Ali Məqamlı Rəhbərin informasiya bloku

İmam Hüseynə (ə) həsr olunmuş sonuncu matəm mərasimi keçirildi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri, qanunverici və icraedici qurumların rəhbərləri, bir qrup dövlət rəsmisi və minlərlə Həzrət Seyyidüşşühəda (ə) aşiqinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Zeynülabidin İmam Səccadın (ə) şəhadət mərasimi ilə birlikdə Həzrət Əbaəbdillah Hüseynə (ə) həsr olunmuş matəm mərasiminin sonuncu axşam tədbiri keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Hüseyni Qumi cəmiyyətin əxlaqi və fikri tənəzzülü, Əməvi sülaləsinin despot xəlifələrinin hakimiyyəti nəticəsində cəmiyyətə hakim kəsilmiş qorxu və dəhşətin İmam Zeynülabidinin (ə) imam olduğu dövrün əsas səciyyəvi xüsusiyyətlərindən olduğunu dedi: “Tənəzzül və təzyiqlə müşayiət olunan belə bir şəraitdə Həzrət Əli ibn Hüseyn İmam Səccad (ə) dini maarifi dua və minacat qəlibində yaymaqla, xütbələr və Kərbəla müsibətlərini xatırladaraq Aşura hərəkatını diri saxlamaqla, ehtiyaclı və yoxsul insanlara əl tutmaqla Allah dinini yaşatdı ”.

Mərasimdə Səmavati və İnsani mərsiyə və növhələr oxudular.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /