Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müstəqil ölkələr region hadisələri ilə mübarizədə fəal olsunlar

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra Sloveniyanın prezidenti cənab Borut Pahor ilə görüşü zamanı regionda baş verən acı hadisələrə, xalqların qeyri-sabit şəraiti və müharibəyə məruz qalmasında bəzi dövlətlərin oynadığı rola işarə edərək dedi: “İslam Respublikası həmişə müstəqil dövlətləri xalqlara göstərilən təzyiqlərə qarşı mübarizədə fəal rol oynamağa çağırmış və onlardan sakit və tamaşaçı olmamağı istəmişdir”.

Həzrət Ayətullah Xamenei Qərbi Asiya ölkələrində ağır toqquşmaların baş verməsi və İŞİD kimi terrorçu qruplaşmaların yaranmasının bəzi dövlətlərin müdaxilə və zorakılığının nəticəsi olduğunu dedi: “Bütün dövlətlərin vəzifəsi bu münaqişələr odunu söndürməyə çalışmaqdır. İslam Respublikası da imperializm cərəyanının təbliğatlarının əksinə olaraq, bu məqsədin həyata keçməsində aktiv və mühüm rol ifa edir, ancaq başqa ölkənin daxili işlərinə qarışmır”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, amerikalıların anti-İŞİD kualisiyası uğursuzdur. O, bu uğursuzluğun arqumentini izah edərkən iki baxış bucağının olduğunu qeyd etdi: “Birinci baxış bucağına əsasən, amerikalıların İŞİD-in kökünü kəsmək üçün heç bir poroqramı yoxdur. Hindistan müstəmləkə altında olduğu vaxt Kəşmiri yaradakı sümük kimi saxlayan ingilislər kimi (nəticədə, iki qonşu dövlət – Hindistan və Pakistan bu günə qədər ixtilaf içindədir), bunlar da İŞİD-lə bağlı elə bir addım atmaq istəyirlər ki, İraq və ya Suriya problemi həll edilməmiş qalsın”.

O, əlavə etdi: “İkici baxış bucağına əsasən, amerikalılar İŞİD problemini həll etmək istəyirlər, ancaq mexanizmlər onların bu işin öhdəsindən gələ biləcəyi şəkildə deyil. Əslində, bu günə qədər hər iki baxış bucağının nəticəsi eyni olmuşdur. Bu gün İraq, xüsusilə də Suriya çox ağır vəziyyətdədir”.

Həzrət Ayətullah Xamenei Qərbi Asiya dövlətlərində yaranmış qeyri-sabitliyin nəticələrinə, o cümlədən sığınacaq istəyənlərin problemlərinə işarə edərək dedi: “Avropa dövlətləri maksimum bir neçə on min sığınacaq istəyən insana sığınacaq verə bilmədiyi halda, İran uzun illərdir ki, Əfqanıstandan gəlmiş təxminən üç milyon insana ev sahibliyi edir, təhsil və dolanışıqlarını təmin edir, köçkünlərə qarşı tam qayğıkeşliklə insani münasibət sərgiləyir”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, Səudiyyə dövləti bir il səkkiz aydır ki, Yəmən xalqının başına bombalar yağdırır, bu ölkənin infrastrukturlarını darmadağın edir. Qeyd etdiklərim bu günlərdə regionda baş verən acı hadisələrdəndir: Müstəqil dövlətlər bu hadisələrə qarşı mübarizə aparmalıdırlar. Çünki bir xalqın təzyiqə məruz qalması, əslində bütün bəşəriyyət üçün ağrı-acıdır”.

Həzrət Ayətullah Xamenei sonra İran və Sloveniya arasındakı əməkdaşlıqların artırılması üçün böyük imkan və potensialların olduğunu dedi: “Ümidvarıq ki, bu günkü müzakirələr üçün gələcəkdə əsaslı bir sənəd olacaq”.

İslam İnqilabının Rəhbəri İranın nüvə razılaşmasındakı öhdəliklərə tam əməl etdiyini vurğulayaraq qarşı tərəflərin öhdəliklərinə əməl etməməsini tənqdi etdi”.

Prezident Ruhaninin də iştirak etdiyi bu görüşdə Sloveniyanın prezidenti cənab Borut Pahor dövlətimizin rəsmiləri ilə apardığı müzakirələri çox yüksək qiymətləndirərək dedi: “Biz İranla olan əlaqələrimizi bütün sahələrdə daha da dərinləşdirmək niyyətindəyik”.

Pahor İranın bölgədə təhlükəsizlik və sabitliyin sütunu və hörmətə layiq bir dövlət olduğunu dedi. O, İranın nüvə danışıqlarındakı davranış tərzini yüksək qiymətləndirərək ölkəmizin son illərdə yüksək nailiyyətlər əldə etdiyini dedi: “Əməkdaşlıq üçün Sloveniya və İranın ortaq təcrübələri və böyük imkanları var”.

Sloveniyanın prezidenti cari səfəri çərçivəsində ölkəsinin Tehranda səfirliyinin açılış proqramı olacağına işarə edərək dedi: “İran Sloveniyanın yaxşı dostudur. Biz İranda səfirliyin açılmasının ağıllı, milli qərar və konsesusa əsaslanan bir iş olduğunu hesab edirik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /