Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Mömin və inqilabçı gəncləri çox sevir və dəstəkləyirəm

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Şərif Sənaye Universitetinin bir qrup xüsusi istedadlı və medal qazanmış tələbələri ilə görüşdü. Xüsusi istedadlıların ölkə və beynəlxalq yarış və olimpiadalarda qazandıqları medallar İslam İnqilabının Rəhbərinə hədiyyə edildi.

İslam İnqilabının Rəhbəri ölkənin bir qrup gənc elmi elitası ilə görüşü səfalı bir bağa tərəf pəncərə açılması, təzə və tər havanın içəri daxil olması, ölkə və dövlətin ali məqsədlərinin həyata keçməsinə ümidlərin daha da parlaması kimi səciyyələndirdi: “Mən Allah-taalaya ölkənin yaxşı, saleh və istedadlı gənclərinə görə şükr edirəm. Bu gənclər də özlərinin üstün istedadları, potensialları və xüsusi zəkalarına görə şükr etsinlər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, elmi elita tərəfindən irəli sürülən məsələlər bişmiş, doğru, dəqiq və ideyalara uyğun məsələlərdir: “İstixanalar kimi bütün ölkəyə yayılmış elit özəklər ölkənin gələcəyini mütləq, elm, təcrübə, istedad, dindarlıq və inqilabçı ətri ilə dolduracaq”.

O, elmi istehsal diskursunun bütün ölkəni əhatə etdiyinə və bunun elmi nəticələr verdiyinə toxunaraq dedi: “Ölkədə elmi hərəkətlilik və təlaş heç bir vəchlə ləngiməməli və ya dayanmamalı, əksinə daha böyük sürətlə davam etməlidir”.

İnqilabın Rəhbəri elmi elitanın əldə etdiyi medalların çox qiymətli olduğunu və bu gənclərin daxili istedadları və üstün kimliklərinin göstəricisi olduğunu dedi: “Bu medalların mənəvi dəyəri onların maddi dəyərindən çox yüksəkdir. Buna görə də istedadlı gənclərin hədiyyə etdikləri medalları böyük məmuniyyət və qürurla qəbul edirəm. Ancaq sonra onların özlərinə geri qaytaracağam”.

Həzrət Ayətullah Xamenei elmi fəaliyyətlə yanaşı, dini və inqilabi öhdəlik mövzusunun da çox mühüm əhəmiyyət daşıdığını vurğuladı: “Elmi tərəqqi təklikdə bir millət və dövləti xoşbəxt etməyəcək. Elmi fəaliyyətin yüksək mənəvi və inqilabi ideyalarla müşayiət olunması dövlətin qarşısında duran məsələlərin qaydaya düşməsinə, ölkənin region, İslam dünyası və bütün dünyada nümunəyə çevrilməsinə zəmin yaradacaq”.

O, bildirdi ki, yüksək maddi nailiyyətlərinə rəğmən, Qərb mədəniyyətinin indiki durğunluq, çatışmazlıq və zəifliklərinin səbəbi mənəviyyatsızlıq və ilahi ideyaların olmamasıdır: “Qərb cəmiyyətlərində, xüsusilə Amerikada müxtəlif fikri, elmi, əxlaqi sapmalar, ailə bünövrəsinin dağılması, artmaqda olan zorakılıq, əxlaqi pozğunluq və intiharların səbəbi də məhz budur. ABŞ-ın bəzi alim və mütəfəkkirləri bu uçurumlar, xəsarətlər və əxlaqsızlıqların olduğunu açıq şəkildə etiraf edirlər”.

İslam İnqilabının Rəhbəri Amerika cəmiyyətində günbəgün artmaqda olan zorakılıq və silahlı qətllərə işarə edərək dedi: “Amerikada adam öldürmək və silah gəzdirilməsinə rəvac verilməsi ciddi bir problemə çevrilmişdir. Problemin həlli isə insanların silahdan istifadə etməsini dayandırmaqdır. Ancaq silah istehsal edən mafoiz kompaniyalar Amerikada yüksək avtoritetə malik olduqları üçün ölkə rəhbərliyi silahdan istifadənin qeyri-qanuni olduğunu həyata keçirməyə cürət etmir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, dini və ilahi ideyalara ciddi diqqət və inqilabi öhdəlik ölkənin həqiqi inkişafının şərtidir: “Bu məsələ ölkənin iqtisadiyyat, siyasət, elmi fəaliyyət, dövlət idarəçiliyi və müdirlərin seçilməsi istiqamətlərində, ümumiyyətlə, bütün sahələrində xüsusi diqqət mərkəzində olmalıdır”.

O, qeyd etdi ki, ölkənin üçüncü inkişaf amili din və inqilab yolunda sabit və möhkəm dayanmaqdır: “İslam İnqilabının qələbəsi, 8 illik müqəddəs müdafiədəki qalibiyyət, habelə İslam dövlətinə qarşı təzyiq və hücumlara qarşı müqavimət göstərmək kimi böyük işlər görülməsinin səbəbi din və inqilab yolunda sapma və tərəddüdə düçar olmayan mətin və sarsılmaz insanlar olmuşdur. Din və İnqilab yolunda tərəddüd edən insanlardan uzaq durmaq və qorunmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri müxtəlif sahələrdə, xüsusilə ölkənin gələcəyi üçün təsiri olan meydanlarda mübariz iştirakın uğur və tərəqqinin bir başqa amili olduğunu dedi: “Mübariz fəaliyyətin mənası çətinliklər və maneələr qarşısında yorulmazlıq, fikir və məntiqə əsaslanan yol və hərəkətə imandır”.

İndiki gənc nəslin İnqilabın əvvəlki illərində yaşamış nəsildən daha güclü, daha ayıq və iti zehinli olduğunu deyən Həzrət Ayətullah Xamenei tələbə hərəkatına toxunaraq vurğuladı: “Tələbə hərəkatının mənası ideyalara zidd çıxışlar etmək deyil, İnqilab yolunda və İnqilab ideyalarına xidmət yolunda mübariz hərəkatdır”.

İslam İnqilabının Rəhbəri dedi: “Mən mömin və inqilabçı gəncləri çox sevir və harada olsalar, dəstəkləyirəm. Universitetlərin rektorları, məsul işçiləri və aidiyyatı nazirlərin vəzifəsi universitetlərdə mömin və inqilabçı gəncləri daha çox himayə etməkdir”.

O, habelə istedadlı tələbələrdən birinin istedadlı xanımlar üçün lazımı şərait yaradılması ilə bağlı fikirlərinə toxunaraq dedi: “Universitetlərin məsul işçiləri tələbə və tədqiqatçı xanımlara elə şərait və imkanlar yaratmalıdırlar ki, onlar elmi fəaliyyətlərini həyata keçirməklə yanaşı, həyat yoldaşı və övladlara baxmaq vəzifəsini də yerinə yetirə bilsin və elmi fəaliyyəti bir kənara qoymaq məcburiyyətində qalmasınlar”.

Həzrət Ayətullah Xamenei elmi elita nümayəndələrindən birinin müqavimət iqtisadiyyatı ilə bağlı mülahizələrinə işarə edərək dedi: “Müqavimət iqtisadiyyatı təkcə bizə məxsus deyil, dünyada sınaqdan çıxmış bir konsepsiyadır”.

O, bildirdi ki, müqavimət iqtisadiyyatından istifadə keyfiyyəti ölkələrin məqsədləri ilə şərtlənir: “Strategiya və istifadə forması nəzərə alınmadan, ölkənin müqavimət iqtisadiyyatını bədxah olub olmamasından asılı olmayaraq, müxtəlif tipli qlobal inersiyalardan qoruyacaq bu mövzu bir prinsip olaraq qəbul edilmişdir”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, ABŞ-ın keçən yüz əlli il ərzindəki elmi və sənaye nailiyyətlərinin səbəbi müqavimət iqtisadiyyatından istifadə olmuşdur: “Əslində, amerikalılar bu konsepsiyadan pul və maddiyat kontekstində istifadə etmişlər. Ancaq qəbul edilmiş bu beynəlxaq təcrübəni daha üstün strategiyalarla həyata keçirmək olar”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, ölkənin təbii imkan və potensialları çox böyük və rəngarəngdir, ancaq öyrənilməmişdir: “Bu cür imkanların olması gənc nəsil üçün böyük bir səadətdir. Onlardan istifadə etməklə ölkəni maddi və mənəvi tərəqqiyə sinxron səviyyədə qovuşdurmaq lazımdır”.

İslam İnqilabının Rəhbərindən əvəvl çıxış edən Şərif Sənaye Universitetinin rektoru doktor Fütuhi bu universitetin İslam İnqilabının qələbəsi, Müqəddəs Müdafiə, ölkənin elmi iqtidarı və çiçəklənməsi sahəsindəki rolundan danışdı və Şərif Sənaye Universitetinin nailiyyətləri və proqamları haqqında məlumat verdi: “Şərif Sənaye Universiteti ölkənin stabil və endogen elmi inkişaf və tərəqqisində, milli problemlərin həlli sahəsində effektiv rol ifa etməyə çalışır”.

Bu görüşün əvvəlində aşağıda adları qeyd edilən natiqlər çıxış etdilər:

- Şərif Sənaye Universitetinin Tələbə Bəsic Təşkilatının məsul üzvü və Ümumrespublika Fizika Olimpiadasının bürünc medalçısı Murtəza Həsəni;

- Şərif Sənaye Universitetinin Elektrotexnika ixtisası üzrə doktorantı, Ümumrespublika Riyaziyyat Olimpiadasının qızıl medalçısı Məhəmmədsəid Sərəfraz;

- İslam dünyasının iqtisadiyyat üzrə aktiv və seçilmiş iqtisadçısı Mehdi Yusifi

- Nanotexnologiya ixtisası üzrə doktorant və Ümumrespublika Astronomiya Olimpiadasının qızıl medalçısı Sara Məşhun;

Görüşdə çıxış edən Şərif Sənaye Universitetinin bir sıra başqa tələbələri də öz mülahizə və narahatlıqlarını bəyan etdilər.

Tələbələrin çıxışlarının əsas sujet xəttini aşağıdakı istiqamətlər təşkil edirdi:

- Ölkənin elmi strukturlarının İslam İnqilabının Tövhid strategiyası ilə üst-üstə düşməməsinin tənqidi, universitetin maksimum həddə İslam İnqilabı relsinin üzərində qərarlaşdırılması zərurəti;

- Universitetdə spontan inqilabçı mərkəzlərə əsasən inkişafa nail olmağın mümkünlüyü və mömin gənclərə etimad göstərilməsinin zəruriliyi;

- Məsullar tərəfindən inqilabçı gənclərə meydan verilməməsinin tənqidi;

- İslam ölkələrinin birliyinin zəruriliyi və müqavimət iqtisadiyyatı modelini paylaşmaqla hegemon sistemə etimadı azaltmaq;

- Akademik sistemin ailəli tələbələr məsələsində daha çox elastik olmasının zəruriliyi və bu kateqoriyaya aid olan tələbələrin təhsil və məşğulluğuna zəmin yaradılması zərurəti;

- Tələbələri həyatda daha güclü edəcək təlimləri ehtiva edən proqramların hazırlanması zərurəti;

- İxtisas seçimindəki qeyri-bərabərliyin tənqidi və bütün ixtisaslar üzrə mötəbər olimpiadaların keçirilməsi zərurəti;

- İslam İnqilabı səviyyəsində bir universitet təsis edilməsi təklifi;

- Ölkənin bəzi strukturları və proqram əsaslarında islahat aparılması zərurəti

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /