Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalqın 22 Bəhmən yürüşü millətin hazırlığının göstəricisidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) günortadan sonra İsveçin baş naziri cənab Stefan Lofvenlə görüşü zamanı qeyd etdi ki, hər iki ölkə əməkdaşlıqları artırmaq üçün böyük potensiallara malikdir: “İki ölkənin bütün sahələr üzrə əlaqələrinin artırılmasını alqışlayırıq. Ümidvarıq ki, müzakirələr və əldə edilmiş razılaşmalar praktiki olaraq da həyata keçəcək”.

Həzrət Ayətullah Xamenei İranla İsveçin faktiki əlaqələrinin mövcud imkan və potensiallarla müqayisədə çox aşağı olduğunu bildirdi: “İranla əlaqələrinin tarixi çox uzun olduğu üçün İsveç xalqımızın nəzərində yaxşı bir ölkədir. İki xalqın bir-birinə qarşı bu nikbin baxışı əməkdaşlıqların inkişaf etdirilməsinə əlverişli zəmin yaradacaq”.

Son bir il yarım ərzində bəzi Avropa dövlətlərinin Tehrana gəlməsi, danışıqlar aparması, eyni zamanda imzalanmış müqavilələrin çoxunun həyata keçməməsi məsələsinə toxunan Rəhbər İsveçin baş nazirinə dedi: “Bildiyim qədər siz əməl və fəaliyyət adamısınız. Ümid edirik, elə davranacaqsınız ki, müqavilələr kağız üzərində qalmayacaq”.

Təhsilli, pozitiv, hazırlıqlı gənclərə, habelə coşqulu, yüksək iradə və əzmkarlığı olan bir millətə malik olmasını İranın ən mühüm potensialı kimi səciyyələndirən İslam İnqilabının Rəhbəri bu ilin əzəmətli 22 Bəhmən nümayişinə işarə edərək dedi: “Dünyada inqilabların ildönümləri elit təbəqənin nümayəndələri və siyasətçilərin qarşısında təntənəli hərbi paradlar şəklində qeyd edilir. Ancaq İranda İslam İnqilabının qələbəsi xalqın özü tərəfindən təşkil edilir və bütün xalq təbəqələrinin iştirakı ilə əsl bayram şəklində qeyd edilir”.

O, bu coşqulu və nümunəvi iştirakı İran xalqının yüksək əhval ruhiyyəsi və hazırlığının misilsiz və fenomenal göstəricisi olduğunu vurğuladı: “Uzaqdan uzağa İran haqqında mühakimə yürüdən analitiklər bu əzəməti dərk etməkdə acizdirlər”.

Həzrət Ayətullah Xamenei habelə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilərkən İran İslam Respublikasının İsveçin xeyrinə səs verdiyinə işarə edərək əlavə etdi: “Təhlükəsizlik Şurası təəssüflər olsun ki, bəzi böyük dövlətlərin həbs edilməsi üçün mühüm bir potensiala çevrilib. Ancaq eyni halda, konstruktiv rol ifa edərək bu qurumun ikili standartlarının tətbiqinin qarşısını almağa çalışmaq olar”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində regionun hal-hazırkı problemlərinin kökündə böyük dövlətlərin müdaxiləsinin dayandığını dedi: “ABŞ və bir çox Avropa dövlətləri Suriya və İraqda acı hadisələrin meydana gəlməsində rol oynamışlar. Bu müdaxilələrdən xəbərdar olan region əhalisi onlara qarşı haqlı olaraq bədbindir”.

Regionun problemlərinin həlli yollarının regionun daxilində olduğunu vurğulayan Rəhbər İraqda vəziyyətin yaxşıya doğru dəyişdiyinə toxunaraq dedi: “Suriya probleminin həlli də bu şəkildə mümkündür. Ancaq bunun üçün terrorizm və müharibə təhrikinin dəstəklənməsi dayandırılmalıdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bəzi Qərb dövlətlərinin səfirlərinin Suriya dövlətinin müxalifləri sırasında yer alması və Suriyada müxalif düşərgələrin formalaşmağa başladığı vaxt onları səxavətlə silahlandırmaları bu problemli müdaxilələrin göstəricisidir: “Problemi həll etmək üçün öncə onun kökünü öyrənmək, bundan sonra ona əlac etmək lazımdır”.

Dövlət başçısı cənab Ruhaninin də iştirak etdiyi bu görüşdə Tehrana səfərin mühüm və tarixi bir səfər olduğunu qeyd edən İsveçin baş naziri Stefan Lofven ikitərəfli müzakirələri müsbət qiymətləndirdi: “İqtisadi əlaqələr və mühüm regional məsələlər haqqında müzakirələr apardıq. Müqavilələrin həyata keçməsinə çalışacağıq”.

Cənab Lofven İsveçin BMT-nin Təhlükəsizlik Şurasına üzvlük məsələsinə toxunaraq dedi: “Təhlükəsizlik Şurasındakı üzvlük kürsüsünü effektiv və fərqli bir iş həyata keçirmək üçün qəbul etdik. Bu əsasla da həmin mövqedə məqamda ölkələrin mövqelərini dəstəkləmişik”.

İsveçin baş naziri xalqların, xüsusilə də təhsilli və fəal gənclərin rolunun əhəmiyyətini vurğulayaraq dedi: “İranın gənc əhalisi çox qiymətli bir sərmayə və sərvətdir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /