Ali Məqamlı Rəhbərin informasiya bloku

Aşura gecəsi İmam Hüseynə (ə) matəm mərasimi keçirildi

Aşura gecəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri, xalqın müxtəlif təbəqələrindən olan insanlar və bir qrup dövlət rəsmisinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə şəhidlər sərvəri Həzrət Seyyidüşşühədaya (ə) həsr olunmuş matəm mərasimi keçirildi.

Bu mərasimdəki çıxışı zamanı “qeyrət”in üstün və ali bir xüsusiyyət olduğunu vurğulayan Höccətül-İslam vəl-müslimin Ali Əhli-beytin (əleyhimissalam) davranış tərzinin ayrı-ayrı cəhətlərindən, Allahın əmr və hökmlərinin icrası zamanı o böyük insanların nümayiş etdirdikləri qeyrət və qətiyyətdən danışaraq Həzrət Seyyidüşşühədanın (ə) açıq-aşkar sapmalara qarşı müqavimətdə ilahi qeyrətin simvolu olduğunu dedi: “Əgər İmam Hüseynin (ə) qiyamı olmasaydı, İslamdan quru addan başqa heç nə qalmazdı. Bu tarixi qiyamın verdiyi ən mühüm dərs İslam cəmiyyətinin ilahi rəhbər və imama bağlı olmağın zəruriliyi, insanlarda dini qeyrət və inqilab ruhiyyəsinin qorunmasıdır”.

Mərasimdə Qazəvi və Kərimi cənabları Həzrət İmam Hüseynin (ə) müsibətindən danışıb növhələr oxudular.

Həzrət Əbaəbdillah Hüseynin (ə) matəm mərasimi oktyabr ayının 13-ə qədər (Məhərrəmin 11-dək) davam edəcək.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /