Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

10 illik sanksiyaların müddətinin uzadılması BFKP-na ziddir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Bəsic təşkilatının minlərlə üzvü ilə görüşdə Bəsicin İnqilabın qoşunu, dini demokratiyanın simvolu, habelə ayıq bir təşkilat olduğunu dedi. O vurğuladı ki, müxtəlif sosial sahələrdə güclü və effektiv iştiraka nail olmaq üçün Bəsicin ayrı-ayrı təbəqələri arasında qarşılıqlı əlaqə yaradılmalıdır. Bunun üçün isə fikirmərkəzli heyətlərin təşkilinə əsaslanan dəqiq proqramların olması zəruridir: “Bəsici ruhiyyəsinin mənası Allahı həmişə yanında, özü ilə birlikdə görmək, ümidsizlik, depressiya və çıxılmazlıq hissinə qapılmamaqdır. Buna görə də üzümüzü düşmən qarşısında qorxu hissi keçirən və “bacarmaram” ruhiyyəsində olan qorxaq insanlara tutub deyirik ki, Allahın qüdrətinə arxalanmaqla və xalqın iştirakına inanmaqla problemləri həll etmək və heç bir gücdən də qorxmamaq olar.

Həzrət Ayətullah Xamenei çıxışının əvəvlində əzəmətli “Ərbəin yürüşü”nün Allahın qüdrət əlini göstərən tarixi bir hadisə olduğunu dedi: “Ərbəin yürüşü, casus yuvasının ələ keçirilməsi, 30 dekabr 2009-cu il hadisəsi və təbliğatlara əsaslanmayan bəstə oturmalar kimi böyük və davamlı hadisə və hərəkatlarda Allahın əli daha aşkar görünür”.

O, İslam İnqilabının qələbəsinin adıçəkilən ilahi hadisələrdən biri olduğunu dedi: “Bu ilahi əl xalqın iştirakı və İslam İnqilabının formalaşmasında tam müşahidə edilirdi. Dahi İmam da buyurmuşdu ki, mən bütün İnqilab müddətində Allahın qüdrət əlinin hər zaman xalqın əzəmətli hərəkatının arxasında olduğunu görürdüm”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, milyonlarla insanın ilahi hadisə olan Ərbəin yürüşündəki iştirakı şüur və idrakla müşayiət olunan eşq və cazibənin əlamətidir: “Bu böyük hadisədə iştirak etmək uğuruna nail olmuş ziyarətçilərə “xoş gəlmisiniz, ziyarətiniz qəbul olsun” deyirik. Bu böyük insan axınını məhəbəttlə qarşılayıb idarə edən İraq xalqına da təşəkkürümüzü bildiririk”.

O, bildirdi ki, qeyri-adi Ərbəin yürüşünün davamlılığı bu nemətə olan şükrün göstəricisidir: “Əsl şükür əməldə olmalıdır. İran xalqının əksər hissəsi İslam İnqilabını öz fədakarlıqları hesabına qoruduqları kimi, Ərbəin nemətinin şükrünü də bu nurani səfərdə əldə edilmiş qardaşlıq, mehribanlıq, vilayətə diqqət, çətin meydanlarda iştirak hazırlığı kimi əhval və ruhiyyələri qorumaqla yerinə yetirmək lazımdır”.

Həzrət Ayətullah Xamenei dedi: “Bəziləri dünyada nurlu Ərbəin hadisəsini məhv və ya təhrif etməyə çalışsalar da, buna nail ola bilməyəcəklər. Bu böyük nemət İran və İraq xalqları üçün şübhəsiz ki, daimi olacaq və başıucalıq gətirəcək”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında Bəsicin İslam İnqilabı dövrünün heyrətamiz hadisələrindən olduğunu dedi: “Dahi imamımız İlahi təlimat və ilhamla bu pak ağacın bünövrəsini qoyub İnqilabın taleyini gənclərə həvalə etdi”.

İnqilabçı ruhiyyəsini nəsildən nəsilə ötürən gənclərin əmanətdarlığına işarə edən İnqilabın rəhbəri dedi: “Müasir gənclər İnqilab dövrünü və İmamı (r.ə) görməsələr də, eyni inqilabçı ruhiyyə, İnqilabın ilk dövrlərinin gənclərindən daha üstün təcrübə və ayıqlıqla meydanlardadırlar. Bu, İslam İnqilabının inkişafının göstəricisidir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İnqilabı qorumaq və onun keşiyində dayanmaq xalqın bütün nümayəndələrinin vəzifəsidir. Gənclər bu böyük hərəkatın hərəkətverici mühərriki və qüvvəsidir: “Bəsici hərəkatı ölkəmizdə heç şübhəsiz, qalibdir. Ancaq bu qələbənin reallaşması fərdi və qrup təqvasını peşəyə çevirmək və saleh əməl sahibi olmaqla şərtlənir. Bu iki mühüm amil Allahın yardımı və dəstəyinin cəlbinə səbəb olacaq”.

İslam İnqilabının Rəhbəri Həzrət Musa və qardaşı Harunun böyük Firon gücünə qarşı əliyalın mübarizəsindən bəhs edən Quran nümunəsinə işarə edərək dedi: “Allah-taala Musaya: “Qorxmayın, Mən sizinləyəm, eşidirəm və görürəm”, - deyə buyurdu. Bundan sonra Musa (ə) Fironun qoşununu görüb qorxuya düşərək: “Onlar bizi məhv edəcəklər”, - deyən Bəni-İsrail qövmünə “Əsla! Rəbbim mənimlədir, mənə yol göstərəcək” – deyə cavab verdi”.

O, qeyd etdi ki, Allahın dəstəyini qorumaq təqva və saleh əməllə şərtlənir: “Əgər Allahın bu yardım və dəstəyinin şərtlərini qorusaq, hətta ABŞ-dan da on dəfə artıq bir güc bizə qalib gələ bilməz”.

İslam İnqilabının Rəhbəri daha sonra Bəsicin proqram və planlarında diqqət mərkəzində saxlanılması zəruri olan beş mühüm rubrikayaya işarə etdi:

Həzrət Ayətullah Xamenei Bəsicin ağıl, zəka və ayıqlığa əsaslanması məsələsini birinci rubrika kimi qeyd etdi: “Bəsiz sırf emosional deyil, dərk, bilgi və ayıqlığa əsaslanan bir hərəkatdır. Bəsicdə bu strategiya hər zaman qorunmalıdır”.

O, İnqilabın ilk illərində çox emosionallıq göstərib canfəşanlıq edən, ancaq indi İnqilaba qarşı çıxan bəzi fərdlərə işarə edərək dedi: “Bu fərdlərin dini inancları dərin olmadığı, hiss və emosiyalar əsasında hərəkət etdikləri və İnqilaba dırnaqarası baxan adamlarla yoldaşlıq etdikləri üçün İslam İnqilabından çox uzaq düşdülər, sonda da İnqilabla əks mövqedə yer aldılar”.

İslam İnqilabının Rəhbəri ayıqlığın çox mühüm bir faktor olduğunu qeyd etdi: “Bu məsələ haqq və batil yolun müəyyən edilməsində mühüm əhəmiyyət daşıdığı üçün mən 2009-cu il hadisələrində ayıqlıq məsələsini tez-tez vurğulayırdım. Təbii ki, bir qrup insan bu vurğulamadan narahat idi”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ikinci rubrika Bəsicin əhatə dairəsinin bütün xalqı əhatə edəcək genişliyə malik olması və heç bir cinahda yer almamasıdır: “Bəsic İnqilab qoşunudur. Əgər ikiləşmə olarsa, bu ikiləşmə inqilabçı və ziddi inqilabçı ikiləşməsidir. Hətta inqilabçı olmayanı da cəlb etmək olar ”.

O, daha çox adamın cəlb edilməsi məsələsinin zəruriliyinə toxunaraq dedi: “Təbii ki, bu maksimum cəlbetmənin hər bir üsul və metoddan istifadə mənasında başa düşülməməlidir. Bəsic İnqilabı qəbul edən və İnqilaba xidmət göstərən hər bir fərd və cinaha da şamil olur”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Bəsic İnqilabın cinahlarından heç birinin tərkib hissəsi deyil, Bəsic İslam İnqilabının hədəfləri istiqamətində hərəkət edən böyük cərəyan və çaydır”.

Həzrət Ayətullah Xamenei Bəsicin müxtəlif təbəqələri arasında qarşılıqlı münasibətin olması zərurətinin Bəsic hərəkatının üçüncü rubrikası olduğunu dedi: “Bəsicin əhatə dairəsi xalqın müxtəlif təbəqələrinə şamil olur. Onda qarşılıqlı münasibət və kordinasiya üçün münasib mexanizm yaratmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri daha güclü və daha effektiv iştirak üçün zəruri olan dördüncü rubrikadan danışarkən Bəsicin dini və İslami demokratiyanın simvolu olduğunu dedi: “Bəziləri hesab edir ki, dini demokratiya təkcə seçkilərdə iştirak və səs qutularının yanında olmaqdan ibarətdir. Halbuki bu mövzu dini demokratiyanın təzahürlərindən biridir. Əsl mənası da budur ki, xalq özünün İslam dininə əsaslanan sosial həyatının ağasıdır”.

Bu tərifə əsasən Bəsicin bütün sahələrdə dini demokratiyanın simvolu olduğunu vurğulayan Həzrət Ayətullah Xamanei dedi: “Bu baxış bucağına əsasən, əgər Bəsic müqavimət iqtisadiyyatı və elmi sahələrə daxil olsa, müqavimət iqtisadiyyatı və elm də demokratik olacaq”.

İslam İnqilabının Rəhbərinin toxunduğu beşinci rubrika bu oldu: “Bəsicin baş və gövdə hissəsində düşüncə mərkəzli heyətlərin təşkilinin zəruriliyi”

Həzrət Ayətullah Xamenei dedi: “Bəsicin müxtəlif təbəqələrindəki düşüncə mərkəzli heyətlərin vəzifəsi sərt və yumşaq müharibə, yenidənqurma və xidmət sektorlarını əhatə edən fəaliyyətlər üçün layihə və proqram tərtibatıdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, bu düşüncə mərkəzli heyətlərin təşkili Bəsicin daha çox dinamik, müdrik, effektiv və aparıcı olmasına səbəb olacaq: “Düşüncə mərkəzli qruplarla yanaşı vəzifəsi virusların qarşısının alınması və Bəsic təşkilatının zərər görməməsinə nəzarət edən müşahidəçi heyətlər də təşkil edilməlidir”.

O, bu beş rubrikanın pak Bəsic ağacının təkmilləşməsi və bar verməsi üçün zəruri olduğunu dedi: “Bu rubrikalar əməl və reallığı ehtiva edir, buna görə də dəqiq proqramlaşdırma ilə icra mərhələsinə keçməlidir”.

İslam İnqilabının Rəhbəri bəzi region dövlətlərinin Bəsic təşkilatını özlərinə meyar götürməsi, düşmənin isə bu meyara zərbə vurmaq üçün proqram tərtib etməsinə işarə edərək dedi: “Düşmənin layihələrindən biri çox mühüm əhəmiyyət daşıyan nüfuz məsələsidir. Bir ildən artıqdır ki, bu barədə dəfələrlə xəbərdarlıqlar edilmişdir”.

Həzrət Ayətullah Xamenei Bəsicə zərbə vurmaq üçün nüfuzdan necə istifadə edilməsi məsələsinə belə açıqlma gətirdi: “Metodlardan biri Bəsicə rəqib və paralel xətlər yaradılmasıdır. Bəziləri də ölkədə Bəsicə rəqib yaratmağa səy göstərirlər”.

O, Bəsiclə bağlı olan başqa bir nüansa işarə edərək dedi: “Biz Bəsicin icraedici qüvvənin rəqibi olmasını istəmirik. Bəsic ümidverici və təkmilləşdirici bir təşkilat kimi icraedici qüvvəyə doğru istiqamət verə, habelə praktiki sahələrdə ona yardım göstərə bilər”.

İslam İnqilabının Rəhbəri bəzi dövlət qurumlarının bəzi sahələrlə bağlı ümidsizliyə qapılması məsələsinə də toxundu: “Ölkədə daha öncə böyük işlərə imza atıldığı və Bəsic kimi bir təşkilat olduğu halda, ümidsizliyə necə qapılmaq olar? Bəsic istənilən ümidsiz və məyus insanı ümidvar və məmnun edir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, Bəsic heç bir zaman çarəsiz və çıxılmaz vəziyyətə düşməz: “Hər hansı Bəsic üzvü hansısa keçid mərhələsində qorxu və ya tərəddüd hissi keçirə bilər, ancaq əsla, çarəsizlik hissi keçirməz. Çünki Bəsicdə güc bəxş edən və istiqamətləndirici elementlər o qədər çoxdur ki, bütün zəif nöqtələri güclü nöqtələrə çevirir”.

O, ölkənin iqtisadi problemlərinə və bu ilin “Müqavimət iqtisadiyyatı, əməl və fəaliyyəti ili” adlandırılması məsələsinə toxunaraq dedi: “Dünən dövlət qurumları bu ilin əvvəlindən başlayaraq müqavimət iqtisadiyyatı üçün həyata keçirilmiş fəaliyyətlərlə bağlı hesabat verdilər. Həmin hesabatda həyata keçirilmiş fəaliyyətlərin statistikası yer alıb. Bizə daha çox lazım olan məsələ isə bu fəaliyyətlərin nəticəsinin özünü əməl səhnəsində göstərməli olmasıdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Bəsic bu sahədə yardım göstərə və rol ifa edə bilər”.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində İran və imperialist ABŞ - la bağlı məsələlərə toxunaraq dedi: “Biz indi hakimiyyət başına keçəcək olan yeni hökumət haqqında mühakimə yürüdə bilmərik. Ancaq indiki hakimiyyət haqqında onu deyə bilərik ki, BFKP-da üzərinə götürdüyü və o vaxt dövlət rəsmilərinin elan etdikləri öhdəliklər və ortaq qərarların əksinə davranır, çoxlu pozuntulara yol verir”.

O, ABŞ konqresində onillik sanksiyalar qanununun müddətinin uzadılması məsələsinə toxunaraq dedi: “Əgər bu uzadılma qərarı həyata keçirilərsə, deməli, ABŞ heç şübhəsiz, BFKP öhdəliyini pozmuşdur və İran İslam Respublikası bu hərəkətə əks reaksiya verəcəkdir”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Nüvə razılaşması və ya BFKP İran xaqlına və dövlətinə qarşı təzyiq vasitəsinə çevrilməməlidir”.

Həzrət Ayətullah Xamenei nüvə razılaşmasının məqsədini təzyiqlərin və sanksiyaların aradan qaldırılması kimi izah edən dövlət rəsmiləri və BFKP-nın iştirakçılarının açıqlamalarına işarə edərək dedi: “ BFKP-nının iştirakçısı olmuş məsulların da açıq şəkildə qeyd etdikləri kimi, ABŞ BFKP-da üzərinə götürdüyü öhdəlikləri və verdiyi sözləri yerinə yetirməməklə və ya natamam yerinə yetirməklə yanaşı, indi BFKP-dan İrana qarşı təkrar təzyiq vasitəsi kimi istifadə edir”.

O, vurğuladı: “İran İslam Respublikası Allahın qüdrətinə arxalanaraq və xalqın iştirakına inanaraq dünyanın heç bir gücündən qorxmur”.

İslam İnqilabının Rəhbəri sonda dedi: “Əgər kimlərsə İsrail oğullarının zəif ruhiyyəsini təqlid edib “Bacarmarıq” deyərək düşməndən qorxurlarsa, biz də Həzrət Musanın (ə) yolu ilə gedərək onlara deyirik ki, əsla, belə deyil. Çünki Allah bizimlədir və bizə yol göstərəcək”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən İslam İnqilabının Keçikçiləri Korpusunun Baş Komandanı General-Mayor Məhəmmədəli Cəfəri İslam İnqilabının inkişaf potensiallarının artırılması zərurətinu vurğulayaraq dedi: “Bəsic məhrumiyyətlərin aradan qaldırılması, xalqın müdafiəsi və elmi tərəqqi cəbhələrində özünü gücləndirməkdə, İslam İnqilabını daha da inkişaf etdirməkdə və dərinləşdirməkdədir”.

General Cəfəri bəsicilərin müxtəlif sahələrdə düşmənlə müharibəyə hazır olduğunu elan etdi: “Hamı bir nəfər kimi və bir səslə öz imkanlarımızı ortaya qoyaraq müqavimət iqtisadiyyatının izzətli strategiyasına xidmət göstərəcəyik. Bəsic bu müqəddəs hərəkatın həyata keçməsi üçün sona qədər xalqın yanındadır”.

Bəsic təşkilatının rəhbəri birqada generalı Məhəmmədrza Nəqdi bəsicilərin cihad və şəhadətə çox yüksək əhval ruhiyyə ilə hazır olduqlarını vurğulayaraq dedi: “İranın bəsici xalqının cani dildən göstərdiyi müqavimət dünyanın azadlıq istəyən insanları üçün bir nümunəyə çevrilib”.

O, Bəsicin bəzi sahələrdə, o cümlədən müqavimət iqtisadiyyatı sahəsindəki fəaliyyət və nailiyyətləri haqqında məlumat verərək dedi: “Bəsicilər iradə və iman gücü ilə elə qəhrəmanlıqlar göstərəcəklər ki, düşmən məğlubiyyətini və peşman olduğunu etiraf etmək məcburiyyətində qalacaq”.

Bu görüşdə Rza Qəmişli, Məhəmmədhüseyn Abbasi, Seyyidə Mərziyyə Rüfəti, bəsicilərin adından çıxış edərək öz fikir və mülahizələrini bildirdilər. Onların fikirləri aşağıdakı istiqamətləri ehtiva edirdi:

- Salehlər halqalarının təlim-tərbiyəsi layihəsinin gücləndirilməsi və davamlılığının zəruriliyi;

- Nur yolçularının ziyarətgahlarının əhəmiyyəti, dövlət rəsmilərinin himayələrinin artırılması zərurəti və infrastrukturların inkişaf etdirilməsi;

- Təhsil sistemində məktəblərin rolu və İran – İslam həyat tərzinin institutlaşdırılması;

- Virtual məkanların yeniyetmələrə vurduğu ziyanlar, Milli İnformasiya Şəbəkəsinin istifadəyə verilməsi kimi zəruri fəaliyyətlərin həyata keçirilməzi zərurəti.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /