Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin iştirakı ilə “Tasua” mərasimi keçirildi

Tasua gecəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei, xalqın müxtəlif təbəqələrindən olan minlərlə insan və bir qrup dövlət rəsmisinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Seyyidüşşühədaya (ə) həsr olunmuş matəm mərasimi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Rəfii xalqın məsuliyyət qəbul edən, məsuliyyətdən boyun qaçıran və laqeydlər olmaqla üç qrupa bölündüyünü dedi: “Cəmiyyətdə mövcud olan anomaliyaların çoxu məsuliyyətdən boyun qaçırmanın və ya vəzifələrin icrasında yol verilən laqeydliklərin nəticəsidir. Əgər cəmiyyətin bütün üzvləri məsuliyyət qəbul edən olsa, problemlərin çoxu öz həllini tapar”.

O, Kərbəlanın vəfalı bayraqdarının üstün keyfiyyətlərindən danışaraq belə qeyd etdi: “Həzrət Əbülfəzl Abbas (ə) Aşura eposunda məsuliyyət qəbul etmə xüsusiyyətinin simvolu olmuşdur. O, öz imamına qeyd-şərtsiz itaət göstərməklə Kərbəla qiyamında üzərinə düşən məsuliyyəti ən yaxşı şəkildə yerinə yetirmişdir”.

Mərasimdə Məhəmməd Musəvi və Məhəmmədrza Tahiri cənabları Kərbəlanın bayraqdarı Həzrət Əbülfəzl Abbasın (ə) Kərbəla müsibətindən danışıb mərsiyə və növhələr oxudular.

Həzrət Əbaəbdillah Hüseynin (ə) matəm mərasimi oktyabr ayının 13-ə qədər (Məhərrəmin 11-dək) davam edəcək.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /