İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər minlərlə yüksək elmi intellekt və istedadı olan insanla görüşü zamanı istedadlı gənclərin Allahın dövlət rəsmilərinə verdiyi nəfis hədiyyələr və əmanətlər olduğunu dedi. O, vurğuladı ki, ölkə əhalisinin istedadlı və elmli kəsiminin müdafiəsində hətta bir an belə, laqeydlik göstərilməməlidir: “İstedadlı və intellektual insanlar, habelə gənc və çalışqan nəsil yetişdirilməsi sayəsində böyük İran mütərəqqi, qüdrətli, şərəfli, izzətli və İslamın yeni mədəniyyət bayrağını ucaldan bir ölkəyə çevriləcəkdir”.
İslam İnqilabının Rəhbəri istedadlıların, xüsusilə istedadlı gənclərin Allahın xalqa və dövlət rəsmilərinə lütf etdiyi misilsiz, nəfis hədiyyələr və əmanətlər olduğunu dedi: “Dövlət rəsmilərinin Allahın lütf etdiyi bu qiymətli hədiyyə qarşısında vəzifəsi onları qorumaq, daha çox istedadlını üzə çıxarmaq və yetişdirməkdir”.
O, vurğuladı: “İstedadlılar da bu nemət qarşısında məsuliyyət daşıyırlar. Məsuliyyət hissini dərk edib bu istedad və bacarığı doğru yolda istifadə etməklə onun şükrünü yerinə yetirməlidirlər”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, gənc istedadlılara qiymət verilməsi və himayə edilməsi zərurətini tez-tez vurğulamasının səbəbi cəmiyyətdə “mən bacarıram” inancını gücləndirməkdir: “Təəssüflər olsun ki, pəhləvi və qacarlar dövrünü əhatə edən uzun zaman ərzində xalqa və gənclərə bacarıqsızlıq, bacarmırıq və asılılıq genini inyeksiya etdib cəmiyyəti bu düşüncəyə yoluxdurdular. Nəticədə, maddi və insan resursları ilə zəngin olan, qədim tarix və mədəniyyətə malik olan böyük dövlət təhqiramiz şəkildə Qərb davamçısı kimi tanındı”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Belə bir şəraitdə İran İslam İnqilabı böyük bir dəyişiklik yaratdı, əslində, özünə inam, özünə etimad inqilabı asılılıqla müharibəyə qalxdı”.
O, bildirdi ki, səkkiz illik Müqəddəs Müdafiə özünə inam və etimadın aşkar və qürurverci meydanı olmuşdur: “Müharibə çox acı, ağır və zərərli bir hadisə olsa da, iranlı gəncə sübut etdi ki, Allaha təvəkkül, daxili istedad və bacarıqlara əsaslanmaqla bütün böyük güclərin himayə etdiyi bir düşmənə qalib gələ bilər”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam inqilabı asılılıq ruhiyyəsi qarşısında “biz bacararıq” ruhiyyəsini dirildib, cəmiyyətdə özünə inam hissini yaymasına rəğmən, qarşı tərəf bu gün yumşaq müharibə adlanan dərin müharibələrin təbiətinə uyğun olaraq asılılıq mədəniyyəti bəlasının zahirən cazibədar və yeni formalarının təkrar istehsalına üz tutmuşdur”.
O, qeyd etdi ki, qloballaşma məsələsi, amerika və avropalıların dünya ailəsinə qoşulmaqla bağlı İrana verdikləri tövsiyələr asılılıq mədəniyyətinin təkrar istehsalının bariz bir nümunəsidir: “Qərbin qlobal cəmiyyət adlandırdığı ictimaiyyətə qoşulmaq təklifinə qarşı çıxmaq, heç də xarici əlaqələrə qarşı çıxmaq deyil, əslində, böyük güclərin ölkənin iqtisadiyyatı, siyasəti və təhlükəsizliyinə zorla yeritmək istədikləri mədəniyyətə qarşı mübarizədir”.
İslam İnqilabının Rəhbəri dövlət rəsmilərinin istedadlara xüsusi və ciddi şəkildə diqqət ayırması ilə bağlı vurğulamalarının səbəbinin İslam dövlətinin qarşısında duran böyük məqsədlərlə bağlı olduğunu dedi: “İstedadlılar bu böyük məqsədlərə çatmaq üçün lazım olan hərəkətverici mühərriklərdir. Hökumət rəsmiləri istedadlılar məsələsinə ciddi, operativ, qayğıkeş və təqibçi mövqeyindən yanaşmalıdırlar”.
Həzrət Ayətullah Xamenei sonra İslam dövlətinin böyük hədəflərindən danışdı: “İran İslam Respublikası mütərəqqi, qüdrətli, şərəfli, yeni söz sahibi, nüfuzlu, milli qürur və heysiyyətə malik, iman və mənəviyyat dolu, yeni İslam mədəniyyəti bayrağını ucaldan bir ölkəyə çevrilməlidir. Bu ali məqsədlərə yetişmək üçün istedadlılara əhəmiyyət verilməsi və bu ilahi nemətin qədrini bilmək zəruridir”.
O, bəşəriyyətin müasir problem və çətinliklərinə, maddi təfəkkürlər dalalına işarə edərək dünyanın ümumbəşəri və beynəlxalq məsələlərdə yeni bir sözə ehtiyac duyduğunu dedi: “Amerikadakı seçki rəqabətləri və iki namizədin gündəmə gətirdiyi mövzular güc sahiblərinin iman və məniviyyatının olmaması nəticəsində ortaya çıxan mənzərərnin bariz nümunəsidir”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Gələn həftə ABŞ seçkilərinin çıxışlarından və vəziyyətlərindən xəbərdar olduğunuz hazırkı iki namizədindən biri dünyanın güc, sərvət, ən çox atom silahı və ən böyük media qurumlarına sahib olan dövlətinin prezidenti olacaq”.
Həzrət Ayətullah Xamenei çıxışının davamında qeyd etdi ki, İslam dövlətinin qarşısına qoyduğu böyük məqsədlərə çatması üçün cəsur, mömin, təhsilli, təşəbbüskar, qabaqcıl, özünə inanan, qeyrətli, yüksək əhval ruhiyyəli, motivasiyalı nəsil yetişdirilməsinə ehtiyac var: “Bəzi dezinformasiyaların əksinə olaraq bu nəsil sözün əsl mənasında inqilabçı nəsildir, bütün varlığını İranın inkişafına həsr etmişdir”.
O, bu gənc nəslin formalaşması və stimullaşdırılmasında istedadlıların rolunun çox mühüm əhəmiyyət daşıdığını dedi: “İstedadlılar hərəkətverici bir mühərrik kimi öz ruhlandırıcı səyləri ilə gənc nəsli, yəni ölkənin əsas sərmayələrini iş və fəaliyyətə həvəsləndirə bilərlər”.
Həzrət Ayətullah Xamenei proqram təminatı və elmi hərəkat məsələsini on beş il bundan əvvəl təkrar-təkrar vurğuladığına işarə edərək dedi: “Bu hərəkat istedadlılar, müəllimlər və tələbələrin diqqəti sayəsində yaxşı nəticələr vermişdir. Ancaq öyrənilib aradan qaldırılması zəruri olan maneələr mövcuddur”.
İslam İnqilabının Rəhbəri düşmənlərin təxribatlarının bu maneələrdən olduğunu dedi: “Bir qrup insan düşmən sözü təkrarlananda narahat olur. Ancaq bu təkrar və xatırlatmalar Quranda şeytan sözünün təkrarlanması kimi, daim ayıqlıq yaratmaq məqsədi daşıyır. Bu, əslində, konspirasiya yaratmaq deyil, konspirasiyanı öyrənməkdir”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, düşmənin əsl məqsədi İranda elmi hərəkatı dayandırmaqdır: “Əgər bu məqsədə nail olmasalar, onu doğru yoldan sapdırmağa çalışacaqlar, olmasa, onu bədnam etmək və ləkələmək üçün sərmayə qoyacaqlar. Buna görə də hamımız ehtiyatlı olmalıyıq ki, naşı davranışlarımızla bu məqsədlərin reallaşmasına yardım göstərməyək”.
O, bildirdi ki, tədqiqat işləri və dissertasiyaların İranın real ehtiyaclarından sapdırılması ölkənin elmi hərəkatının doğru yoldan sapmasının bir nümunəsidir. Bu hərəkatın bədnam edilməsinin başqa bir nümunəsinə işarə edən İnqilabın Rəhbəri əlavə etdi: “Bir adamı alim adı ilə ölkəyə dəvət edirlər. O da İranda dissertasiyaların satışı prosesini əks etdirən bir şəkil yayımlayaraq ölkənin istedadlı gənclərinin adını ləkələyir. Bu cür insanlar həqiqətən, alimdirlərmi?”
İslam İnqilabının Rəhbəri beynəlxalq saytların məlumatlarına istinadən əlavə etdi: “İranın elmi inkişaf sürəti bir mərhələdə orta beynəlxalq sürət göstəricisindən 13 dəfə artıqdır. Bu sürət heç bir halda aşağı düşməməlidir, əksinə daha da artırılmalıdır. Çünki elmi cəhətdən çox geri qalmışıq”.
O, əlavə etdi: “Bəzi dövlət rəsmiləri ölkənin elmi inkişaf sürətinin azalması məsələsinə münasibət bildirərkən İranın elmi mövqeyinin aşağı düşmədiyini deyirlər. Ancaq biz İranın elmi mövqeyinin aşağı düşməməsi üçün deyil, daha da yuxarı qalxması üçün çalışmalıyıq”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, ölkənin elmi hərəkatının zərər görməsi istedadlılar və gənc nəslin məyus olmasına səbəb olur: “Bu çox ağır xəsarət asanlıqla və sürətlə aradan qalxmayacaq, nəticədə, gənc intellektlərin başqa ölkələrə üz tutmasına səbəb olacaq”.
İslam İnqilabının Rəhbəri gənc istedadların tanınması və cəlb edilməsinin dövlət qurumlarının mühüm vəzifələrindən olduğunu dedi: “Əcnəbilər ölkə daxilində təşkil edilən elmi sərgilərdə və ya başqa üsullarla bu böyük sərmayələri kəşf edib cəlb etməzdən əvvəl siz bu intellektual gəncləri aşkarlayıb himayə edin”.
İslam İnqilabının Rəhbəri elm və texnologiyanın bərəkətli hərəkətini sürətləndirə biləcək nüansları açıqladıqdan sonra əlavə etdi: “Elmi prinsiplərə əsaslanan şirkətlərin himayə edilməsi, bu şirkətlərin kəmiyyətinin artırılması və keyfiyyətinin yaxşılaşdırılması, onların ölkənin əsas sahələri və layihələrinə daxil edilməsi ciddi şəkildə diqqət mərkəzində saxlanılması zəruri olan məsələlərdir”.
O, qeyd etdi ki, elmi prinsiplərə əsaslanan şirkətlərin məhsullarından istifadə dairəsini genişləndirmək bu şirkətlərin güclənməsində mühüm rol oynayır. Sonra dövlət rəsmilərinə səslənərək dedi: “Dövlət qurumlarının ehtiyaclarının elmi prinsiplərə əsaslanan şirkətlərin məhsullarından təmin edilməsini qətiləşdirin”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, universitetlərdə istedadlılar mərkəzlərinin təşkilinin ciddiyə alınması, Təhsil Nazirliyinin Ölkə üzrə Parlaq İstedadların Yetişdirilməsi Təşkilatının problemlərinin həllinə nəzarət etməsi məsələsi ölkənin elmi hərəkatının güclənməsində faydalı rolu olan iki mühüm nüansdır.
İstedadların Milli Fondunun mühüm əhəmiyyət daşıdığını vurğulayan İslam İnqilabının Rəhbəri Prezidentin elmi məsələlər üzrə müavini doktor Səttarinin imkanları və doğru fəaliyyətinə böyük etimad göstərdiyini dedi: “Elmi məsələlər üzrə müavinliklə İstedadlar Fondu arasında mövcud olan problemlər narahatedici məsələlərdir. Bunların bir-birindən ayrılması və fonda daha güclü rəhbər təyin etməklə bu problemləri həll etmək lazımdır”.
Həzrət Ayətullah Xamenei aerokosmik, peyk, nüvə və sair kimi mühüm sahələrdə makroaraşdırmaların ləngliyi və ya dayandırılması ilə bağlı mövcud olan məlumatların narahatlıq yaratdığını dedi: “Dövlət rəsmiləri bu cür mühüm layihələrin ləngiməməsi, icra işlərində fasilə düşməməsi və ya dayandırılmaması üçün çox diqqətli olmalıdırlar. Çünki elmi xəsarət gənc alimləri məyus edir. Bu isə çox böyük təhlükədir”.
Elmi və Texnoloji Məsələlər Üzrə Müavinlikdə mədəni şöbənin yaradılmasından məmnunluq duyduğunu və bu şöbənin fəaliyyətlərinin daha da yaxşılaşdırılmasının zəruririliyini vurğulayan İslam İnqilabının Rəhbəri istedadlılar üçün mübarizə düşərgələrinin yaradılmasının da mühüm və faydalı olduğunu dedi.
İslam İnqilabının Rəhbəri çıxışını yekunlşadırarkən əlavə etdi: “Əsas məqsəd elmi tərəqqi, güc və sərvət kimi beynəlxaql parametrlərdən istifadə etməklə yanaşı iman, mənəviyyat və şərəfi də artırmaq, xalqların sevgisini qazanmaqla bəşəriyyəti müasir zəlalət və cəhalətdən xilas etməkdir. Şübhəsiz ki, bu mühüm məqsədə nail olmaq böyük İran xalqı, əziz, ayıq, zəkalı və motivasiyalı gənclərə müyəssər olacaq”.
Həzrət Ayətullah Xamenei şeytani güclərin istənilən müxalif hərəkətlə düşmənçiliklərinə işarə edərək dedi: “Bir neçə gün öncə ABŞ dövlət rəsmilərindən biri: “Nə qədər ki, İran müqaviməti himayə edib dəstəkləyir, sanksiyaların əsaslı şəkildə tərpənəcəyi məlum deyil. Bu mənim dövlət rəsmilərinə dəfələrlə xatırlatdığım bir faktdır”, - deyə açıqlama verdi”.
O, bəzi ABŞ rəsmilərinin İran rəsmiləri ilə görüşü zaman İslam İnqilabının Rəhbərinin ABŞ-a qarşı bədbin olduğunu vurğuladıqlarına işarə edərək dedi: “Bu cür danışıqlardan sonra sizə qarşı nikbin olmaq olarmı?”
Həzrət Ayətullah Xamenei ümumi və xüsusi toplantılarda dövlət rəsmilərinə söylədiyi sözləri xatırlayaraq dedi: “Dəfələrlə demişik, əgər nüvə məsələsində geri çəkilsəniz, onlar raket məsələsini qabardacaqlar, əgər yenə də geri çəkilsəniz, müqaviməti himayə etmək məsələsini ortaya atacaqlar, əgər geri çəkilməkdə davam etsəniz, insan hüquqları məsələsini gündəmə gətirəcəklər, sonra onların meyarlarını qəbul etsəniz, dini meyarların hökmuətdən ixtisar edilməsi məsələsinə əl atacaqlar”.
O, Avropa Birliyinin İranın böyük imkan və potensialları ilə bağlı sonuncu bəyanatına işarə edərək dedi: “İranın inkişaf imkanları, təbii və insan resursları haqqında dediklərimiz əsassız öyünmələr deyil, qərblilərin də etiraf etdiyi həqiqətlərdir”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Amerikalılar şübhəsiz ki, bu cür potensiala malik, İslam təməlli hökumətə qarşı mübarizə aparırlar. Bu önəmli cəhətin gənc istedadlar tərəfindən dərk və təhlil edilməsi onlara üzərlərinə düşən tarixi vəzifələrin icrasında yardım göstərəcək”.
Həzrət Ayətullah Xamenei çıxışının bir yerində Aşura hadisəsinin qürubu olmayan bir günəş olduğunu dedi: “Aşura hadisəsi işıqla zülmətin mübarizəsinin, şərəflə alçaqlığın müharibəsinin həqiqi bir təsviridir. Bu yolu Həzrət Zeynəb (s.ə) və Həzrət İmam Səccad (ə) kamilləşdirdilər”.
O, Aşura matəmi heyətlərinin idarəedici kollektivlərinə təşəkkür edərək dedi: “Gənclərin izdihamlı iştirakı, məzmunlu çıxışlar, bəzi növhələr və dolğun mərasimlər, ümumilikdə mərasim heyətlərinin səviyyəsini artırdı”.
İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən prezidentin elmi məsələlər üzrə müavini və Milli İstedadlar Fondunun rəhbəri cənab doktor Səttari Milli İstedadlar Fondunun fəaliyyətləri və proqramları haqqında məlumat verdi: “İnsan sərmayələri ölkənin ən mühüm mənbələridir. Onların potensialından istifadə etmək üçün lazımı infrastrukturlar yaradılmalıdır”.
Görüş zamanı aşağıda adları qeyd edilənlər də öz görüşlərini bölüşdülər:
- İstedadlar Fondunun təhsil mükafatı laureatı, elm və texnologiya siyasəti üzrə doktor Əlirza Babaxan;
- Kompüter ixtisası üzrə tələbə olimpiadasının qızl medalçısı Kompüter mühəndisliyi ixtisası üzrə tələbə Müctəba Fəyyazbəxş;
- Biotexnologiya və Nanotexnologiya ixtisası üzrə doktor Əmir Şamlu;
- Kimya mühəndisliyi ixtisası üzrə doktor Əlirza Bazarqan;
- Ümumrespublika Riyaziyyat olimpiadasının gümüş mükafatçısı, Kaliforniya Universitetinin Elektrik və Telekommunikasiya fakültəsinin məzunu doktor Seyyidcavad Kazımitəbar
- Tələbə olimpiadasının bürünc mükafatçısı tibb ixtisası üzrə tələbə Ənisə Sadat Mənsuri;
- İstedadlar Fondunun təhsil mükafatı laureatı Qərb fəlsəfəsi üzrə doktor Zəhar Davərpənah.
İstedadların nümayəndələri bu görüşdə aşağıdakı məsələlərin əhəmiyyətindən danışdılar:
- Dövlətin əsas və strateji problemlərinin həlli üşün istedadlılar və elmi əsaslı şirkətlərdən ibarət bir şəbəkə təşkil edilməsinin zəruriliyi;
- İstedadlar Milli Fondunda Müqavimət İqtisadiyyatı heyətinin yaradılması zərurəti;
- Daha böyük istedadı olan tələbələrə xüsusi diqqət ayrılması və alimlər klubunun yenidən layihələşdirilməsi zərurəti;
- Səhiyyənin inkişafı layihəsinin icra metodologiyası, səhiyyə sahəsinə makroödəmələr, müalicə və ənənəvi təbabətə diqqətsizlik kimi məsələlərin tənqidi;
- Elmi prinsiplərə əsaslanan şirkətlər əsasında sahibkarlıq ruhiyyəsi və mədəniyyətinin öyrənilməsi və gücləndirilməsi və bu şirkətlərə lazımı stimulların təqdim edilməsi zərurəti;
- Ailə iqtisadiyyatının idarə edilməsi vasitəsilə müqavimət iqtisadiyyatının reallaşmasında qadınların effektiv rolu;
- Mərkəzdən qaçma, əyalətlərin potensialları və oradakı istedadlara daha çox diqqət ayrılması vasitəsilə fürsət və imkanların bərabər paylanması zərurəti.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir