Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

ABŞ-ın məğlubedilməz olması təsəvvürü böyük səhvdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Venesuelanın prezidenti cənab Nikolas Maduro ilə görüşü zamanı ABŞ-ın Qərbi Asiya ilə bağlı plan və siyasətlərinin iflasa uğradığını vurğuladı. O, neftin qiymətinin aşağı düşməsi məsələsinin ABŞ-dan asılı olmayan dövlətlərə qarşı bir təzyiq vasitəsi olduğunu dedi: “Təzyiqlərə qarşı ağıllı və tədbirli müqavimət mütləq, qələbə ilə nəticələnəcək”.

Həzrət Ayətullah Xamenei müstəqil ölkələrdə müasir tipli problemlər yaratmaq üçün neft silahından istifadə edildiyinə işarə edərək dedi: “Keçmişdə bəzi İslam ölkələri öz neftlərini bağlamaqla sionist rejimə qarşı çıxdıqlarında qərblilər neftən siyasi istifadə bəhanəsi ilə hay-küy qaldırdılar. Ancaq təəssüflər olsun ki, həmin ölkələr bu gün OPEK-in bəzi üzvləri və regionumuzun bu siyasətlərdən özləri də əziyyət çəkən bəzi ölkələri ilə birlikdə ABŞ-ın neftdən silah kimi istifadə siyasətlərinə tam həmrəylik nümayiş etdirirlər” .

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Ağıllı siyasətlər qəbul edib əməkdaşlıqları artırmaqla bu məkrli planlara və düşmənçiliklərə qalib gəlmək olar”.

O, bildirdi ki, özü və bəzi region dövlətlərinin cibindən külli miqdarda xərclər sərf etməsinə baxmayaraq, ABŞ-ın Qərbi Asiya regionu ilə bağlı yürütdüyü siyasətlər iflasa uğrayıb: “Bəziləri düşünür ki, ABŞ məğlubedilməzdir. Halbuki bu təsəvvür böyük səhvdir. Amerikalıların keçən on beş il ərzində təkrar-təkrar yol verdiyi səhvlər indi onları regionda çox çıxılmaz vəziyyətə salıb”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Venesuelanın Latın Amerikası regionunda anti imperialist fəaliyyətlərdəki rolu bu ölkənin yüksək potensiala malik olduğunu göstərir. O, habelə vurğuladı ki, bu ölkənin Qoşulmama Hərəkatına rəhbərliyi fürsətindən istifadə etmək lazımdır: “Qərblilər Qoşulmama Hərəkatının fəaliyyətlərinin genişlənməsini istəmirlər. Ancaq müstəqil dövlətlər onların istəklərinin tam əksinə davranmalıdırlar. Belə olan surətdə şübhəsiz ki, gələcək keçmişdən daha gözəl olacaq”.

İslam İnqilabının Rəhbəri habelə İran İslam Respublikasının Venesuela dövləti ilə olan əməkdaşlıqların artırılması qərarında ciddi olduqlarını və hər iki dövlətin nazir və rəsmilərinin bağlanan müqavilələrin dəqiq icrasında mühüm rol oynadıqlarını vurğuladı.

Prezidentin birinci müavini cənab Cahangirinin də iştirak etdiyi bu görüşdə Venesuelanın prezidenti cənab Nikolas Maduro İrana təkrar səfəri və İslam İnqilabının Rəhbəri ilə görüşündən məmnunluq duyduğunu dedi: “Venesuelanın mərhum prezidenti Huqo Çaves İran və onun mövqeyindən yaxşı xəbərdar idi və həmişə də İranın qüdrətli bir dövlət olduğunu deyirdi”.

İran xalqının ABŞ-ın düşmənçilikləri qarşısındakı güclü müqavimətini yüksək qiymətləndirən cənab Maduro əlavə etdi: “İran xalqı tam asayiş və əmin-amanlıq içində həyat sürdüyü halda, təəssüflər olsun ki, İranın ətrafı və regionda olan ölkələrin çoxu zəif, müharibə və parçalanma şəraitindədir”.

Venesuelanın prezidenti neftin qiymətinin keçən iki il ərzində kəskin şəkildə aşağı düşməsi məsələsinə toxunaraq dedi: “ABŞ imperializmi Venesuelaya qarşı çox müdaxilə və düşmənçiliklərə əl atdı, ancaq xalqımız bu iqtisadi müharibəyə qarşı müqavimət göstərdi. İndi tədricən iqtisadi böhrandan çıxmaqdayıq”.

Cənab Maduro sonra ABŞ-ın prezident seçkiləri kompaniyasındakı rəqabətlərə işarə edərək dedi: “ABŞ seçkilərinin iki əsas namizədindən hər hansı qalib gəlsə, ABŞ-da hökumət tənəzzülə uğrayacaq. Bu isə dünyanın gələcəyi üçün çox təhlükəli olacaq”.

Venesuela prezidenti habelə İslam Respublikasının dövlət rəsmiləri ilə olan müzakirələrin uğurlu keçdiyini dedi: “Bütün səylərimizi müqavilələrin nəticə verməsi üçün sərf etməliyik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /