İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraqda Həzrət Seyyidüşşühədanın (ə) onlarla zəvvarının şəhadəti, habelə Həzrət İmam Rzanın (ə) qonaq və zəvvarlarının bir hissəsinin ölümü və xəsarət alması ilə nəticələnən acı və ağır hadisələrlə bağlı bəyanat verdi. O bu bəyanatında dünyasını dəyişənlərə Allahdan rəhmət, xəsarət alanlara isə şəfa diləyərək vurğuladı: “Dövlət rəsmiləri bu ağır hadisələrin üzərindən asanlıqla keçməsinlər, bu faciələr və xalqın bənzər problemlərinin kökündən həll edilməsi məsələsini daha vacib prioritetləri etsinlər”.
İslam İnqilabının bəyanatının tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
İraqda Həzrət Seyyidüşşühədanın (ə) onlarla iranlı və qeyri-iranlı zəvvarının şəhadəti ilə nəticələnən acı və qəmli hadisə, habelə sərnişin qatranın qəzaya uğraması nəticəsində Həzrət Əbəlhəsənin (ə) qonaq və zəvvarlarının bir hissəsinin ölümü, bir hissəsinin isə xəsarət almasına səbəb olan ağır hadisə digər həmvətənlər və matəmə batmış ailələr kimi məni də kədərləndirdi.
Birinci hadisədə böyük Ərbəin yürüşü və Hüseyn zəvvarlarının misilsiz təhlükəsizliyi cinayətkar və bədbəxt təkfirçi qruplaşmaların gözünü kor və çirkin planlarını alt-üst etdiyi üçün qoxaqcasına faciəli intiqama əl ataraq bir daha öz çirkin simalarını və kimliklərini hamıya nümayiş etdirdilər. Dünyanın Nigeriya, Pakistan və Əfqanıstan kimi digər regionlarından da onların məsləkdaşlarının acı və qorxunc xəbərləri gəlir. Bu xəbərlər sözügedən təkfirçi cərəyan və onları himayə edən dövlətlərin təhlükəli olduğunu bütün müsəlmanlara və şəfqətli insanlara bir daha xatırladır. İkinci hadisədə aidiyyəti şəxslərin qüsuru və ya təqsiri və tədbirsizliyi ailələrin canını acıtdı, əziz xalqımızın bir qrupunun ölümünə, bir qrupunun isə xəsarət almasına səbəb oldu.
Mən dünyasını dəyişənlərə Allahdan rəhmət və bağışlanma, xəsarət alanlara şəfa, dünyasını dəyişənlərin ailələrinə başsağlığı diləyir, aidiyyəti şəxslər və dövlət qurumlarından istəyirəm ki, həm daxildə, həm də xaricdə baş verən bu hadisələrin üzərindən asanlıqla keçməsinlər. Onlardan istəyim budur ki, bu fəlakətlər və xalqın bənzər məsələlərinin köklü həllini özlərinin ən vacib prioritetləri etsinlər, indi də bütün səylərini zərərçəkmişlərə yardım göstərmək, dünyalarını dəyişənləri daşımaq və acı çəkən insanların acılarını azaltmaq üçün səfərbər etsinlər.
Seyyid Əli Xamenei
26 noyabr 2016
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir