Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam ölkələri bir-birlərini gücləndirməlidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İndoneziya Respublikasının prezidenti cənab Coko Vidodo ilə görüşdü. O, iki ölkənin potensiallarının çoxluğuna işarə edərək iqtisadi, siyasi və mədəni sahələrdə müxtəlif tipli mübadilə və əməkdaşlıqların artırılmasının zəruri olduğunu dedi: “İslam Republikası əhalisi çox olan bir müsəlman ölkəsi kimi İndoneziyanın inkişaf və əzəmətinin İslam ümmətinin fəxr və izzət səbəbi hesab edir”

İslam Respublikasının İndoneziyaya qardaş və əməkdaş kimi baxdığını deyən Həzrət Ayətullah Xamenei bu ilki ölkənin müxtəlif sahələrdəki nailiyyətlərinə işarə edərək dedi: “İran İslam Respublikası da iqtisadiyyatın ayrı-ayrı sahələrində, yeraltı mənbələr və mədən sənayesi sahəsində böyük potensiallara malikdir. Hesab edirik ki, İslam ölkələri düşmənlərin istəyinin əksinə olaraq bir-birlərini güzcləndirməli və ixtilafdan çəkinməlidirlər”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İran və İndoneziyanın iqtisadi mübadilələrinin səviyyəsinin aşağı olması iki ölkənin imkan və potensialları ilə müayisədə aşağıdır: “Zaman təsnifatı apararaq iqtisadi mübadilələrin həcmini məsələn, 20 milyard dollara qaldırmaq lazımdır”.

O, iki ölkə arasında bağlanmış müqavilələrə və əldə edilmiş razılaşmalara işarə edərək dedi: “Bu razılaşmaların əməl mərhələsinə keçməsi üçün çalışmaq lazımdır. Təbii ki, bu əməkdaşlıqlara qarşı olanlar var. Ancaq biz ciddiyyət və güclü iradə sayəsində onlara qalib gəlməliyik”.

İslam İnqilabının Rəhbəri İran və İndoneziya alimlərinin qarşılıqlı əlaqəsinin də iki ölkənin davamalı əməkdaşlıqlarının formalaşmasına səbəb olacaq sevindirici bir hal olduğunu dedi.

Çıxışının davamında Qərbi Asiya regionunda mövcud olan münaqişələrin kənar qüvvələrin mənfur məqsədləri əsasında yaradıldığını deyən Həzrət Ayətullah Xamenei İndoneziyanın Fələstin problemi ilə bağlı mövqeyini müsbət qiymətləndirdi: “Bu böhranların çoxu regionun ən ağır böhranı və İslam dünyasının əsas problemi olan Fələstinin unutdurulması məqsədilə yaradılmışdır. Lakin bu mövzunun unudulmasına icazə verilməməlidir”.

İslam İnqilabının Rəhbəri habelə böyük şəxsiyyət olmuş Sukarnonu hörmtələ xatırlayaraq onun qoşulmama hərkətanın təşəkkülünün əsas təməli olan Bandonq konfransının təşkil edilməsində oynadığı mühüm rola toxundu: “Bu gün də İndoneziya və İran İslam Respublikasının beynəlxalq konvesniyalardakı siyasi mövqeləri bir-birinə yaxındır”.

O, habelə son vaxtlar İndoneziyada baş vermiş zəlzələ hadisəsinə işarə edərək hadisə zamanı dünyalarını dəyişmiş insanlara Allahdan rəhmət və bağışlanma, qalanlarına səbr və əmin-amanlıq dilədi.

Prezident cənab Ruhaninin də iştirak etdiyi bu görüşdə İndoenziyanın prezidenti cənab Coko Vidodo İndoneziya xalqının İran İslam Respublikasına sevgi və rəğbət hissi duyduğunu qeyd etdikdən sonra səfərinin məqsədinin iqtisadi əlaqələri, xüsusilə enerji sahəsindəki əlaqələri inkişaf etdirmək olduğunu dedi: “İran hökuməti ilə konstruktiv danışıqlarımız oldu. Qərara alındı ki, qaz və neftayırma sahəsində əməkdaşlıq etməklə yanaşı, İran şirkətləri, o cümlədən MAPNA şirkəti İndoneziyada elektrik stansiyasının tikintisinə sərmayə yatırımı etsin”.

Cənab Vidodo bu əməkdaşlıqların iki ölkə arasındakı əlaqələr üçün yeni bir səhifə açacağını dedi: “İki ölkə arasındakı iqtisadi əlaqələrin səviyyəsi bu iki böyük İslam ölkəsinə layiq deyil, 20 milyard dollarlıq mübadilə səviyyəsinə nail olmaq mümkün bir məsələdir”

İndoneziyanın prezidenti bildirdi ki, enerji ilə yanaşı turizm, elmi və akademik mübadilələr kimi digər sahələrdə də əməkdaşlıq etmək istəyindədir. O, regionda yaradılmış qeyri-sabitlik və böhranlara görə təəssüf hissi keçirdiyini dedi: “Hesab edirəm ki, müsəlman ölkələri bir olarsa, böyük və nüfuzlu bir iqtisadi gücə çevriləcəklər”.

Cənab Vidodo Fələstin məsələsinə toxunaraq dedi: “İndoneziya Fələstin məsələsini öhdəliyində olan bir məsələ hesab edir. Biz Fələstin xalqının hüquqlarının müdafiə edilməsində ciddi və fəalıq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /