İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşnbə) günorta Fələstin İslami Cihad Hərəkatının baş katibi ilə görüşdə dedi: “Fələstin problemini unutdurmaq üçün sionist rejimin himayəçilərinin davamlı olaraq böhranlar yaratmasına baxmayaraq, bu müqəddəs torpaqlar xalqın və fələstinli qrupların müqavimət və mübarizəsi sayəsində azad olunacaq”.
İslam İnqilabının Rəhbəri fələstinlilərin iman əsaslı motivasiyaları və müqavimət ruhiyyəsini yüksək qiymətləndirərək dedi: “Müqəddəs Qüdsün yeganə xilas yolu mübarizə və müqavimətdir. Başqa yollar nəticəsiz və səmərəsizdir”.
O, sionistlərə qarşı müqavimət göstərmək və vəhdət yaratmaq üçün İslami Cihad Hərəkatının hazırladığı 10 maddəlik layihəyə görə məmnunluq hissi keçirdiyini dedi: “Mübarizədə israrlı olmaq, kompromis razılaşmalardan tam imtina etmək, fələstinli qruplar arasında birliyin təmin edilməsinə qətiyyət göstərmək və düşmənlə kompromisə gedilməsini istəyən bəzi mürtəce ölkələrin səy və fəaliyyətlərinin pislənilməsi bu layihənin mühüm məzmunlarındandır”.
Həzrət Ayətullah Xamenei bu layihənin həyata keçirilməsinin zəruri olduğunu vurğuladı: “Şübhəsiz ki, İslami Cihad Hərəkatının bu 10 maddəlik layihəsinin gerçəkləşməsinə mane olmaq üçün ezam olunmuş insanlar var. Buna görə də diqqətli olmaq lazımdır ki, layihə kağız üzərində qalmasın, primitiv və taktiki təriflər fonunda tədricən unudulmasın”.
Regiondakı çox problemlərin əsas amilinin “böyük imperiaslit və böyük şeytan”, yəni Amerika olduğunu deyən İnqilabın Rəhbəri regionda mövcud olan problemlərin meydana gəlməsində regionun kiçik şeytanlarının da rol oynadığını vurğuladı: “Onların hamısının məqsədi budur ki, Fələstin məsələsi regionun ictimai rəyində aktuallığını itirsin və xalqların yaddaşından silinsin”.
Ayətullah Xamenei əlavə etdi: “İslam Respublikası bəzi region hadisələrinə cəlb olunsa da, Fələstin probleminin İslam dünyasının birinci dərəcli məsələsi olduğunu daim açıq şəkildə elan etmiş və bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirir”.
O, fələstinli qrupların, ərəb alim, ziyalı və yazıçılarının Fələstin məsələsinin dünya xalqlarının ictimai rəyində daim yaşadılması istiqamətindəki vəzifələrinə toxunaraq dedi: “İslam dünyasında Fələstin məsələsinin prioritetliyini ehtiva edən ictimai fikir formalaşdırmaq və ümumi diskurs yaratmaq üçün daha artıq çalışmaq lazımdır. Çalışmalar elə həddə çatdırılmalıdır ki, bəzi ölkələrin kompromisə getmək istəyində olan rəsmiləri xalqların reaksiyasından qorxuya düşsünlər”.
Həzrət Ayətullah Xamenei Amerika və onun regional müttəfiqlərinin müxtəlif hadisələr yaratmaq və münaqişələrə məzhəb amilini inyeksiya emək üçün çalışdıqlarını dedi: “Bu təbliğatların əksinə olaraq Hələb, Mosul və digər bölgələrin sünni əhalisi cinayətkar təkfirçilərin əli ilə qətliam edilib və edilir. Deməli, bu böhranların şiə və sünni məsələsinə heç bir aidiyyatı yoxdur”.
İnqilabın Rəhbəri bildirdi ki, təkfirçi qruplaşmaların rəhbərləri küfr öndərləri kimidirlər: “Regionin ən önəmli məsələlərindən biri İŞİD, ən-Nüsrə cəbhəsi və sair təkfirçi qruplaşmalara qarşı müştərək mübarizə aparmaqdir. Əks təqdirdə, təkfirçilərin davamlı böhran yaratmaq fəaliyyətləri Fələstin məsələsinin unudulmasına səbəb olacaq”.
Həzrət Ayətullah Xamenei təkfirçilərin işğal altında olan Fələstin torpaqlarındakı nüfuzuna qarşı qətiyyətli mübarizə aparılmasının zəruri olduğunu dedi: “Bu qruplaşmaların məqsədi fitnə yaratmaqdır. Onlara qarşı ayıq və tam qəiyyətlə mübarizə aparmaq lazımdır”.
O, çıxışının başqa bir yerində vurğuladı ki, mübarizə davam etdiriləcəyi və çətinliklərə sinə gəriləcəyi təqdirdə qələbə Allahın qəti vədidir: “Haqla düşmənçilik imperialistlərin təbiətidir. Buna görə də düşmənçiliklərin davam etdirməsi təəccüb doğurmamalıdır”.
İnqilabın Rəhbəri vurğuladı ki, mübarizənin davam etdirilməsi üçün gözlərin açıq olmasına və hadisələrin düzgün analiz edilməsinə ehtiyac var: “Bu, ağıllı insanların davranış tərzidir. Mübarizəni tam ayıq-sayıqlıqla davam etdirmək lazımdır”.
İslam İnqilabının Rəhbəri hegemon güclərin İslam Respublikasına qarşı davamlı olaraq məkrli planlar hazırladıqlarını vurğulayaraq dedi: “Biz Allahın yardım vədinə səmimi qəlbdən inanaraq bütün sahələrdə üzərimizə düşən vəzifələrə əməl edirik və heç bir zorakının da əks mövqeyindən qorxmuruq”.
Fələstin əhalisinin gənc olmasının önəmli bir məsələ olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei İordan çayının qərb sahilinin yaşaması və fəaliyyətdə olmasının əhəmiyyətinə işarə edərək dedi: “Daha öncə də qeyd etdiyim kimi, müsəlmanlar və fələstinlilərin birliyi, eləcə də sionistlərə qarşı birgə mübarizə aparılacağı təqdirdə sionist rejim növbəti 25 ildə mövcud olmayacaq”.
O, qeyd etdi ki, düşmənlərin İslami Cihad Hərakatının daxilində parçalanma və daxili problemlər yaratmaq cəhdlərindən son dərəcə ehtiyatlı olmaq zəruridir: “İslami Cihad Hərəkatı indi əvvəlkindən daha çox əhəmiyyət daşıyır”.
Bu görüşdə sərgilədikləri cəsur və ağıllı mövqelərinə görə İnqilabın Rəhbəri və İslam Respublikasına, Fələstin ideyaları və məzlum xalqına himayə və dəstək verdiklərinə görə qardaşları Livan Hizbullahına təşəkkürünü bildirən Fələstin İslami Cihad Hərəkatının baş katibi cənab Ramazan Abdulla regiondakı qarışıq vəziyyətə işarə edərək dedi: “Təəssüflər olsun ki, bəzi ərəb dövlətləri Fələstin məsələsindən əl çəkib sionist rejimlə müttəfiq olmaq üçün yarışa girirlər”.
Fələstin xalqına qarşı repressiyaların daha da artmasının, ərazilərin, xüsusilə Qərb sahilindəki ərazilərin sionistlər tərəfindən işğalının davam etdirilməsinin həmin qeyri-sabit vəziyyətin nəticəsi olduğunu deyən cənab Ramazan Abdulla muxtar hökumətin sionist rejimlə əməkdaşlıq etməsini tənqid edərək vurğuladı: “Xoşbəxtlikdən fələstinli gənclər bu gün ayıqdırlar və təşəbbüsü ələ alıb Fələstin xalqının inqilabçı hərəkatını davam etdirirlər”.
Fəlstin İslami Cihad Hərəkatının baş katibi Qəzzada iki milyondan artıq fələstinlinin mühasirəsinin davam etdirlməsinin və onların əsas həyat mənbələrindən məhrum edilməsinin digər problemlərdən olduğunu dedi: “İslami Cihad Hərəkatı son vaxtlar nəşr etdiyi və ərəb dünyasının ziyalı və yazıçıları tərəfindən də yaxşı qarşılanan on maddəlik layihəyə əsasən hesab edir ki, qələbə çalmağın yeganə yolu Qəzzada müqavimət göstərmək, Qərb sahilində Fələstin xalqının inqilabçı hərəkatını himayə etməkdir. Muxtar dövlət də Oslo razılaşmasının ləğv edildiyini elan etməlidir”.
Cənab Ramazan Abdulla sionist rejimlə 51 günlük müharibə ilə müqayisədə müqavimət qruplarının hərbi gücünün bir neçə dəfə artdığını, müqavimət raketlərinin sürət və dəqiqliyinin daha da yaxşılaşdığını dedi: “Fələstin həlledici əhəmiyyətə malik bir ölkədir. Nə qədər ki, haqq öz sahiblərinə qaytarılmayacaq regionda sakitlik olmayacaq”
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir