Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

ABŞ-ın regionda faciə yaratmasının hədəfi Fələstini unutdurmaqdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günün birinci yarısı dövlət məmurları və xalqın müxtəlif təbəqələrindən olan bir qrup insanla görüşü zamanı qeyd etdi ki, region və İslam dünyasında gedən müharibə, qeyri-sabitlik və terrorizmin əsl mənbəyi imperialist qüvvələr və onların başında dayanan ABŞ-dır. O vurğuladı ki, onların məqsədi sionist rejiminə rahat nəfəs alacaqları bir mühit yaratmaq və Fələstin məsələsini unutdurmaqdır: “Bu məkrli planlarla mübarizə aparmağın yeganə yolu əsl düşməni tanımaq və ona qarşı müqavimətdir. İran xalqı göstərdi ki, inkişafın yeganə yolu müqavimətdir”.

Hər kəsi Mübarək Fitr bayramı münasibətilə təbrik edən İslam İnqilabının Rəhbəri İslam dünyasının indiki vəziyyətinə, regionda baş verən qırğınlara, qeyri-sabitliyə və partlayışlara işarə edərək dedi: “Mühüm məsələlərdən biri İslam ümmətinin mövcud problemlərinin çrikin və mənfur mənbəyini, terrorizmə rəvac verən gizli əlləri tanımaqdır”.

Həzrət Ayətullah Xamenei bütün ölkələrin dildə terrorizmə nifrət bəslədiklərini demələrinə və terrorizmlə mübarizə adı altında yalançı kualisiya yaratdıqlarına işarə edərək dedi: “Dövlətlər dildə söylədikləri iddialarının əksinə olaraq, əməldə terrorizmi himayə edir və fəaliyyətinə rəvac verirlər”.

O, Suriya hadisələrinin ilk günləri ABŞ səfirinin etirazçılar toplantısındakı iştirakına, buradakı siyasi münaqişənin daxili müharibəyə çevrilməsinə zəmin yaradılmasına işarə edərək dedi: “Bir siyasi münaqişəni qardaş qırğınına çevirdilər, sonra haram neft gəlirləri, habelə maliyyə və silah yardımı ilə müxtəlif regionlardan Suriya və İraqa adamlar gətirərək regionda sabitliyi pozub, bu gün şahidi olduğumuz fəlakətləri törətdilər”.

İslam İnqilabının Rəhbəri ABŞ-ın İran xalqı ilə olan düşmənçiliyini tez-tez vurğuladığına işarə edərək bunu 37 illik təcrübə və tanıma ilə əsaslandırdı: “ABŞ İslam inqilabının qələbə çaldığı ilk gündən dahi İmam (r.ə) və onun böyük hərəkatına qarşı düşmən kəsildi. Bu düşmənçilik bu günə qədər də davam edir. Ancaq xalqın ayıqlığı, dövlətin sayıqlığı və məmurların hazırlığı sayəsində ABŞ-ın planları həyata keçmədi”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İslam ümmətinin düşməni tanımağa, onun planlarından xəbər tutmağa ehtiyacı var: “Siyasi münaqişənin daxili müharibəyə çevrilməsi üçün göstərilən səyin başqa bir nümunəsinə də Bəhreyni misal göstərə bilərik”.

O dedi: “İran İslam Respublikası Bəhreyn məsələlərinə heç bir müdaxilə etmədi və etməyəcək. Əgər bu ölkədə siyasi dərk və ayıqlıq varsa, siyasi münaqişə daxili müharibəyə çevrilməməli və xalq arasında qarşıdurma yaranmasına imkan verilməməlidir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, beynəlxalq imperializmin və onun başında duran ABŞ-ın regionla bağlı planlarının və tragizminin əsas hədəfi Fələstin məsələsini unutdurmaqdır: “Onlar bir coğrafiyanın və bir xalqın mövcudluğunu inkar etmək istəyirlər. Halbuki Fələstin dövlətinin minilliklərə dayanan tarixi, Fələstin xalqının isə öz torpaqları var. Bu həqiqətləri inkar etmək olmaz”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Sionist rejim mühasirədə olan məzlum Fələstin xalqına göstərdiyi təzyiqlərin silləsini mütləq yeyəcək”.

O əlavə etdi: “Fələstin problemi İslam dünyasının əsas problemidir. İslam ölkələrinin heç biri, hətta vicdanı olan qeyri-müsəlman ölkələr də onu unutmamalıdırlar”.

İslam İnqilabının Rəhbəri Yəmənin mövcud vəziyyətinə, dinc əhalinin evlərinin, xətəxanalar, məscidlər və infrastrukturların gündəlik bomba zərbələrinə məruz qalmasına işarə edərək dedi: “Təcavüzkar təcavüzdən əl çəkməlidir, İslam dünyası da utopik bir əsasla Yəmən xalqına hücum edən təcavüzkarı tənbeh etməlidir”.

Həzrət Ayətullah Xamenei İran xalqının müqavimətinə işarə edərək dedi: “İran İslam Respublikasının nailiyyətləri müqavimətin nəticəsidir. Əgər İran xalqı super güclər qarşısında təslim olsaydı, indiki inkişafına nail ola bilməzdi”.

O qeyd etdi ki, duruş gətirmək, müqavimət göstərmək, daxili strukturu gücləndirmək, milli iradə və əzmkarlıq, Allahla rabitə inkişafın əsas amilləridir: “Əgər hər hansı millət iman vasitəsilə möhkəmlənərsə, yalnız Allaha təvəkkül edərək Allahdan qeyrisindən qorxmazsa, öz ali hədəflərinə doğru hərəkət edər”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən ölkə başçısı cənab Ruhani hər kəsi Mübarək Fitr bayramı münasibətilə təbrik etdikdən sonra terrorizm, qeyri-sabitlik və qaçqınlığın İslam dünyasının müasir problemlərindən olduğunu söylədi və terrorizmlə mübarizə aparmaq üçün qondarma və görüntü xarakterli kualisiyaların əvəzinə həqiqi kualisiya yaradılmasının zəruriliyini vurğuladı: “İran İslam Respublikası keçmişdə olduğu kimi, İslam dünyasının problemləri qarşısında əlini əlinin üstünə qoymayacaq və müsəlman xalqlarını müdafiə edəcək”.

Cənab Ruhani habelə maaş kartları məsələsinə işarə edərək dedi: “Hökumət xalqın və rəhbərin dəstəyi ilə digər qüvvələrlə birlikdə bu problemi həll etməkdə qərarlıdır. Dövlət təcili tədbirlər görməklə yanaşı, qanun qaydalarda islahat aparıb şəffaflıq yaratmaqla bu cür halların təkrar edilməsinin qarşısını almalıdır. Hökumət parlamentə bu məsələ ilə bağlı layihə təqdim edəcək”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /