Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

ABŞ seçkilərin nəticələrinin bizim üçün heç bir fərqi yoxdur

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər minlərlə İsfahan sakini ilə görüşdü. Bu görüşdə İsfahanın şəhid yetişdirən, qabaqcıl, dözüm və iradə, elm və mədəniyyət, din və vilayət, iş və təşəbbüs əyaləti olduğunu deyən İslam İnqilabının Rəhbəri vurğuladı ki, İran İslam Respublikası ABŞ-dakı prezident seçkiləri ilə bağlı heç bir mülahizə irəli sürmür. İran bu ölkənin hər iki partiyasının düşmənçiliyinin şahidi olmuşdur: “Bu gün respublikanın, xüsusilə ölkənin elit təbəqəsi və məsul şəxslərdən tələb etdiyi ən mühüm məsələ siyasi ayıqlıq, düşmənin planından xəbəsiz qalmamaq, inqilab ruhiyyəsi və strategiyasını qorumaq, müqavimət iqtisadiyyatı sahəsində fəaliyyət göstərmək, elmi tərəqqi yolunu sürətlə davam etdirmək, milli birlik və vəhdət, ruhi və mənəvi stabilliyi qorumaq”.

İsfahan əhalisinin 16 noyabr 1982-ci ilin Məhərrəm əməliyyatında 370 şəhidin dəfnində göstərdiyi qəhrəmanlığın ildönümü günlərinə təsadüf edən bu görüşdə İsfahan camaatının ən mühüm və bariz xüsusiyyətləindən birinin şəhidlik və müavimət ruhiyyəsinə malik olduğunu deyən İslam İnqilabının Rəhbəri düşmənin bütün sahələrlə bağlı planını öyrənmək və onun qarşısında təslim olmaqdan qorunmağın zəruri olduğunu vurğuladı: “İslam inqialbının prinsipləri əsasında müqavimət göstərmək bu günün ən mühüm tələblərindən biridir. İnqilab prinsipləri İmamın (r.ə) bəyanatları və vəsiyyətnaməsində öz əksini tapmış prinsiplər və istiqamətlərdir”.

Həzrət Ayətullah Xamenei İslam dövlətinin hərəkət istiqamətinin bələdçi xəritəsi kimi İmamın (r.ə) sözlərini və vəsiyyətnaməsini dərindən araşdırıb öyrənməyi gənclərə yenidən tövsiyyə etdi: “Dünyanı silkələyən o İmam həmin danışıqlarda və vəsiyyətnamədə təcəssüm edir. İmamı olduğunun əksinə izah və şərh etmək olmaz”.

İnqilabın Rəhbəri qeyd etdi ki, ölkədəki problemlərin və geriliklərin aradan qaldırılmasının, izzət, rifah, maddi, mənəvi, əxlaqi və mədəni inkişafa nail olmağın yeganə yolu İslam İnqilabının prinsiplərinə əsaslanmaqdır: “Elmi cəhətdən də, xüsusilə iqtisadiyyat sahəsində daxili stabilliyə köklənmək və ciddi addımlar atmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Düşmən iqtisadiyyatı hədəfə alıb. Çünki ölkənin zəif nöqtəsinin iqtisadiyyat olduğunu düşünür. Buna görə də müqavimət iqtisadiyyatı əsasında addım atılıb, fəaliyyət göstərilməlidir. Dövlət rəsmiləri bu sahədə göstərilən fəaliyyətlər və onun parametrləri haqqında xalqa məlumat verməlidirlər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, siyasi ayıqlıq, xüsusilə elit təbəqə mənsubları qarşısında duran zəruri tələblərdən biridir: “Ayıqlığın olmaması insanın əsl həqiqətdə cazibəsi olmayan istiqamətlərə cəzb olunmasına səbəb olur. Bir qrupun ABŞ-a cəzb olunması da bu qəbildədir. Halbuki bu, yalançı cazibədir”.

O, son seçki kompaniyalarında Amerika əhalisinin daxili həqiqətləri və problemləri ilə bağlı gündəmə gətirilən məsələlərə işarə edərək dedi: “ABŞ-ın prezidenti seçilmiş bir adam seçkiöncəsi kompaniyalarda deyir ki, əgər bu neçə ildə müharibəyə xərclədiyimiz pulu Amerikanın daxilinə sərf etsəydik, bu dövləti iki dəfə yenidən qura bilərdik. İndi bu xəyal edilən yerə heyran olmuş adamlar qeyd olunan sözün mənasını başa düşürlərmi?”

İslam İnqilabının Rəhbəri seçkiöncəsi təbliğat kompaniyalarında gündəmə gətirilmiş ölkə daxilindəki bədbəxtliklər, yoxsulluq və böyük problemlərin mövcudluğunu ehtiva edən məsələlərə işarə edərək dedi: “ABŞ son illərdə bu ölkənin əhalisinin pulunu şərəfsiz müharibələrə xərcləyib. Müharibələrin nəticəsində Əfqanıstan, İraq, Liviya, Suriya və Yəməndə on minlərlə dinc insan qətliam edilmiş və adıçəkilən ölkələrin infrastrukturları məhv edilmişdir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, ABŞ-ın seçkiöncəsi təbliğat kompaniyaları zamanı səsləndirilən fikirlər bu illər ərzində dəfələrlə təkrar edilmiş, lakin bəzilərinin qəbul etmədiyi həqiqətlərdir: “Ayıqlığın mənası budur ki, kiminlə rəqib olduğunuzu, onun sizin haqqınızda nə düşündüyünü, gözlərinizi bağlayacağınız təqdirdə mütləq, zərbə vuracağını biləsiniz”.

O, siyasi və qeyri-siyasi elitadan belə bir ayıqlıq təvəqqö etdiyini vurğuladı: “Xoşbəxtlikdə sadə insanlar belə bir ayıqlığa malikdirlər. Ancaq təccüblüdür ki, elit təbəqədən olan bəzi insanlar xəyallara dalaraq belə bir ayıqlıqdan məhrum olublar”.

İslam İnqilabının Rəhbəri ABŞ-dakı son prezident seçkilərinin nəticəsinə işarə edərək dedi: “Biz bu seçkilər haqqında heç bir mülahizə irəli sürmürük. Çünki ABŞ həmin ABŞ-dır. Keçək 37 il ərzində hakimiyyət başında olmuş bu iki partiyanın İran xalqına heç bir xeyri dəyməyib, əksinə daim zərərləri toxunub”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Dünyada ABŞ seçkilərinin nəticələrinə görə matəm saxlayan və ya sevinən qruplardan fərqli olaraq biz nə matəm saxlayır, nə də sevinirik. Çünki bizim üçün bunun heç bir fərqi yoxdur, heç bir narahatlığımız da yoxdur. Allahın lütfü ilə ehtimal oluna bilən istənilən hadisə ilə qarşılaşmağa hazırıq”.

O, əlavə etdi: “Hal hazırda bizim diqqət mərkəzində saxlamı olduğumuz məsələ ölkənin indiki və gələcək problemlərinin həlli yoludur. Yeganə yol isə daxili gücü qoruyub artırmaqdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, siyasi, iqtisadi, mədəni stabillik, elitanın və yüksək vəzifəli dövlət rəsmilərinin mənəvi və psixoloji stabilliyi olacağı tədirdə ölkəni heç bir təhlükə təhdid etməyəcəkdir: “İran xalqı, xüsusilə gənclər inqilab ruhiyyəsinin bərəkətli metodunu davam etdirməlidirlər. Çünki ölkənin əsas məsələsi bəzi mübahisələr, münaqişələr və kənarlaşdırmalar deyil, inqilab ruhiyyəsini və strategiyasını qorumaqdır”.

Həzrət Ayətullah Xamenei elmi cəhətdən də müqavimət iqtisadiyyatı, elmi tərəqqi, daxili vəhdət və birliyin zəruri olduğunu dedi: “Müxtəlif imtahan və sınaqlar əslində, zəif nöqtələri öyrənib aradan qaldırmaq və onları güclü nöqtələrə çevirmək üçündür”.

İsfahan əhalisinin müxtəlif imtahanlardan üzüağ çıxdığını vurğulayan İslam İnqilabının rəhbəri 16 noyabr İsfahan şəhərində 370 Məhərrəm əməliyyatı şəhidinin əzəmətli və tarixi dəfnetmə hərəkatının ildönümünə işarə edərək dedi: “O unudulmaz dəfn mərasimi İsfahan camatının mənəvi potensialı, gücü və müqavimətinin gəstəricisidir. Çünki şəhidlərin dəfn edildiyi həmin gün İsfahanda çoxlu sayda gənc cəbhəyə getmək üçün ayağa qalxdı”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İnqilab tarixinin üstün və qürurverici cəhətlərini gözdən salmaq və unutdurmaq düşmənlərin əsas hücum hədəflərindəndir: “İsfahanın qəhrəman və coşqulu hərəkəti əsla, unudulmamalıdır”.

O, İsfahanım şəhid yetişdirən, elm, din, vilayət, zəhmət və təşəbbüskalıq, incəsənət və mədəniyyət şəhəri olduğunu dedi: “İsfahan əhalisi ölkə və Allahın dini üçün fədakarlıq yolunda öndə getmişdir. Millətin yolunu parlaq bir məşəl kimi işıqlandıran Ayətullah Behişti, Himmət, Xərrazi, Kazimi və Rəddanipur kimi böyük və məşhur şəhidlər bu regiondan çıxmışlar”.

Həzrət Ayətullah Xamenei Allah yolunda xərcləmək və ümumi xeyriyyçilikdə əlaçıqlıq, adi və şəxsi həyatda isə qənaətin İsfahan camaatının başqa bir yaxşı və üstün xüsusiyyəti olduğunu dedi.

İslam İnqilabının Rəhbəri habelə “Ərbəin yürüşü”nə işarə edərək onun qiymətli bir sərmayə olduğunu dedi: “Nəcəf və Kərbəla arasındakı bu böyük və milyonluq hərəkət, bu coşqu, şövq və izdiham hətta təhlükə ilə müşayiət olunmasına baxmayaraq, xalqın və gənclərin qəlbində hər zaman dalğalanır. Bu sərmayəni qorumaq lazımdır. Çünki ölkənin bəqasının zəmanətçisidir”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda vurğuladı: “Ölkənin gələcəyi bu günkündən daha yaxşı olacaq. Allahın lütfü, İslam və İnqilabın bərəkəti sayəsində İran xalqı bütün problemlərin öhdəsindən gəlib inkişaf edəcək”.

İslam İnqilabı Rəhbərinin açıqlamalarından qabaq Vəliyyi-fəqihin nümayəndəsi və İsfahanın imam cüməsi 16 noyabr Məhərrəm əməliyyatının 370 şəhidinin dəfn yubileyinin xatirsini əziz tutaraq dedi: “İsfahanın mömin və əzmkar əhalisi İslam dininə müti olmuş və var gücü ilə İslam İnqilabı yolunda xidmət göstərməyə hazırdır”.

O, İsfahanın iqtisadiyyat və sənaye sahələrindəki imkan və potensiallarına işarə edərək dedi: “İsfahan əhalisi müqavimət iqtisadiyyatının gerçəkləşməsi üçün çox çalışmışdır. Bu əyalət bu sahədə nümunə olmaq potensialına malikdir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /