Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Təhlükəzislik Nazirliyi İslam sisteminin görən və ayıq gözüdür

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra Təhlükəsizlik Nazirliyinin rəhbəri, müavinləri və idarə rəhbərləri ilə görüşdü. O, görüş zamanı bu nazirliyin “Çox mühüm və həssas bir səngər”, “İslam sisteminin görən və ayıq gözü” olduğunu dedi: “Təhlükəsizlik Nazirliyi sistemin möhkəm dərisidir və heç bir halda zədələnməməlidir”.

Gecə-gündüz yorulmadan imanla çəkdikləri zəhmətlərə görə Təhlükəsizlik Nazirliyinin müxtəlif şöbələrinin işçilərinə təşəkkür edən Həzrət Ayətullah Xamenei İslam İnqilabının qələbəsi və bəqasının imanın qorunması sayəsində baş verdiyini dedi: “İlk gündən inqilab əleyhinə həyata keçirilən müxtəlif hiylə və kələklər çoxluğuna baxmayaraq, beynəlxalq imperializmin İslam Respublikası qarşısında uğursuzluğa düçar olması yalnız iman sayəsində mümkün olmuşdur”.

İnqilabın Rəhbəri xalqın və səlahiyyətli şəxslərin imanını zəiflətmək üçün atılan hər bir addımın xəyanət olduğunu qeyd etdi: “

Ölkəni bütün bu illər ərzində qoruyub saxlamış müdafiəçi qüvvə iman qüvvəsidir. Əgər bu güclü və səmərəli silah zəiflədilsə, çox problemlər yaranacaq”.

O, elə məhz bu aspektdən Təhlükəsizlik Nazirliyində iman və mənəvi cəhətlərin gücləndirilməsinin zəruriliyini vurğuladı: “Təhlükəsizlik Nazirliyi sistemin möhkəm qabığıdır, heç bir vəchlə zədələnməməlidir. Buna görə də iman və mənəviyyat kimi mühüm komponentlərin gücləndirilməsinə digər qurumlardən çox bu nazirlikdə diqqət yetirilməlidir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, Təhlükəsizlik Nazirliyinin mömin və inqilabçı qüvvələrdən və gənclərdən istifadə etmək üçün zəngin potensialı var: “Təhlükəsizlik Nazirliyinin yeni nəsildən olan kadrlarını keçmişdə olduğu kimi dəyərli və inqilabçı yetişdirib inkişaf etdirin”.

Həzrət Ayətullah Xamenei Təhlükəsizlik Nazirliyinin İslam dövlətinin görən və ayıq gözü olduğunu dedi: “İslam İnqilabının əsasları və strategiyaları Təhlükəsizlik Nazirliyində tam qorunmalıdır”.

O, İslam İnqilabının əsaslarının İmam Xomeyninin (r.ə) açıq bəyanatları və töhfələri olduğunu vurğuladı: “İmperializm cərəyanının başı, yəni ABŞ-la fasilə yaratmaq bizim dahi imamımızın ən mühüm qəti prinsiplərindəndir. Bu məsələdə diqqətsizlik və laqeydliyə yol vermək olmaz”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Təhlükəsizlik Nazirliyi düşmənin pusqusu və İslam sisteminə zərbə vurmaq üçün bazası ola biləcək hər bir sahədə olmalı və həmin sahəni öz fəaliyyət dairəsi hesab etməlidir”.

Təhlükəsizlik Nazirliyinin müqavimət iqtisadiyyatının reallaşmasında oynadığı rol İnqilab Rəhbərinin toxunduğu məsələlərdən oldu: “Ölkənin mövcud problemlərindən xilas olmağın yolu müqavimət iqtisadiyyatıdır. Bu istiqamətdə müəyyən işlərə start verilib. Ancaq görülən işlərin nəticəsi əməldə müşahidə edilməlidir”.

O, habelə, Təhlükəsizlik Nazirliyinin iqtisadi korrupsiya ilə mübarizə və onun qarşısının alınmasında oynadığı roldan da danışdı.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Təhlükəsizlik naziri Höccətül-İslam vəl-müslimin Ələvi bu nazirliyin proqramları və fəaliyyətləri haqqında hərtərəfli məlumat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /