İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar) səhər Teoloji Mərkəzlərin Ali Şurasının üzvləri ilə görüşdə dini təhsil ocağının İslam hökumətinin ayrılmaz bir hissəsi olduğunu bildirdi. O, vurğuladı ki, İslam maarifi və hökmlərinin həyatın müxtəlif yönlərinə və cəmiyyətin dərinliklərinə qədər nüfuz etməsi üçün İslam hökumətinin faydalı, elmi prinsiplərə əsaslanan, dinamik, innovativ və günün tələblərinə cavab verən dini təhsil mərkəzinə ehtiyacı var: “Hal hazırda dini təhsil ocağının ehtiyac duyduğu ən mühüm məsələlərdən biri dini təhsil ocağında inkişaf layihəsinin işlənib hazırlanması, bu inkişaf layihəsi və nəzər nöqtəsi olan məqsədlər əsasında uzunmüddətli, dəqiq və planlaşdırılmış proqram tərtib edilməsidir”.
O, qeyd etdi ki, dini təhsil ocağının müxtəlif, xüsusilə buraxılış və alimlik, icra və hökumət sahələri ilə bağlı proqramı İslam hökuməti ilə əlaqələri qidalandırmaq və dəstəkmələk məqsədi daşımalıdır: “Dini təhsil ocağı islami hökmün icrasının himayəçisidir. Buna görə də əgər İslam hökuməti islami hökmü yaxşı icra etsə, dini təhsil ocağı bütün varlığı ilə onu himayə etməli, yox, əgər səhvə yol versə, xəbərdarlıq verməlidir”
İslam İnqilabının Rəhbəri bildirdi ki, dini təhsil ocağı üçün uzunmüddətli proqramın olması çox zəruridir: “Proqramda hədəflər tam aydın, əldə edilə bilən və planlı olmalıdır. Proqram elastik və kəmiyyət baxımından ölçülə bilən olmalıdır”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, dini təhsil ocağının uzunmüddətli proqramı mərkəzin inkişaf layihəsinə əsaslanmalıdır: “Dini təhsil ocağının seçkin, elmli və bilikli simalarından təşkil olunmuş strateji araşdırmalar mərkəzi yaradılmalı və təhsil ocağının strateji proqramları artıq bu mərkəzdə işlənib hazırlanmalıdır”.
O, çıxışının sonunda bir neçə tövsiyə verdi: “Administrativ xarakterli bürokratiyadan çəkinmək, rəhbər işçilərin tələbələrlə yaxın ünsiyyət qurması, tələbələr arasında Quranla ünsiyyət mühitinin yaradılması, daha üstün istedadların müəyyən edilməsi, xüsusilə təfsir və dini elmlər tarixinin öyrənilməsinə geniş imkanlar yaradılması yazıçı, xətib və virtual təbliğatçıların yetişdirilməsi dini təhsil ocaqlarında xüsusi diqqət tələb edən mühüm məsələlərdəndir.”
İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Teoloji Mərkəzlərin Ali Şurasının sədri Ayətullah Ustadi bu şuranın proqramları, fəaliyyətləri və problemləri haqqında məlumat verdi.
Teoloji mərkəzlərin müdiri Höccətül-İslam vəl-müslimin Ərafi son illər ərzində dini təhsil ocaqlarının müxtəlif sahələrində həyata keçirilmiş mühüm işlər haqqında hesabat verdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir