Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qeyr-qanuni mənimsəmələr dəbdəbəli həyat tərzinin nəticəsidir

İranın müsəlman və dindar xalqı bu gün bir aylıq oruc, Allah-taalaya ibadət və bəndəçiliyin şükrünü yerinə yetirmək üçün bütün ölkədə mübarək Fitr bayramı namazını böyük təntənə ilə təşkil etdi. Bu iştirak və şükr öz zirvə nöqtəsinə Tehranın İmam Xomeyni müsəllasında çatdı. Burada Fitr namazı Müsəlmanların Rəhbəri Həzrət Ayətullah Xameneinin imaməti ilə qılındı.

İslam İnqilabının Rəhbəri namazın birinci xütbəsində İran xalqını və böyük İslam ümmətini təbrik etdikdən sonra ölkədə bu il Ramazan ayının mənəviyyat, diqqət, təvəssül, təvazökarlıq və itatəkarlıqla müşayiət olunduğunu dedi: “Biz dövlət rəsmiləri olaraq belə bir nurani qəlbə malik olduğu üçün bu mömin xalqa qibtə etməli və təbii ki, Allaha şükr etməliyik. Ancaq, digər tərəfdən də ölkənin mömin əhalisi qarşısında necə ağır məsuliyyət daşıdığımızı bilməliyik” .

Həzrət Ayətullah Xamenei xalqın, xüsusilə gənclərin ilin ən uzun və isti günlərində oruc tutmasını bu ilin Mübarək Ramaz ayının gözəl təzhürlərindən olduğunu dedi: “Əlbəttə, çirkin əllər yeniyetmələri oruclarını açmağa sürükləsələr də, Allahın lütfü ilə buna nail ola bilmədi, gələcəkdə də olmayacaq”.

O vurğuladı: “Bu məsələ xalqın və ölkə rəsmilərinin bir daha diqqətli olmasını tələb edir. Hər kəs İran İslam Respublikasının çirkin düşmənlərinin ölkənin mütərəqqi nəslini dindən uzaqlaşdırmaq üçün hansı proqramlara malik olduğunu bilməlidir. Sadəcə, bədxahların builki proqramları xalqın ayıqlığı sayəsində iflasa uğradı”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, çox isti havada, xüsusilə ölkənin cənub əyalətlərində əzəmətli Qüds günü nümayişinin keçirilməsi gözəl təzahürlərdən və xalqın Mübarək Ramazanda gördüyü böyük və cihad ruhlu işlərdəndir: “Xalq izdihamlı iştirakı və eyni zamanda mühüm əhəmiyyət daşıyan Fələstin məsələsinə görə səsini ucaltmaqla əslində, elan etdi ki, bəzi İslam dövlətləri Fələstinin hədəfinə xəyanət etsə də, bəzi dövlətlər bu məsələyə səhlənkar yanaşsa da, bəzi xalqlar ümumiyyətlə, bu məsələdən xəbərsiz olsalar da, İran xalqı bütün düşmənlər qarşısında durmağa və Fələstin məsələsini gündəmdə saxlamağa hazırdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, builki Mübarək Ramazan ayı xalqın mənəviyyat göstriciləri və təzahürlərinin böyük sərgisidir.

O, pak ziyarətgahlarda əzəmətli Quran məclislərinin keçirilməsi və onun milli mediada ən yaxşı şəkildə işıqlandırılmasına işarə edərək dedi: “Bu təzahürlərdən biri də müxtəlif şəhərlərdə, xüsusilə Tehranın ayrı-ayrı nöqtələrində camaata iftar ziyafətləri verilməsi ənənsinin daha da inkişaf etdirilməsidir. Bu mənəvi davranış və xalqa xidmət ruhiyyəsi insafən, hər bir şəxsə təsir göstərir”.

O qeyd etdi ki, xalqa verilən gözəl iftar ziyafətləri israfa yol verilən təmtəraqlı iftar süfrələrinə qarşı bir kompaniyadır: “Təəssüflər olsun ki, bəzi qurumlar hotellərdə haqqı çatmayan adamlara çox xərc aparan iftar ziyafətləri verməyə təşəbbüs göstərdilər. Qeyd etmək lazımdır ki, haqqı çatan və yolda qalmış insanlara verilən sadə və xalq üçün olan iftar qonaqlıqları bu hərəkətin qarşısında yer alır”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, “adlarını “küçə-küçə dolaşan aşiq” qoymuş gənclər vasitəsilə ehtiyacı olanların evlərinə iftar yeməklərinin paylanması”, “xüsusilə əhya gecələrində məscidlər, hüseyniyyələr və şəhidlərin məzarları üzərində əzəmətli dua və minacat tədbirlərinin təşkil ediilməsi”, “Ramazanın son ongünlüyündə artmaqda olan mübarək etikaf ənənəsi”, “Ramazan ayında bəzi həkimlərin xəstələri havayı müayinə etməsi” Ramazan ayının gözəl təzahürlərindən bir başqasıdır: “Belə bir Ramazan mütləq, İlahi rəhmətin cəlbinə səbəb olacaq”.

Həzrət Ayətullah Xamenei namazın ikinci xütbəsində son günlər İraq, Türkiyə, Banqladeş və digər ölkələrdə törədilmiş partlayışlara işarə edərək dedi: “Təəssüflər olsun ki, bu il bəzi ölkələrdə müsəlmanların Fitr bayramı öz ağalarının göstərişi ilə həqiqi İslamı qondarma və saxta İslamla əvəz etmək istəyən terroçuların əli ilə matəmə çevrildi. Bu cinayətlər ABŞ, İngiltərə və sionist rejimin təhlükəsizlik idarələrinin terrorçular yetişdirməsinin nəticəsidir”.

O vurğuladı ki, regionda günahsız insanların qətlə yetirməsinin günahı təkfirçi terrorçuların himayədarlarının üzərindədir. Əlbəttə, onlar özləri də yavaş-yavaş bu terrorizmin zərərlərini görməkdədirlər. Ancaq onların bu cinayət və günahı unudulmayacaq.

İslam İnqilabının Rəhbəri region ölkələrində, o cümlədən Suriya, Livan və Yəməndə qeyri-sabitlik və müharibə alovunun şölələndirilməsinin təəssüf doğurduğunu dedi: “Yəmən xalqı artıq bir il üç aydır ki, bombardmana məruz qalır. Ancaq belə bir şəraitdə, belə isti havada Beynəlxalq Qüds Günü nümayişini böyük izdihamla keçirdikləri üçün bu xalqa və onun müdrik rəhbərinə afərin demək lazımdır” .

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, imperialist qüvvələrin regionda müharibə, qeyri-sabitlik və terror aktları həyata keçirməsinin əsl məqsədi Fələstin məsələsini unutdurmaqdır: “Fələstinin azadlığı uğrunda aparılan mübarizə İslami və ictimai bir mübarizədir. Bu hərəkatı davam etdirmək bütün müsəlmanların vəzifəsidir. Fələstin məsələsini daxili və sırf ərəblərə aid olan bir məsələ kontekstinə aid etmək yanlışdır”.

O, Fitr bayramı namazının ikinci xütbəsinin son hissəsində maaşlar, haqsız və ədalətsiz mənimsəmələr məsələsinə toxundu və vurğuladı ki, beytül-maldan bu cür qeyri-qanuni mənimsəmələr edilməsi günah və İslam inqilabının prinsiplərinə xəyanətdir: “Keçən illərdə həll edilməsi zəruri olan bu məsələdə səhlənkarlıqlara və diqqətsizliklərə yol verilmişdir. Səlahiyyətli şəxslər qeyri-qanuni maaşlar məsləsi ilə ciddi məşğul olmalıdırlar. Ancaq belə olmasın ki, əvvəldə hay-küy salınsın, sonra da məsələ undulsun”.

İslam İnqilabının Rəhbəri bu çirkin hadisə ilə bağlı qəti tədbir görmək üçün ölkə başçısı, qanunverici və məhkəmə orqanları rəhbərlərinin sərgilədikləri mövqeləri yüksək qiymətləndirdi: “Bu məsələdə qeyri-qanunu olaraq mənimsənilmiş əmlak geri qaytarılmalı, qanun pozuntusuna yol vermiş şxslər cəzalandırılmalı, qanundan sui-istifadə etmiş şəxslər tutduqları vəzifələrdən kənarlaşdırılmalıdır. Çünki onların mərkəzlərdə və vəzifələrdə qalmağa ləyaqətləri çatmır” .

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İslam dövlətinin düşmənləri bu məsələdən dövlətə qarşı bir bəhanə kmi istifadə etməyə çalışırlar: “Qeyri-qanuni mənimsəmələrə yol vermiş fərdlər dövlətin vicdanlı rəhbər işçiləri ilə müqayisədə azlıq təşkil edir. Ancaq bu azlıq da aradan qaldırılması zəruri olan zərərli nöqsandır”.

O bildirdi ki, qeyri-qanuni maaşların səbəblərindən biri aristokrat həyat tərzinə aludəçilikdən qaynaqlanır: “Cəmiyyətdə israfçılıq, aristokrat və dəbdəbəli həyat tərzinin vüsət alması qeyri-qanuni mənimsəmələr kimi çirkin hadisələrin baş verməsi gətirib çıxarır”.

İslam İnqilabının Rəhbəri bu məsələ ilə bağlı ciddi tədbir görülməsini yenidən vurğuladı: “İşdən azad etmə, kənarlaşdırma, mənimsənilən əmlakın beytül-mala qaytarılması dövlət rəsmilərinin gündəliyinə daxil edilməlidir. Çünki ictimaiyyət bu məsələyə qarşı həssasdır. Əgər lazımi tədbirlər görülməsə, xalqın İslam dövlətinə olan inam və etimadı sarsılacaq”.

Həzrət Ayətullah Xamenei xalqın dövlətə olan etimadının sarsılmasının faciə olduğunu dedi: “Dövlət rəsmiləri qəti tədbirlər görməklə xalqın inam və etimadını qorumalıdırlar”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /