İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər İslam İnqilabının Keşikçilər Korpusunun Ümumrespublika Konfransının iştirakçıları ilə görüşü zamanı qeyd etdi ki, Keşikçi Korpus İnqilabın möhkəm səngəri, daxili və xarici təhlükəsizliyin müdafiəçisi, ölkənin inkişafı və ideyalara doğru hərəkət istiqamətində ehtiyac duyulan ən üstün kimlikdir. O, İslam dövlətinin mənəvi və yumşaq gücünün əsas tərkib hissələrinin təhrifi ilə mübarizədə baş verən bəzi sapmalara işarə edərək dedi: “İslam respublikasıın yumşaq gücünün ən mühüm tərkib hissələrindən biri başda ABŞ olmaqla imperialist güclərə qeyd-şərtsiz inamsızlıqdır. Bu inamsızlıq günbəgün artmalıdır”.
İslam İnqilabının Rəhbəri çıxışının əvvəlində İmamın (r.ə) Keşikçi Korpusun üç şöbəsinin yaradılması ilə bağlı verdiyi fərmanın o böyük və ilahi insanın iti baxışı, uzaqgörənliyi və işıqlı qəlbinin məhsulu olduğunu dedi və İslam İnqilabının Keşikçilər Korpusunun əhəmiyyəti, qiyməti və mövqeyindən danışdı: “İmamın (r.ə) məşhur “Əgər Keşikçi Korpus olmasaydı, ölkə olmazdı” cümləsinin dəlili budur ki, Keşikçi Korpus varlığından iman, inqilabçı və mübariz hərəkat süzülən pak ağacdır. Ölkənin və inqilabın qorunması da bu mühüm konponentlərin davamlılığından asılıdır”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İnqilabın böyük hədəfinə nail olmaq, yəni yeni İslam mədəniyyəti yaratmaq və İslam dövlətini məkrli planlardan qorumaq inqilabçı və mübariz davranışla şərtlənir: “İslam inqilabından 37 il keçdikdən, xüsusilə müqəddəs müdafiə dövründən sonra hələ indi-indi o dərin, təcrübəli və Allaha təvəkkül edən insanın Keşikçi Korpus ilə bağlı dediyi sözlər əvvəlkindən daha çox aydın olur. Qeyd etmək lazımdır ki, Keşikçi Korpus inqilabın möhkəm səngəridir”.
O, bildirdi ki, daxili və xarici təhlükəsizliyin müdafiəsi Keşikçilər Korpusunun əsas vəzifələrindən biridir: “Keşikçi Korpusun müdafiə və təhlükəsizliyin qorunması ilə yanaşı quruculuq və abadlaşdırma, ehtiyaclı insanlara xidmət, mədəniyyət, incəsənət, inqilabçı fikir aşılamaq kimi sahələrdəki fəaliyyəti xalqa və ictimaiyyətə çatdırılması və davam etdirilməsi lazım olan mühüm və səmərəli fəaliyyətlərdir”.
Keşikçi Korpusun müdafiə, abadlaşdırma və mədəni fəaliyyətlərinin mühüm əhəmiyyət daşıdığını qeyd edən İslam İnqilabının Rəhbəri onun fəaliyyətlərinin bu şəkildə qiymətləndirilməsinin reallıq və obyektivlik olduğunu dedi: “Hətta sistemin və inqilabın düşmənləri də Keçikçilər Korpusunu bu cür səciyyələndirirlər”.
Ali Baş Komandan vurğuladı ki, Keşikçi Korpusun mahiyyətinin qorunması mühüm əhəmiyyət daşıdığı üçün daim ayıqlıq və patoloji halların müəyyən edilməsinə ehtiyac var: “Qorumaq zamanda dayanmaq deyil, düşmənin istifadə etdiyi vasitələr və inkişaf göstəriciləri dəyişdikcə Keşikçi Korpus da özünün elm, texnologiya və innovasiyalar sahələrindəki nailiyyətləri ilə kifayətlənməməli, irəliyə doğru hərəkət dayanmamalıdır”.
Həzrət Ayətullah Xamenei təhlükəsizliyin cəmiyyətin maddi və mənəvi inkişafinda çox mühüm rol oynayan bir məsələ olduğunu dedi: “Keşikçi Korpusun vəzifələrindən biri daxili və xarici təhlükəsizliyi təmin etməkdir. Əgər xarici təhlükəsizlik olmasa, düşmənin qarşısı ölkə sərhədlərindən kənarda alınmasa, daxili təhlükəsizlik də pozulacaq”.
O, əlavə olaraq bildirdi ki, hərbi təhdidləri ortadan qaldırmaq üçün silahlı qüvvələr günbəgün gücləndirilməlidir: “Keçən illər ərzində bəzən bəzi məmurların öz açıqlamalarında müharibə və hərbi təhdidin ortadan qalxmasının hansısa bir fəaliyyətlə izah etdiklərinə rast gəlinirdi. Əslində, həmin fikirlər yanlışdır. Çünki hərbi təhdidə son qoyan yeganə amil hərbi və müdafiə gücü, düşməndə qorxu və vahimə yaratmaq olmuş və olacaqdır”.
İslam İnqilabının Rəhbəri son vaxtlar bəzi ölkələrin inkişaf səbəbinin onların hərbi qurumlarının ləğv edilməsi ilə bağlı olduğunu ifadə edən bəzi açıqlamalara işarə edərək dedi: “Bu sözləri aid edildikləri adamların dediyinə inanmaq çox çətindir. Ancaq belə açıqlamalar verilibsə, həqiqətən, səhv açıqlamalardır”.
Həzrət Ayətullah Xamenei dedi: “Hərbi qurumlarını ləğv etdikləri deyilən ölkələr bunu öz istəkləri ilə etməyiblər. Əslində, onlar dünya müharibəsində məğlub olduqdan sonra onlara hərbi qurumlara malik olmaq icazəsi vermədilər”
O, vurğuladı: “Heç bir ağıllı öz müdafiə qüvvəsindən imtina etməz. Buna görə də ölkənin müdafiə gücünü günbəgün möhkəmləndirmək lazımdır”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, iman ölkənin müdafiə gücünün möhkəmlənməsinin əsas amilidir: “Qeyri-bərabər müharibənin mənası da budur. Qarşı tərəf mütərəqqi vasitə və təchizatlara malik olmasına baxmayaraq, iman amilinə sahib deyil”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qeyri-bərabər müharibənin bariz nümunəsi İraqda baş verdi. İraqın Xalq Qüvvələri müasir hərbi təchizatlara malik olmasalar da, sahib olduqları yüksək iman gücü ilə ABŞ və müttəfiqlərinin hərbçilərinin İraqda olduqları vaxtdan ala ilmədikləri bölgələri azad etdilər”.
O, çıxışının davamında İslam sisteminin yumşaq gücünün tərkib hissələrinin təhrif edilməsi məsələsinə toxunaraq dedi: “Ölkənin müdafiə imkanı haqqında səsləndirilmiş yanlış fikirlərlə yanaşı, onun bəzi konsepsiyaları haqqında da səhv fikirlər səsləndirilir və təhriflərə yol verilir. Bunun təhlükəsi əvvəlkinin təhlükəsindən daha çoxdur”.
İslam İnqilabının Rəhbəri müstəqillik anlayışının inkar edilməsi və onun təcrid anlayışına bərabər tutulmasının bu təhriflərdən biri olduğunu dedi: “Müstəqilliyin inkar edilməsinin əsas məqsədi imperialist güclərin müəyyən etdiyi sistemlərə tabe olmaqdır. Təəssüflər olsun ki, bir qrup insan bilərəkdən və ya bilməyərəkdən bu mövzunu təkrar etməkdə davam edirlər”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, müstəqillik, mədəniyyət və inanclar bir millətin kimliyinin mənbəyidir: “Hansı səbəblə həqiqi kimlikdən imtina edilməli, qərblilərin səhv və utanc verici dəyərlərinə tabe olmaq lazımdır?”
O, utanc gətirən homoseksuallığın insan yaradılışına və məsləhətinə zidd olan cəhətlərdən biri olduğunu dedi: “Beynəlxalq təbliğatlarında elə dezinformasiya yaradırlar ki, əgər kimsə bu yanlış məsələləri inkar etsə, təcridolunma hiss etsin. Bu səbəbdən də bəzi Qərb rəsmiləri seçkilərdə səs toplamaq üçün bu cür yanlış təfəkkürün tərfədarı olduqlarını elan edirlər”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Qərblilərin israrla vurğuladıqları müstəqilliyin olmamasının nəticəsi budur. İndi biz İslamın ilahi və nurlu təfəkkürünü tərk edib bu utancverici təfəkkürəmi tabe olmalıyıq?”
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam sisteminin yumşaq gücünün tərkib hissələri ilə bağlı yol verilən təhriflərdən biri idealizmlə qeyri-rəasionallığı eyniləşdirməkdir: “İdealizm rasionallığın özüdür. Çünki bir millətin idealı olmasa, bu gün Qərb cəmiyyətlərində olduğu kimi, içdən boşalıb puç olacaq”.
O, əlavə etdi: “Xalqların inkişaf və hərəkət motivasiyasına səbəb olan amil hədəf və ideyalardır. Hədəflər nə qədər yüksək, nə qədər təcrübəli və işıqlı olsa, hərəkət daha doğru olar”.
İslam İnqilabının Rəhbəri İslam sisteminin yumşaq gücünün tərkib hissələri bağlı yol verilmiş təhriflərdən başa birinə toxunaraq dedi: “İran İslam Respublikasının yumşaq gücünün konponentlərindən biri bu gün simvolu ABŞ olan beynəlxalq imperialist güclərə qeyd-şərtsiz inamsızlıqdır”.
Həzrət Ayətullah Xamenei ABŞ-a qeyd-şərtsiz inamın inkişaf etdirilməsi zərurətinə toxunaraq dedi: “Təəssüflər olsun ki, bəziləri bu inamsızlığı qəbul etmək istəmirlər, dildə ABŞ-ın düşməni olduqlarını desələr də, əslində, onlarda ABŞ-a inamsızlıq hissi həqiqətən, yoxdur”.
O, vurğuladı: “İnsanda qarşı tərəfə həqiqi düşmənçilik və inamsızlıq hissi olarsa, müzakirələr və görüşlərdə lazım olan prinsiplərə riayət edəcək və qarşı tərəfin sözlərinə qeyd-şərtsiz etimad göstərməyəcək”.
İslam İnqilabının Rəhbəri ABŞ-a qeyd-şərtsiz inamsızlığın dərin düşüncə və tərcübəyə əsaslanan rasionallığın nəticəsi olduğunu dedi: “İnqilabdan sonrakı bütün illər ərzində, son nüvə danışıqları və digər məsələlərdə ABŞ-ın mütəmadi düşmənçiliyinin şahidi olmuşuq”.
Həzrət Ayətullah Xamenei tarixi bir nümunəyə işarə edərək dedi: “Məşrutə hadisəsində ingilislərə inanıb səfirliklərinə doğru istiqamət götürüldüyü zaman əsaslı bir zərbə endirildi və bu zərbənin nəticəsində ölkə 75 il geri düşdü”.
O, bəzi region dövlətlərinə səslənərək dedi: “Əgər ayıq olmasanız, ABŞ-ın imperiya sisteminin hiyləsini dərk etməsəniz və təbəssümünə aldansanız, siz də 50, hətta 100 il geri düşə bilərsiniz”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Əgər biz ABŞ-la danışıqlar aparmaq və onların müxtəlif sahələrdəki vəsəvəsələri üçün yolu açıq qoysaq, onların gizli və aşkar nüfuzuna zəmin yaratmaqla yanaşı, ölkənin nəzərdə tutulan inkişafı da reallaşmaz və gerilik qətiləşər”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, məsul şəxlər düşmənin nüfuz və təsiri qarşısında ayıq olmalıdırlar: “Amerikalılar israr edirlər ki, biz onlarla Qərbi Asiya regionu, xüsusilə Suriya, İraq, Livan və Yəmən məsələləri ilə bağlı danışıqlar aparaq. Onların bu danışıq istəklərinin əsl hədəfi nədir? Onların məqəsdi yalnız ABŞ-ın uğursuzluqlarının əsas amili olan İran İslam Respublikasının regiondakı varlığının qarşısını almaqdır”.
O, amerikalıların müzakirə oyunları və aşkar düşmənçilikləri, bu düşmənçilik və oyunların nüvə danışıqlarındakı təzahürlərinə işarə edərək dedi: “Rasionallıq düşmənçiliklərini aşkar şəkildə büruzə verən insanlara qarşı qeyd-şərtsiz etimad göstərməməyimizi tələb edir”.
İslam İnqilabının Rəhbəri region məsələləri ilə bağlı ABŞ-la danışıq aparılmasını ifadə edən bəzi zümzümələrə işarə edərək dedi: “ABŞ-la danışıqlar aparılması faydasız olmaqla yanaşı, həm də zərərlidir. Bu məsələ ölkənin yüksək vəzifəli şəxslərinə əsaslandırılaraq çatdırılmış, onlar da inkar etməmişlər”.
Müzakirənin düşmənçilikləri azaltmamaqla yanaşı, nüfuz üçün zəmin yaratdığını vurğulayan Həzrət Ayətullah Xamenei ölkənin təhlükəsiz vəziyyətinə işarə edərək dedi: “Düşmən bütün səyini ölkənin təhlükəsizliyini pozmağa sərf edir. Buna görə də silahlı qüvvələrin bütün idarələri və aidiyyatı qurumlar bu təhlükəsizliyi müasir təhlükəli dünya arenasında əldə edilmiş mühüm bir nailiyyət kimi qorumalıdırlar”.
O, ekoloji təhlükəsizliklə yanaşı, mədəni və fikri təhlükəsizliyin də çox mühüm əhəmiyyət daşıdığını dedi: “Keşikçi Korpus bütün bu sahələrdə aparıcı rol oynamalıdır”.
Ali Baş Komandan sonra İslam İnqilabının Keçikçilərinə bir neçə tövsiyə verdi və Keşikçi Korpusun bütün gücü və imkanlarının mərkəzində iman, inqilab və mübarizə ruhiyyəsinin dayandığını dedi: “İnqilab ruhiyyəsinin dünyaya sevgi və meyl, dəbdəbə və israf yarışına girməklə zəfiləməsinə imkan vermək olmaz”.
İslam İnqilabı Rəhbərinin növbəti tövsiyələri Keşikçi Korpusun yeni nəsillərinin inqilab konsepsiayalarına bağlılıqlarının qorunması zərurəti və təhsilin əhəmiyyəti ilə bağlı oldu.
O, habelə Bəsicin (könüllülər) milli potensial olduğunu dedi və bu xalq birliyinin fəaliyyətlərin çoxluğundan razı qaldığını bildirirək fəaliyyətlərin daha da dərinləşdirilməsi zərurətini vurğuladı.
Həzrət Ayətullah Xamenei İran xalqının beynəlxalq dəyişikliklərdəki nümunə səciyyəsinə və xalqın gələcəyinin qurucuları roluna işarə edərək dedi: “Əgər dövlət rəsmiləri və xalq müqavimət iqtisadiyyatını sözün əsl mənasında reallaşdıra, ölkəni düşmənin pul və maliyyə cadusundan xilas edə və dolların iqtisadi həyatdakı dəyər və ağalığına son qoya bilsələr, digər ölkələri də xilas edər və onlar üçün nümunəyə çevrilərlər”
İslam İnqilabının Rəhbəri düşmənlərin İran xalqına qarşı qəzəblənməsinin səbəbinin İslam Respublikasının bu ilhamverici xüsusiyyətinin olduğunu dedi: “Təzyiqlər, sanksiyalar və təhdidlərin günbəgün daha da artmasına baxmayaraq, İran xalqının davranışı daha da şəffaflaşır, daha cəsarətli xarakter alır və İslam İnqilabının pak və mübarək gövdəsi daha da güclənir”.
O, qeyd etdi ki, sionistlərin təsiri altında olan təbliğat vasitələr bu parlaq reallıqların üstünü örtmək üçün səy göstərirlər. Bəzi dövlət rəsmilərinin xarici səfərlər zamanı xalq tərəfindən qarşılanması İran xalqının nümunə olmasının başqa bir sübutudur: “İslam Respublikası hal-hazırda yüksək məqsədlər və ideyalara nail olmaq yolunun başlanğıcındadır. Ancaq hərəkət, müstəqillik, möhkəm duruş və əzmkarlıq nümayişinun elə bu miqdarı xalqların diqqətini cəlb etmişdir”.
Həzrət Ayətullah Xamenei bu işıqlı yolun günbəgün artmaqda olan maddi və mənəvi güc və hazırqlıqla davam etdirilməsinin zəruri olduğunu dedi: “Quran bizə öyrədir ki, düşmənçiliklər qarşısında Allahdan yardım diləməklə duruş və dayanıqlıq göstərmək lazımdır. Çünki Allah və ilahi hidayət bizimlədir”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Əgər motivasiyamızı, imanımızı və qətiyyətimizi qorusaq, ağıl və tədbirdən düzgün istifadə etsək, düşmənlərin bütün hərtərəfli tədbirlərinə qalib gələcəyik. Mühasirədə olduğumuzu düşünən bəzilərinin düşüncələrinin əksinə olaraq bütün düşmənləri çökdürəcəyik”.
O, vurğuladı: “Mənim gələcəklə bağlı heç bir narahatçılığım yoxdur, inanıram ki, Allahın yardımı ilə ölkənin sabahı bu günündən çox yaxşı olacaq”.
İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Vəliyyi-fəqihin Keçikçilər Korpusundakı nümayəndəsi Höccətül-İslam vəl-müslimin Səidi görüş iştirakçılarını “İmamət və vilayət ongünlüyü” münasibətilə təbrik etdikdən sonra Keşikçi Korpus və Bəsicin komandirləri və məsul şəxslərinin mövqeyinin İmam və Rəhbərin diskursunu davam etdirməkdən ibarət olduğunu dedi: “Keşikçi Korpus bütün imkanlarını öz vəzifəsinə və öhdəliklərinə əməl etməyə və İslam İnqilabının mədəniyyət yaradan bayrağını yüksəkdə saxlamağa sərf edəcək”.
Habelə, Keşikçi Korpusun ali baş komandanı general-mayor Cəfəri bir məlumatda dedi: “Keşikçi Korpus öz missiyasının icrasını İslam inqilabının potensial və imkanlarının qorunması, güc və qüdrətin İslam dünyası səviyyəsində daha da artırılması, inqilab ideyalarının həyata keçməsinə yardım, aristokratiya təzahürləri, korrupsiya, ayrıseçkiliklə mübarizəyə kökləmişdir”.
Genral-mayor Cəfəri əlavə etdi: “Keşikçi Korpusun önləmə strategiyasının əsasında bütün səviyyələrdə mənəviyyatı yüksəltmək və inqilab ruhiyyəsini qorumaq dayanır”.
Keşikçi Korpusun ali baş komandanı ABŞ-ın sistemə nüfuz etmək və onu dəyişmək üçün tərtib etdiyi çirkin planların həyata keçməsinə imkan verməyəcəklərini dedi: “Əmin olun, ABŞ siyasətlərinin ölkəyə nüfuz etməsin istəyən çirkin ağacı köklərini və mövsümü keçmiş budaqlarını kəsəcəyik. İslam inqilabı Ali Baş Komandanın dəstəkləri və rəhbərliyi ilə özünün üçüncü formalaşma mərhələsindən keçmək üçün qorunacaq”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir