Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam İnqilabının Rəhbəri ümumi ailə siyasətlərini elan etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri konstitusiyanın 110-cu maddəsinin birinci bəndini rəhbər tutaraq dövlətin mənafeini müəyyən edən kollegiya ilə məsləhətləşdikdən sonra təsdiq edilmiş ümumi ailə siyasətlərini elan etdi

Üç qurum rəhbəri və dövlətin mənafeini məüyyənləşdirən kollegiyanın rəhbərinə göndərilmiş ümumi ailə siyasətlərinin mətni

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Ümumi ailə siyasətləri

Ailə İslam cəmiyyəti binasının bünövrəsi və təməl daşı, insanın inkişaf və yüksəliş ocağı, ölkənin və dövlətin sağlamlığı, iqtidarı və mənəvi yüksəlişinin dayağıdır. Dövlətin hərəkət istiqamətinin hədəfində aşağıdakılar olmalıdır:

1. Ailəmərkəzli cəmiyyət yaratmaq. Övladı İslam prinsipləri əsasında yetişdirib tərbiyə edən mərkəz və rahatlıq ocağı kimi ailə və onun əsas funksiyalarını İslamın ailə meyarı əsasında gücləndirmək və möhkəmləndirmək.

2. Qanun-qaydalar, proqramlar, icra siyasətləri, bütün təhsil, mədəni, ictimai və iqtisadi sistemlərdə, xüsusilə mənzil və şərhərsalma sistemində ailənin əsas diqqət mərkəzində saxlanması.

3. İslami və milli kimliyi qoruyub inkişaf etdirmək, ailəni və cəmiyyəti qorumaq üçün ailə və məscid arasındakı əlaqə məhsuldarlığını artırmaq.

4. Nigah və evlilik yaşında olan bütün qız, oğlan və fərdlər üçün asan və uğurlu evliliyin təşkili və təşviqi üçün ümummilli hərəkat yaratmaq, stimullaşdırıcı, himayəedici və mədiniləşdirici qanun-qaydalar və icra siyasətləri müəyyən etməklə, habelə ilahi qanuna əsaslanan ülvi ailə təşkilinin yüksək qiymətləndirilməsi ilə cəmiyyətdə subaylığın aradan qaldırılması.

5. Aşağıdakı üsullardan istifadə edərək razılıq, insaf, xidmət, ehtiram, sevgi və mərhəmət əsasında ailənin möhkəmləndirilməsi və onun ictimai sərmayəsinin yaxşılaşdırılması:

- Ailənin bünövrəsi və ailə münasibətlərini möhkəmləndirmək üçün ölkənin media və təlim-tərbiyə imkanlarından birgə istifadə;

- Mədəniyyətin formalaşdırılması və qarşılıqlı əxlaqi münasibətlərin gücləndirilməsi;

- Ailə münasibətlərini pozub sıradan çıxarmaq üçün apardığı yumşaq müharibədə düşmənlərə qarşı effektiv mübarizə aparmaq, ailənin möhkəmlənməsinə zərbə vuran zərərli amillər, problemlər və maneələrin aradan qaldırılması;

- Ailə dəyərlərini pozan proqramların yayılmasının qadağan edilməsi;

- Ailə üzvlərinin bir-birlərinin yanında olması, ailənin asudə vaxtlardan kollektiv şəkildə səmərəli istifadəsi üçün səmərəli imkanlar yaratmaq.

6. İslami ailə modelinin təsviri və təqdimi. Aşağıda qeyd edilən metodlardan istifadə edərək İslam-İran həyat tərzinin gücləndirilməsi və təbliği:

- Nigahda və ailədə ali dəyərlər və bəyənilən adət-ənənələrin təbliği və yayılması;

- Əxlaqi dəyərlərin daha rəngarəng edilməsi və onun batil dekorasiyalardan təmizlənməsi;

- Qərb mədəniyyətinin təzahürləri, aristokratiya və dəbdəbə ilə mübarizə;

- İstinad mənbəyi olan qrupların davranışlarının islah edilməsi, onların gözəl davranışlarının daha da qabardılması, sağlam olmayan istinad qruplarının formalaşmasının qarşısının alınması.

7. Yeni ehtiyac və tələblərə uyğun olaraq ailə məsələlərini ehtiva edən məhkəmə prosedurları və hüquqi sistemə yenidən baxılması, onun islah edilməsi və təkmilləşdirilməsi, ailə münaqışələrinin ilkin mərhələsində həkəmiyyət (İslamda tövsiyyə olunan, boşanma zamanı hər iki tərəfdən ailə böyüklərinin iştirakı ilə ixtilafın yoluna qoyulması cəhdi) vasitəsilə iddiaların həll edilməsi, bütün inzibati və məhkəmə mərhələlərində ədalət və təhlükəsizliyin təmin edilməsi, ailə məsələlərinə aid iddialarda hökmlərin ailənin möhkəmləndirilməsi məqsədilə icra edilməsi.

8. Cəmiyyətdə sağlam mühit yaradılması, qadın - kişi münasibətlərində İslamın müəyyən etdiyi qaydalara riayət olunması.

9. Ailələrin məşğulluq, evlilik və mənzillə bağlı gələcək narahatlıqlarını azaltmaq üçün onların imkanlarını yaxşılaşdırmaqla məişət və iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq

10. Ailə qurmazdan əvvəl, ailə qurulan əsnada və ondan sonrakı mərhələ üçün konsultasiya və təlimat sisteminin təşkil edilməsi. Ailəni möhkəmləndirmək üçün ona İslam-İran prinsipləri əsasında nail olmaq.

11. Ölkənin qarşısında duran məqsədləri və proqramları həyata keçirmək məqsədilə ailəni bütün mədəni, iqtisadi, siyasi və müdafiə sahələrində iştiraka cəlb etmək üçün gücləndirmək və stimullaşdırmaq.

12. Ər-arvadlıq şərəf və ləyaqətinin, qadınların analıq və evdarlıq rolunun, kişilərin atalıq və iqtisadi rolunun, qadınların və kişilərin tərbiyə və mənəvi məsuliyyətinin himayə edilməsi. Öz məsuliyyətlərini qəbul edə bilməsi, ailə münasibətlərini qoruya və üzərlərinə düşən missiya və rolu ifa edə bilməsi üçün ailə üzvlərinin imkanlarının yaxşılaşdırılması.

13. İctimai fəsadların, ailənin sütununu silkələyən amillərin, xüsusilə boşanmanın qarşısının alınması. Boşanmanın bəyənilməyən bir hadisə olması mədəniyyətini təbliğ etməklə, habelə boşanma və ailənin dağılmasına səbəb olan amillərin davamlı öyrənilib müəyyən edilməsi ilə bu amillərdən qaynaqlanan fəsadların aradan qaldırılması.

14. Qadınların himayəsində olan ailələrin hüquqi, iqtisadi və mədəni cəhətdən himayə edilməsi. Bu qadınları evliliyə stimullaşdırmaq və onların evliliyinin təşkili.

15. Ailələrdəki yaşlı insanlara hörmət edilməsi istiqamətində uyğun dəstək və təşviqat metodlarının seçilməsi, onlara fiziki, ruhi və mənəvi qayğının gücləndirilməsi .

16. Ailələrin hərtərəfli sağlamlığını xüsusilə də gələcəkdə gənc, sağlam, dinamik və mütərəqqi cəmiyyətə nail olmaq məqsədilə reproduktiv sağlamlığının yüksəldilməsi, ailələrdə uşaq sayının artırılması üçün lazımi mexanizmlərin yaradılması.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /