Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Yəmənin məruz qaldığı qətliam terrorizmin ən pis formasıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra Finlandiyanın prezidenti Sauli Niinistyo ilə görüşdü. O, bu görüşdə terrorizmin insan cəmiyyətinin ən ağrılı faciələrindən biri olduğuna işarə edərək, Yəmən xalqının qətliam edilməsi kimi kütləvi qətliamların terrorizmin ən pis forması olduğunu dedi: “Terrorizmlə mübarizənin beynəlxalq güclər səviyyəsində nüfuzu olan bütün insanlara ehtiyacı var. Dünya şöhrətli aydınlar, dövlətlər və düyanın şərəfli gücləri bu problemi həll etmək üçün düşünüb addım atmalıdırlar”.

Həzrət Ayətullah Xamenei terrorizmlə mübarizə məsələsində ABŞ və bəzi başqa dövlətlərin verdikləri bəyanatları və gördükləri işləri qeyri-ciddi hesab etdiyini dedi: “Bu dövlətlər bütün məsələlərə öz mənafeləri prizmasından baxırlar. Onlar istər İraq, istərsə də Suriyada terrorizm xəstəliyinin kökünü kəsmək niyyətində deyillər”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Yəmən xalqının qətlam edilməsi terrorizmlə mübarizədə ciddi iradənin olmamasının bir nümunəsidir: “Terrorizm təkcə qeyri-rəsmi qruplaşmaların terrorçu fəaliyyətlərindən ibarət deyil. Hər hansı xalqın bəzi dövlətlər tərəfindən qətliama məruz qalması, məsələn, Səudiyyənin Yəməndə matəm mərasimi keçirən xalqa hücum etməsi, yüzlərlə insanın ölümünə və yaralınmasına səbəb olması terrorizmin ən pis formasıdır. Bu cür addımların üzərindən bir il yeddi ay keçməsinə baxmayaraq, ona qarşı hələ də heç bir ciddi iradə nümayiş etdirilməmişdir”.

İslam İnqilabının Rəhbəri İran İslam Respublikasının Suriya probleminin həlli məsələsindəki mövqeyinin məntiqli, Suriya xalqı və bu ölkənin qanuni hakimiyyətindən yana olduğunu dedi: “ABŞ və bəzi başqa dövlətlər Suriyada hökumətin dəyişdirilməsinə israr göstərirlər. Halbuki, müharibəyə son qoymaq üçün müharibəni başladanlar və onun amilləri müəyyən edilməlidir”.

O, qeyd etdi ki, BMT-nin Səddam rejimi ilə İran arasında baş vermiş müharibədə ilk hücuma keçən tərəf məsələsini diqqətdən kənarda qoyması həmin müharibənin uzanmasına səbəb olan amillərdəndir: “Əlbəttə, Məcburi Müharibə bitdikdən bir neçə il sonra BMT-nin o vaxtkı vicdanlı və cəsur sədri Səddamın müharibəni başladan tərəf olduğunu elan etdi”.

Həzrət Ayətullah Xamenei elə bu aspektdən BMT-nin indiki katibinin mövqelərini tənqid etdi: “BMT-nin baş katibi açıq şəkildə elan etdi ki, bu təşkilat Səudiyyə dövlətinin pulundan asılı olduğu üçün yəmənli uşaqların qətliamını qınaya bilməz. Bu, beynəlxalq siyasətçilərin əxlaqi baxımdan acınacaqlı vəziyyətdə olduğunu göstərir. Ümid edirik ki, BMT-nin növbəti katibi bu qurumun müstəqilliyini qorumağı bacaracaq”.

İslam İnqilabının Rəhbəri habelə Finlandiya dövləti ilə olan əməkdaşlıqların artmasına yaxşı baxdığını dedi: “İki dövlət arasında imzalanmış müqavilələr həyata keçirilməlidir. Onların həyata keçirilməməsi insanların təsəvvüründə xoşagəlməz fikirlər yaradır”.

Ölkə başçısı cənab Ruhaninin də də iştirak etdiyi bu görüşdə Finlandiya respublikasının prezidenti cənab Sauli Niinistyo Tehranda apardığı danışıqlardan razı qaldığını dedi: “Bu gün müxtəlif sahələrdə dörd memoranduma imza atıldı, iki ölkənin ticari heyətlərinin danışqılarında da yaxşı addımlar atıldı”.

Cənab Niinistyo dedi: “Şübhəsiz ki, bu müqavilələr kağız üzərində qalmayacaq, onları həyata keçirməklə hiss olunacaq nəticələrə nail olmaq niyyətindəyik. Bundan başqa, Finlandiyanın iş adamları və biznesmenləri İranla ciddi və yüksək əməkdaşlıq əlaqələri yaratmaq niyyətindədirlər”.

Finlandiya respublikasının prezidenti son on ildə dünyada baş verən dəyişikliklərə və terrorizmin artmasına işarə edərək dünyanın indiki vəziyyətinin çox qarışıq olduğunu dedi: “Terrorizm yeni və böyük ölçülərdə təzahür edərək çoxlu sayda insanın didərgin düşməsinə səbəb olmuşdur. Təəssüflər olsun ki, bu gün Suriya, İraq və Yəməndə çoxlu sayda uşaq və analar qətlə yetirilir”.

Cənab Niinistyo İslam İnqilabı Rəhbərinin terrorizm məsələsi ilə bağlı fikirlərini təsdiq edərək dedi: “Dövlətlər və BMT terrorizmlə mübarizə və onu nəzarətdə saxlamaq işində uğursuzluğa düçar olmuşdur”.

Finlandiya prezidenti İranın regiondakı nüfuz və mövqeyi, habelə terrorizmlə mübarizədə oynadığı ümdə rola toxunaraq dedi: “İran terrorizmin kökünü kəsmək üçün çox böyük səy göstərir, şübhəsiz ki, bu işini davam etdirəcək” .

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /