bir addım atmışıq. Ədalətli, mütərəqqi, qüdrətli və izzətli İslam cəmiyyətinə doğru iri addımlar atmalıyıq. Allahın lütfü ilə millətin və sistemin yolunu davam etdirməklə qələbə və gələcək mütləq, əziz İran millətinin olacaq”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Vəliyyi-Fəqihin Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsi Təbriz şəhərinin İmam cüməsi Ayətullah Müctəhid Şəbüstəri Fatimə günləri ilə bağlı başsalığı dilədikdən sonra dedi: “Azərbaycanın qeyrətli əhalisi 29 Bəhmən 1356-cı il tarixində tarixi və unudulmaz bir qəhrəmanlıq dastanı yaratdı. Bu ilin 22 Bəhmən günü də öz ayıqlıqlarını bir daha sübut etdilər və rəhbərləri ilə olan əhdlərini təzələdilər”.

Vəliyyi-Fəqihin Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsi vuğuladı ki, İranlılar Böyük Şeytanın hiyləsinə heç vaxt inanmamış və inanmayacaqdır: “İran xalqı vəhdət və birliyi ilə sübuta yetirdi ki, milli maraqlar və milli təhlükəsizliyin müdafiəsi yolunda birdir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /