Şəhidlər sərvəri və onun vəfalı səhabələrinin “Ərbəin” ildönümündə İmam Xomeyni (r.ə) adına hüseyniyyə ölkənin bütün bölgələrindən gəlmiş tələbə heyətlərinə ev sahibliyi etdi. Həzrət Əbaəbdillah Hüseyn əleyhisslamın aşiqi olan tələbələr İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə matəm mərasimi keçirdilər.
Bu mərasimdə çıxışı zamanı vəliyyi-fəqih təşkilatlarının yaradılması, möminlərin dini, siyasi, iqtisadi, mədəni və ictimai əlaqələri və qarşılıqlı münasibətlərinin gücləndirilməsinin cəmiyyətin əsas ehtiyac duyduğu prinsiplər olduğunu deyən Höccətül-İslam vəl-müslimin Pənahiyan fikrinə bunları əlavə etdi: “Tələbə heyətləri vəliyyi-fəqih təşkilatlarının və vilayətçiliyin kollektiv praktikasının uğurlu nümunəsidirlər”.
O, qeyd etdi ki, əzəmətli “Ərbəin” qəhrəmanlığı və milyonlarla Hüseyn (ə) aşiqinin bu mərasimdə iştirakının verdiyi ən böyük dərs möminlərin vilayət və imamət ətrafında fədakarlıq göstərib mütəşəkkil şəkildə toplaşmasıdır: “Bu ruhiyyənin həyatın bütün yönlərinə axması, əsasında fədakarlıq dayanan həmrəyliyə və möminlərə xas işbirliyinə nail olmaq İslam cəmiyyətində problemlərin həlli yoludur”.
Mərasimdə cənab Meysəm Mütii Kərbala müsibətindən danışıb növhə oxudu.
Mərasimin sonunda tələbələr İslam İnqilabının Rəhbərinin imaməti ilə zöhr və əsr namazlarını qıldılar.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir