Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Təhlükəsizlik ölkənin əsas inkişaf sütunudur

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) Polis qüvvələri günü münasibətilə bu orqanın komandirləri və məsul işçiləri ilə görüşdü. O, bu görüş zamanı təhlükəsizliyin ölkənin əsas inkişaf sütunlarından biri olduğunu və polis qüvvələrinin təhlükəsizliyin təminində mühüm rol ifa etdiyini dedi: “Polis qüvvələrinin imkanları, hazırlıqları, habelə bu orqanın işçilərinin əzmkarlığı və imanı günbəgün artmalıdır”.

Həzrət Ayətullah Xamenei bu görüşdə qeyd etdi ki, təhlükəsizliyin mənası fərdi psixoloji və sosial ümumi asayişdir: “Təhlükəsizlik olmazsa, hətta cəmiyyətin fərdləri arasında güc və motivasiyanın olmasına baxmayaraq, müxtəlif iqtisadi, mədəni, siyasi və xidməti fəaliyyət imkanları sıradan çıxar”.

İslam İnqilabının Rəhbəri Qurani-Kərimə istinad edərək təhlükəsizliyin möminlərin imanının artmasına səbəb olduğunu dedi: “Ölkənin ən mühüm təhlükəsizlik sütunlarından biri polis qüvvələridir. Təbii ki, təlükəsizliyin bu böyük sütununun əsas hissəsini işbilən, şərəfli və zəhmətkeş işçi qüvvəsi təşkil edir. Bu qüvvələrin əzmkarlığı, imanı, motivasiyası və ruhiyyəsi daim güclənməlidir”.

O, polis qüvvələrinin ölkədəki geniş xidmətlərinə işarə edərək bildirdi ki, cəmiyyətin fərdləri ilə birbaşa qarşılaşdıqları üçün polis məntəqələrinin roluna xüsusi diqqət yetirilməlidir.

Ali Baş Komandan habelə müxtəlif sahələrdəki sürətli dəyişikiliklərə, o cümlədən elm və texnologiya sahəsindəki inkişaflara işarə ahedərək bildirdi ki, ölkənin təhlükəsizliyini təmin edib daha da artırmaq üçün hazırlıqların artırılması, güclərin yenilənməsi, vəzifələrin tam öyrənilməsi və yerinə yetirilməsi, informasiya vasitələrində xalqa fəaliyyət və xidmətlər haqqında dəqiq məlumat verilməsi zəruridir.

Bu görüşdən əvvəl İslam İnqilabı Rəhbərinin imaməti ilə zöhr və əsr namazları qılındı.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /