İslam İnqilabının Ali Məqamlı Rəhbəri konstitusiyanın 110-cu maddəsinin birinci bəndini rəhbər tutaraq dövlətin mənafeini müəyyən edən kollegiya ilə məsləhətləşdikdən sonra ümumi seçki siyasətlərini elan etdi.
Üç qurum və dövlətin mənafeini müəyyənləşdirən kollegiyanın rəhbərinə göndərilmiş ümumi seçki siyasətlərinin mətni
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Ümumi Seçki Siyasətləri
1. İslami Şura Məclisi və İslam şuralarının seçki dairələri əhali və qaçılmaz tələblər əsasında elə təyin edilməlidir ki, seçki ədaləti, habelə xalqın namizədləri tanıması maksimum təmin edilsin.
2. İslami Şura Məclisinə seçkilər zamanı birinci mərhələdə qanuni yetərsay təmin olunmadığı təqdirdə seçkilər ikimərhələli şəkildə keçirilsin.
3. Könüllülər seçki kompaniyalarında hər bir şeçki şəraitinin malik olduğu imkanlara uyğun bərabər bölgü prinsipi ilə televiziya, radio, virtual məkan, digər media qurumları, dövlət və qeyri-dövlət imkanlarından faydalanmalıdırlar.
4. Seçkilərin xərclərinin növü və miqyası, virtual və vizual resursların təyin edilməsi, könüllülər və siyasi təşkilatların seçki resursları və xərclərinin şəffaflaşdırılması, səlahiyyətli qurumlara elan edilməsi, ona dəqiq nəzarətin həyata keçirilməsi və maliyyə pozuntuları ilə mübarizə keyfiyyəti və formasının müəyyən edilməsi.
5. Seçki kompaniyalarında istənilən destruktiv hərəkət, təhdid, rüşvət təklifi, aldatma, qanuni opsiyalardan kənar vədlər, etnik və dini təfriqə kimi milli təhlükəsizliyə zidd olan istənilən addımlar qadağandır.
6. Namizədlərin və partiytaların əcnəbilərin maliyyə və təbliğat kompaniyaları da daxil olmaqla bütün himayə və imkanlarından istifadəsi qadağandır. Aidiyyatı qurumlar bununla bağlı vaxtında tədbir görməlidirlər.
7. Seçki cinayətləri və pozuntularının, qanun, milli maraqlar, milli birlik və milli təhlükəsizliyə zidd olan istənilən növ fəaliyyətin qarşısı alınmalı, vəziyyətə uyğun olaraq onlarla, xüsusilə təhlükəsizlik, maliyyə və təbliğat cinayətləri, könüllülərə qarşı aparılan distruktiv fəaliyyətlərlə bağlı növbədən kənar dərhal ölçü götürülməlidir.
8. Xalqın ayıq və yüksək əhval ruhiyyəli iştirakının səviyyəsini artırmaq və daha yaxşı seçki keçirilməsinə yardım etmək məqsədilə ümumi bilgi, məlumat və təlimat səviyyəsinin artırılması, seçki normalarının təbliğ edilib yayılması, onun ümumi mədəniyyət şəklində institutlaşdırılması, sağlam siyasi rəqabət qaydalarının təyin edilməsi.
9. Partiyalar, siyasi təşkilatlar və fiziki şəxslərin İran İslam Respublikası sisteminin əsas və prinsiplərinə əsaslanan seçkilərdə məsuliyyətlə və qanunun tələblərinə uyğun fəaliyyət göstərməsi üçün lazım olan qayda və çərçivələr elə şəkildə tərtib edilməlidir ki, seçki rəqabətləri ayıq iştirak və sistemin etibarlığı, sabitliyi və iqtidarının artması ilə nəticələnsin
10. Aşağıdakı vasitələrdən istifadə etməklə İran İslam Respublikasına layiq və aidiyyatı vəzifəyə uyğun xüsusiyyətlərə malik könüllülərin seçiminə əlverişli şərait yaratmaqla yanaşı layiqlilərin seçim səviyyəsi artırılsın:
10.1. Aidiyyatı vəzifələrə uyğun elmi, fiziki və səlahiyyət yararlılığı, İslam, inqilab, İslam sistemi, konstitusiya, xüsusilə vilayəti-fəqih və əxlaqi-iqtisadi sağlamlıq öhdəliyi əsasında könüllülərin meyarları, parametrləri, ümumi və xüsusi şərtləri Konstitusiya ilə dəqiq təyin edilməsi.
10.2. Qanuni və hər bir seçkiyə uyğun metodlara əsaslanan qeydiyyat mərhələsində könüllülərin imkan və layiqliliyinin ilkin müəyyənləşdirilməsi.
10.3. Hər bir seçkiyə xas olan qanun çərçivəsində səlahiyyətli qurumlara sorğu göndərilməsi, onların məsuliyyətli və vaxtlı cavablandırması əsasında yetərli zaman proqnozu vasitəsilə namizədlərin səlahiyyətini müəyyən etmək üçün lazım olan şərtlərin dəqiq araşdırılıb müəyyən edilməsi
10.4. Vəzifə başında olan könüllülərin iştirak qadağasını minimuma çatdırmaq üçün lazım olan tərtibatın seçilməsi
10.5. Keşikçilər Şurası tərəfindən prezidentliyə namizədlərin siyasətçi, dindar, idarəedici və bacarıqlı adam olduğunu müəyyən etmək üçün lazım olan parametr və şərtlərin təyin və elan edilməsi.
11. Keçikçilər Şurası tərəfindən prezidentlik, İslami Şura Məclisi və Xubriqan Məclisinə keçirilən seçki proseslərinə, seçkilərin ayrı-ayrı yönləri və mərhələlərinə nəzarət, o cümlədən könüllülərin səlahiyyətlərinin son təsdiqi, şikayətlərə baxılması, seçkilərin sağlamlığını təmin etmək məqsədilə seçkilərin təsdiqi və ya ləğv edilməsi, daha çox insanın iştiraka cəlb edilməsi, könüllülərin və seçicilərin hüquqlarının təmin edilməsi aşağıdakı üsullara əsaslansın:
11.1. Şəffaf, plnalaşdırılmış və təhlükəsiz mexanizmlərin təyin edilməsi, bütün mərhələlərdə könüllülər və nümayəndələrin iştirakına şərait yaradılması.
11.2. Seçkilərin ləğv edilməsi və tələb etdikləri təqdirdə könüllülərin səlahiyyətlərinin rədd edilməsi səbəblərinin yazılı şəkildə cavablandırılması.
12. Səslərin toplanıb sayılması və nəticələrin elanı zamanı şəffaflıq, sürət və sağlamlığın maksimuma çatdırılması üçün yeni texnologiyalardan istifadə.
13. Nümayəndəlik vəzifələrinin yaxşı icrası, andiçmə üçün lazım olan mexanizmin təyini, maliyyə, iqtisadi və əxlaqi sui-istifadənin qarşısının alınması, seçilmişlərin məclis nümayəndəliyi şərtlərini pozması və ya bu şərtlərin olmadığı aşkarlandığı təqdirdə lazımı addımların atılması.
14. Yalnız İslami Şura Məclisinin nümayəndələrinin minimum 2/3 %-nin səsverməsinə əsasən dəyişikliyin təsdiq edildiyi zəruri hallar istisna olmaqla, ümumi siyasətlər çərçivəsində qanunların nisbi sabitliyi və onun lazım olan vaxta qədər dəyişdirilməməsi.
15. Seçkilərin və fərdlərin azad seçim hüququnun azadlığı və sağlamlığının qorunması, insan haqları prinsipinə əsasən qanunvericilik çərçivəsində xalqın səslərinin müdafiə edilməsi, icraçılar və nəzarətçilər tərəfindən bitərəfliliyə tam riayət və nəzarət edilməsi və həyata keçirilməsi, qanun pozuntusuna yol verənlərə qarşı ciddi tədbirlər görülməsi.
16. Silahlı qüvvələr, nazirliklər və onların tabeliyində olan qurumlar da daxil olmaqla üç qurum, təhlükəsizlik orqanları, dövlət şirkətləri, təşkilatları, qurumları və eyni zamanda qeyri-dövlət qurumlarının seçkilərə aidiyyatı olan siyasi və yan qruplaşmalara müdaxiləsi və könüllülərin tərəfini tutmasının qadağan edilməsi.
17. Prezident, İslami Şura Məclisi, Xubriqan Məclisi, şəhər və kəndlərin İslami şuralarının seçkiləri Daxili İşlər nazirinin rəhbərliyi ilə Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Seçki Komissiyasının nəzarəti altında keçirilir. Bu komissiyanın tərkibi və vəzifələri, habelə əyalət və şəhərlərin icra komissiyalarının tərkibi və vəzifələri qanunla müəyyən edilir.
18. Ümumi seçkilərin keçirilmə tarixi və sinxironlaşdırma tənzimləməsi elə müəyyən edilməlidir ki, aralarındakı müddət iki il olsun. Seçkinin icra mərhələləri və mexanizmi isə imkan daxilində eyni olmalıdır.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir