İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan qabaq onun görüşünə gəlmiş şəhid Hacı Rəcəb Məhəmmədzadənin ailəsinə lütf və ehtiram göstərdi.
İslam İnqilabının Rəhbəri bu görüşdə Məhəmmədzadə ailəsinin uca və qibtə ediləcək məqamından hörmətlə danışaraq dedi: “Bu illər ərzində bu əziz şəhid aldığı travmadan əziyyət çəkdiyi hər an, hər saat Allah-taalanın dərgahında qorunub mükafata layiq görüldü. Sonda da şəhadət zəfəri ilə Allahın saysız-hesabsız imtiyazları bu möhtərəm şəhidə nəsib oldu”.
Həzrət Ayətullah Xamenei habelə, Məhəmmədzadə ailəsinin, xüsusilə şəhidin həyat yoldaşının yüksək ruhiyyəsi, fədakarlığı və səbrini yüksək qiymətləndirdi: “Siz şəhid ailələri İslam İnqilabının simvollarısınız. Biz siz əzizləri gördükdə daha da ruhlanırıq”.
O, habelə, veteran şəhid Məhəmmədzadə kimi böyük şəxsiyyətlərin çətin, ancaq dözümlü həyat hekayələrinin təbliğinin zəruri olduğunu vurğuladı.
Hacı Rəcəb Məhəmmədzadə 1366-cı (1987) ildə İraqın Hur adlı bölgəsində minaya düşərək baş və üz nahiyəsindən travma alaraq əlillik dərəcəsinə yüksəlmiş müqəddəs müdafiənin şərəfli veteranlarından olmuşdur. İslam İnqilabının Rəhbəri 1394-cü (2015) ilin fərvərdin ayında İmam Rzanın (ə) pak hərəmində olarkən Həzrət Ayətullah Xamanei onun görüşünə gəlmiş bu veterana yüksək ehtiram göstərmişdir.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir