Mindən çox tələbənin, o cümlədən müxtəlif tələbə təşkilatlarının bu gün günortadan sonra Həzrət Ayətullah Xamenei ilə açıq və səmimi görüşü oldu. Tələbələr 5 saat gənc nəsli narahat edən tələbə, mədəni, ictimai, siyasi və iqtisadi problemlərdən danışan İnqilab Rəhbərinin tələbə, universitet, tələbələrin milli müqavimət prosesindəki mühüm vəzifələri, günün müxtəlif məsələləri ilə bağlı görüşlərini onun öz dilindən eşitdilər.
İslam İnqilabının Rəhbəri çıxışının əvvəlində tələbələrlə olan ramazan görüşlərinin həqiqətən, şirin və arzuolunan olduğunu dedi: “Bu görüşdə qeyd edilən ayı-ayrı məsələlər və fərqli görüşlər gözəl və zövqvericidir. Bu, tələbələrin fikir və tələb səviyyəsinin inkişaf etdiyini, zaman keçdikcə tələbələr arasında inqilabçı motivasiyaların, aydın fikir və möhkəm dəlillərin günbəgün və nəzərə çarpacaq dərəcədə yayıldığını göstərir”.
O, tələbələrə Quran və dualarla daha çox ünsiyyətdə olmağı tövsiyə etdi: “Mənim tələbələrdən əsl istəyim budur ki, imanlarını gücləndirsinlər. Çünki yalnız güclü imanla çətinlik və təzyiqlərə qarşı mübarizə aparmaq olar”.
İslam İnqilabının Rəhbəri ölkənin indiki xüsusi və həssas vəziyyətinin Peyğəmbər (ə) zamanındakı “Əhzab” müharibəsinə çox bənzədiyini dedi: “Bu gün də dünyanın bütün dünyapərəstləri və diktatorları İran İslam Respublikası qarşısında sıraya düzülmüş, hər tərəfdən ona hücum edirlər”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Belə bir şəraitdə imanı zəif olanlar, bəlkə fə daxilən düşmənə meyilli olanlar məyusluq, ümidsizlik və natamamlıq komplekslərini büruzə verirlər. Ancaq möhkəm imana malik olanlar, şərait nə qədər çətinləşsə də, güclü əzm və iradə ilə müqavimət göstərirlər”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “İmperializm cəbhəsinə qarşı müqavimət göstərmək və İslam Respunlikası sisteminin layiq olduğu izzət və şərəfə nail olmaq istəyiriksə, fərdi və ümumi davranışlarımızda təqvanı qorumaq və gücləndirməyə ehtiyacımız var”.
Həzrət Ayətullah Xamenei imanlı xalqların sonrakı nəsillərinin tənəzzülə uğramasından bəhs edən bəzi Quran ayələrinə istinad edərək dedi: “Namazı dəyərdən salmaq və ehtiraslara uymaq müqavimət və mübarizəni tənəzzülə uğradan və zəiflədən amillərdir”.
O, əlavə etdi: “Mənim tez-tez səlahiyyətli şəxslərdən qarışıq tələbə düşərgələri təşkil edilməsinin qarşısının alınmasını istəməyim bununla bağlıdır. Çünki dini hədd və sərhədlərə riayət edilməməsi daxili iman gücünün zəifləməsinə səbəb olur”.
İslam İnqilabının Rəhbəri imanın müqavimətdəki roluna açıqlama gətirdikdən sonra İran xalqının imperializm cəbhəsi ilə taleyüklü qaçılmaz mübarizəsindən danışdı: “Bu mübarizə İran xalqı müstəqil və mütərəqqi olmaq qərarına gəldikdən sonra başladı. Çünki bu məsələ dünyaya ağalıq edən dövlətlərin mənafelərinə ziddir.”
Həzrət Ayətullah Xamenei İslam Respublikasının super güclərlə uzlaşmamaq üçün bəhanə axtardığını deyən bəzi fərdlərin bu sözlərinin dayaz və düşünülmədən deyilmiş sözlər olduğunu dedi: “Bu mübarizənin bəhanəyə ehtiyacı yoxdur. Çünki İran xalqı nə qədər ki, qeyrət hissinə, inqilabi və İslami keçmişə əsaslanır, bu mübarizə olacaq. Ona yalnız iki vasitə ilə son qoymaq olar: Ya İslam Respublikası o qədər güclənməlidir ki, qarşı tərəfin etiraz edəcək cürəti olmasın, ya da İslam Respublikası əsl mahiyyətini itirməli və yerində cansız bir moket qalmalıdır”.
O, bu mübarizəyə son qoymaq üçün İran xalqının birinci yolu seçdiyini, yəni tam qüdrət əldə etmək istəyində olduğunu dedi: “Bəlkə də bu gün ABŞ siyasətləri İslam sisteminin məsul şəxslərinin parçalanmasını, onların yaxşı və pis şəxslər olmaqla iki qrupa bölünməsini tələb edir. Əgər amerikalılar bunu bacarsalar, həmin məsul şəxslər yaxşı mənada da onların nəzərində pis olacaqlar.”
Həzrət Ayətullah Xamenei bildirdi ki, düşmənin İran xalqı ilə mübarizəsinin əsl hədəfi İslam sistemi prinsipi və mahiyyətidir: “İslam sistemi deyilərkən sistemin ümumi strukturu və dəyərləri, ədalət, elmi inkişaf, əxlaq, demokratiya, qanunlara dəqiq riayət edilməsi, idealizm kimi məqsədləridir”.
O, bu mübarizədə böyük problemlərin olduğunu qeyd edərək onları müqavimət və dərin düşüncə ilə adlamağın mümkün olduğunu dedi: “Bu mübarizədə, habelə problemlərin həlli yolunda tələbələr xalqın potensial və imkanlarının əsas cövhəri kimi xüsusi rol oynayırlar”.
İslam İnqilabının Rəhbəri tələbələrin tələbkarlığının çox mühüm əhəmiyyət daşıdığını dedi: “Ölkənin makro problemlərini həll etmək yüksək rütbəli məmurların vəzifəsidir. Ancaq tələbələrin tələbkarlığı doğru və dəqiq məlumatlar və araşdırmalarla müşayiət olunsa, şübhəsiz, məmurların problemlərin həlli istiqamətində daha çox səy göstərməsinə zəmin yaradar”.
Həzrət Ayətullah Xamenei bu görüşdə tələbələrin toxunduğu bəzi məsələlərə, o cümlədən yeni neft müqavilələri məsələsinə işarə edərək dedi: “Nə qədər ki, bu müqavilələrdə ölkənin maraqlarına cavab verən lazımı islahatlar aparılmayıb, sözügedən müqavilələr əsla, imzalanmayacaq”.
İslam İnqilabının Rəhbəri tələbələrin dövlət qurumlarının cari qərarları ilə bağlı bəzi tənqdilərinə işarə edərək dedi: “Qanun və məntiqə əsasən rəhbər qurumların cüzi və icra qərarlarına müdaxilə edə bilməz. Əgər icra məsələləri üzrə səlahiyyəti olan məmurlar səhvə yol versələr, parlament izah tələb etmək kimi nəzarət vasitələrindən istifadə etməli və ya prezident həmin səhv qərarın icrasına mane olmalıdır”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, rəhbər hətta cüzi də olsa, bəzi fəaliyyətlərin sistemin əsas yoldan sapmasına səbəb olduğunu hiss etsə, müdaxilə etməli və həmin işin qarşısını almalıdır”.
İslam İnqilabının Rəhbəri mübarizə və müqavimətdən qaynaqlanan bəzi problemlərə işarə edərək dedi: “Bu sahədə bəzi məsələlər, o cümlədən iqtisadiyyatın gücləndirilməsi və müdafiə gücünün artırılması ölkənin makro məsələlərindəndir. Onların həyata keçirilməsi və həyata keçməsinə mane olan problemlərin aradan qaldırılması dövlət məmurlarının vəzifəsidir”.
İnqilabın rəhbəri vurğuladı: “Bəzi problemlər ölkənin daxili məsələləri ilə bağlıdır. Tələbə təşkilatları onların həlli yollarını təqdim etməklə dövlət rəsmilərinin yardımına tələsməlidirlər”.
Ümidsizlik və yorğunluqdan tamamilə uzaq durmağın problemlərin həlli yollarından olduğunu deyən rəhbər tələbə təşkilatlarına belə xitab etdi: “Əgər müqavimət göstərsəniz və xalqın intellektini səfərbər edərək tələb və istəkləri ümumi diskursa çevirsəniz, rəsmilər sizin tələblərinizi yerinə yetirməyə məcbur olacaqlar”.
Həzrət Ayətullah Xamenei rəhbərin sözlərinin əksinə söz deyilməsinin mənfi nəticələr verə biləcəyini qeyd edən tələbənin fikirlərinə işarə edərək belə dedi: “Dəfələrlə demişəm, rəhbərin sözlərinin əksinə söz demək nə cinayətdir, nə də onunla konfliktə səbəb olar”.
Çıxışının davamında tələbələrin böyük fürsət, böyük sərvət və sistemin güclü nöqtələrindən olduğunu qeyd edən İslam İnqilabının Rəhbəri səlahiyyətli şəxslərin planlaşdırmalarda bu sinfə xüsusi diqqət yetiriməsinin zərurətini vurğuladı: “İndiki tələbələr inqilabın ilk illərinin tələbələri ilə müqayisədə kəmiyyət və keyfiyyət baxımından daha yüksəkdirlər, eyni zamanda daha dərin islami və inqilabı fikirlərə malikdirlər”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “İnqilabın ilk illərinin inqilabçı və motivasiyalı tələbələrinin çoxu hal hazırda ölkənin alim və tədqiqatçıları sırasında yer alır. Buna görə də inqilabçı olmalqa dərs oxumaq arasında heç bir ziddiyyət yoxdur”.
O, tələbələrə iman və mənəviyyatlarını gücləndirməklə yanaşı yaxşı dərs oxumağı tövsiyə etdi: “Tələbə habelə ayıq və gözüaçıq olmalı, tələbə mühitinə, ölkə, region və dünyada baş verən hadisələrə açıq gözlə baxmalıdır”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Əgər tələbə ayıq-sayıq olmasa, dost və düşməni təyin etməkdə, regional və beynəlxaql məsələlərin analizində səhvə yol verə bilər”.
O, bütün tələbələrə düşmənin media fəaliyyətinə şübhə ilə yanaşmağı tövsiyə etdi: “Düşmənlər külli miqdarda xərclər çəkərək İslam sisteminə qarşı mürəkkəb və irimiqyaslı bir media hərəkatı yaradıblar. Bu media hərəkatının əsas məqsədi İslam Respublikasının güclü tərəflərini ört-basdər etmək, xalqda və gənclərdə məyusluq və ümidsizlik yaratmaq üçün bəzi mənfi cəhətləri qabartmaqdır”.
İslam İnqilabının Rəhbəri xalqın Qüds günü nümayişindəki izdihamlı iştirakının əcnəbi medialarında qabardılmaması və əks etdirilməməsini düşmənin media fəaliyyətlərinin bir nümunəsi olduğunu dedi: “Qüds günü münasibətilə cümə günü isti havada oruc ağıza yürüş etmək həqiqətən, bir hadisədir. Ancaq bu misilsiz hadisə əcnəbi medialarında lazımı səviyyədə işıqlandırılmır. Halbuki, mənfi bir nöqtə olsa, onu yüz dəfə şişirdirlər”.
Təşkilatlara üzv olan tələbələrin məsuliyyətinin digər tələblərdən daha çox olduğunu qeyd edən İnqilabın Rəhbəri mövcud siyasi vəziyyətin daha müərkkəb və çoxqatlı olduğuna işarə edərək dedi: “İnqilabın və Müdafiə dövrünün ilk onilliyində düşmənlə mübarizə hər kəsin dərk edə bildiyi aydın bir vəzifə idi. Ancaq bu gün müxtəlif mədəni, ictimai, siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinin bir-birinə qarışması ortaya tamamilə mürəkkəb bir vəziyyətin çıxmasına, özü ilə daha ağır vəzifələr gətirməsinə səbəb olmuşdur. Bu şəraitlə mübarizə aparmaq isə açıq göz, diqqət, ağıl və tədbir tələb edir”.
Həzrət Ayətullah Xamenei mövcud şəraitin mürəkkəb və çoxşaxəli olduğunu qeyd etdikdən sonra tələbə təşkilatlarının vəzifələri ilə bağlı 12 tövsiyə verdi.
Onun aktiv tələbələrə ünvanladığı ilk tövsiyəsi “ölkənin əsas məsələlərində fikri, lazım olan məqamlarda isə fiziki iştirak”la bağlı oldu.
İnqilabın Rəhbəri tələbə təşkilatlarının əsas məsələlərlə bağlı mövqelərinin elan edilməsinin mühüm əhəmiyyət daşıdığını vurğuladı: “Əgər bu güclü və əsaslı mövqelər yaxşı və aydın şəkildə elan edilsə, inqilabın dostları daha da möhkəmlənər, ölkənin düşmənləri, o cümlədən amerikalılar başa düşərlər ki, iranlı gənclər haqqında olan təhrif edilmiş, reallığı olmayan məlumatlara sevinməməlidirlər”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Birgə Fəaliyyətin Kompleks Planı (BFKP), ABŞ ilə əlaqə, müqavimət iqtisadiyyatı, ölkənin gələcəyi çox mühüm məsələlərdəndir. Tələbə təşkilatları yumşaq müharibənin zabitləri rolunda çıxış edərək bu məsələlərlə bağlı inqilabçı, əsaslandırılmış və möhkəm mövqelərini bəyan etməlidirlər.
O bildirdi ki, dəqiq, doğru, əsaslı və operativ məlumatlar tələbə təşkilatlarının mövqelərinə xas olan şərtlərdəndir: “Bu mövqelər tələbə nəşrlərində yaxşı işıqlandırılmalıdır. Eyni zamanda, bu mövqeləri xalqa başqa metodlarla, o cümlədən böyük şəhərlərin cümə namazlarının xütbələrindən əvvəl təşkilat üzvlərinin çıxışları vasitəsilə çatdırmaq olar”.
İnqilabın rəhbəri bəzən tələbələrin doğru və qanuni çərçivədə fiziki iştirakı və toplaşmasının da lazım olduğunu dedi.
O, bütün birlik və iclasların dağıdılmasına hər zaman qarşı olduğunu vurğuladı: “Bu zərərli, ən azı faydasız bir işdir. Lazım gəldiyi vaxtlarda toplantı və iclaslar təşkil etməklə öz sözlərini tələbələrə müxalif birliklər qarşısında çatırmalısan. Çünki tələbələr həqiqəti dərk etmək axtarışındadırlar”.
İnqilabın rəhbəri elm, səhiyyə nazirliklərinin məsul şəxslərini və universitet səlahiyyətlilərini bu məsələdə inqilabçı təşkilatlara köməklik göstərməyə çağırdı: “Təbii ki, bütün təşkilatlar ümumi hüquqlardan bərabərsəviyyəli istifadə hüququna malikdirlər. Ancaq universitet direksiyasının inqilabçı və dindar təşkilatları müdafiə və himayə etməsi, onların aktiv fəaliyyətinə şərait yaratması təbii və məntiqlidir”.
“Açıqlamaq və qane etmək” inqilab rəhbərinin tələbə təşkilatlara ünvanladığı ikinci tövsiyə oldu.
O vurğuladı: “İslam təfəkküründə qane etmək və qəlbləri razı salmaq mühüm prinsipdir. Tələbə təşkilatları öz mövqelərini tələbələrə və xalqa möhkəm və aydın dəlillərlə izah etməlidirlər”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, müqavimət iqtisadiyyatı, elmi tərəqqi, həyat tərzi və ABŞ-la əlaqə kimi mövzular aktiv tələbə təşkilatlarının mövqe açıqlamalarına ehtiyac duyan sahələrdəndir.
İnqilabın Rəhbəri ABŞ-la əlaqələr mövzusuna belə açıqlama gətirdi: “Tələbə təşkilatları rəhbərin ABŞ-la əlaqə yaradılmasının rədd edilməsi, xüsusi və müəyyən hallar istisna olmaqla bu ölkə ilə müzakirələr aparılmasından imtina edilməsi kimi mövqeləri haqqında düşünsünlər və əsaslandırılmış mövcud dəlilləri aydın şəkildə dərk etdikdən sonra onları möhkəm və əsaslandırılmış üsullarla tələbə və qeyri-tələbə auditoriyalarına açıqlasınlar”.
O bildirdi ki, inqilabçı tələbə təşkilatlarının mövqelərinin davamlılığı, aydın, şəffaf və əsaslı şəkildə bəyan edilməsi ölkənin doğru istiqamətdə hərəkəti və ümumi tələblərin formalaşmasında təsirli və zəruridir.
“Siyasi və dini məlumatlılıq səviyyəsinin artırılması” rəhbərin tələbə təşkilatlarına verdiyi üçüncü tövsiyə oldu.
Həzrət Ayətullah Xamenei habelə tələbələrin dinləyici auditoriyalarının inkişaf etdirlməsinin tələbə təşkilatlarının vəzifələrindən olduğunu dedi: “Əxlaq, hövsələ, qarşı tərəfin fikrini dinləmək dözümlülüyü və təqdim edilən mövzulardan hərtərəfli xəbərdarlıq bu vəzifəyə əməl etməyin ilkin şərtlərindəndir”.
Rəhbərin tələbələrə beşinci tövsiyəsi “İslam sisteminin çəkinmədən açıq şəkildə müdafiə edilməsi” ilə bağlı oldu.
O bildirdi: “Düşmən çatışmazlıqlar, nöqsan və qüsurlara əsaslanaraq inqilabın elə də dəyərli olmadığını göstərir, inkişaf və nailiyyətlərin üstünü ört-basdır edir. İnqilabçı təşkilatların bu ədalətsiz fəaliyyəti alt-üst etməsi lazımdır”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Maddi güclərin bir üz turşutmasının padşahlıq iddiasında olan filan hökuməti təzim etməyə və təslim olmağa vadar etdiyi bir şəraitdə bu güclərin böyük cəbhəsinin 37 illik tam düşmənçiliyi qarşısında duruş gətirmək, şərəfli və qürurverici İslam sisteminin ən mühüm uğurudur”.
O qeyd etdi ki, inqilabçı tələbələrin sevinc və şadlıq bəxş edən kəmiyyət və keyfiyyəti inqilabın həyatiliyinin, essensial potensial və imkanının göstəricisidir: “Sistemi müdafiə deyərkən rəhbəri müdafiə deyil, inqilabın öz inkişafını davam etdirməsi üçün əsaslandığı dəyərlər kompleksinin müdafiəsi nəzərdə tutulur”.
“Lazımi şəraiti olmayan kənd və regionlarda cihad düşərgələrinin inkişaf etdirlməsi” inqilab rəhbərinin bu görüşdə verdiyi altıncı tövsiyə oldu.
O əlavə etdi: “Cihad düşərgələri həm özünü düzəltməkdir, həm xidmətdir, həm də ölkənin əsl mühiti ilə tanışlıqdır”.
Həzrət Ayətullah Xamenei həm indiki, həm də əvəvlki hökumətlərə kəndlərə qayğı göstərilməsini tez-tez xatırlatdığına işarə edərək dedi: “Bu məsələnin həyata keçirilməsinin açıq-aydın yolları var. Kiçik və istehsalat sənaye müəssisələrinin yaradılması bunlardandır. Əlbəttə, bu fasiləsiz tövsiyyəyə əməl etmək əzmkarlıq tələb edir”.
“Düşüncə və əməldə İran İslam Respublikasının həyat tərzinə diqqət, inqilabın əsas diskurslarının, o cümlədən ədalət, elmi prinsiplərə əsaslanan iqtisadiyyat və müqavimət iqtisadiyyatı, İran İslam Respublikasının inkişafı və elmi sürətin gücləndirilməsi” inqilab rəhbərinin tələbə təşkilatlarına verdiyi yeddinci və səkkizinci tövsiyələr idi.
O bu sahə ilə bağlı fikrini belə ifadə etdi: “Mən Qərb inkişafını heç cür qəbul etmirəm. Çünki onun əsas prinsipləri yanlışdır. Buna görə İran İslam inkişaf diskursunu təklif etmişəm”.
İnqilabın Rəhbəri müqavimət iqtisadiyyatı haqıqnda bunları dedi: “Əldə olan məlumatlara görə davam etdiriləcəyi təqdirdə yaxşı işlər görülməkdədir”.
Həzrət Ayətullah Xamenei doqquzuncu tövsiyəsində tələbə təşkilatlarını “İslam dünyasının tələbələri səviyyəsində vahid anti-ABŞ və anti-sionist cəbhəsi yaratmağa” çağırdı.
O əlavə etdi: “Vurtual aləmin qabaqcıl vasitələrindən istifadə edərək ABŞ və sionist rejimin siyasətlərinə qarşı müsəlman tələbələrin kompaniyalarını yaratmaq olar. Lazım gələn məqamlarda milyonlarla gənc müsəlman tələbə öz mövqelərini sərgiləyərək İslam dünyasında böyük hərəkat yaradar.”.
“Fərdləri inqilabçı olmamaqda günahlandırmaqdan çəkinmək” rəhbərin tələbə təşkilatlarına verdiyi onuncu tövsiyə oldu.
O, tələbələrə dedi: “İnqilabçı olmağın müəyyən dərəcə və meyarları var. Baxışları sizin baxışlarınızla tamamilə üst-üstə düşməyən, lakin inqilab meyarlarına malik olan adamları inqilabçı olmamaqda günahlandırmamalısınız”.
“Ortaq nöqtələrə əsaslanaraq universitetlərin inqilabçı təşkilatlarının qarşılıqlı əlaqə və uzlaşmasına nail olmaq” rəhbərin tələbələrə verdiyi on birinci tövsiyə oldu.
O vurğuladı: “İxtilaflar münaqişələrə çevrilməməlidir. İnqilabçı təşkilatlar elə davranmalıdırlar ki, universitetlərdə torelantlıq və qarşı tərəfə dözümlülük mühiti yaransın”.
“İnqilaba strateji baxış və gələcək haqqında fikirləşmək” Həzrət Ayətullah Xameneinin tələbə təşkilatlarına ünvanladığı sonuncu tövsiyə oldu.
O, tələbələrə dedi: “Gələcək onilliklərin prezidentləri, parlament üzvləri, ölkənin gələcək məmurları siz əzizlərin arasından seçiləcək. Buna görə də tamamilə ümid dolu və nikbin baxışlarla ölkənin gələcək 20-30 ilinin ideal tablosunu yaradın və bu günkü hərəkətlərinizi həmin parlaq üfüq əsasında tənzimləyin”.
İslam İnqilabının Rəhbəri çıxışının sonunda daxili məsələlərlə bağlı olan müəyyən nüanslara açıqlama gətirdi.
Həzrət Ayətullah Xamenei sistem, imam və inqilabı müdafiə etdiyini dediyi halda, fitnə ilə bağlı mövqeyini hələ aydınlaşdırmamış bəzi fərdlərin davranış tərzini tənqid edərək dedi: “Mənim 88-ci il (2009-cu il) fitnəsi ilə bağlı mövqeyim tamamilə aydındır. Bu məsələyə həssas yanaşıram. Bu məsələdə meyar fitnə öndərlərini və ya ondan sui-istifadə edənləri və bu vaxta qədər də təəssüf hissi keçirdiklərini elan etməyənləri himayə etməməkdir.”
İslam İnqilabının Rəhbəri mühafizəkar və islahatçı və ya modern islahatçı və ənənəvi mühafizəkar kimi bölgülərin heç bir halda mühüm əhəmiyyət daşımadığını vurğuladı: “Mühüm olan məsələ məzmundur”.
Həzrət Ayətullah Xamenei habelə ölkədə rasionallığın zəruriliyi ilə bağlı mübahisələrə işarə edərək dedi: “Bu günlərdə rasionallıq və cinahların rasional debatlarının zəruriliyi ilə bağlı çox danışılır. Rasionalizm mövzusunun özü İslam və Quranın dəstəklədiyi çox byənilən bir mövzudur. İmam (r.ə) də dünyanın böyük rasional adamlarından biri olmuşdur”.
İslam İnqilabının Rəhbəri Qərbin İran xalqına yaşatdığı çox acı tərcübələrə, o cümlədən xalqın Pəhləvi diktaturası və despotizminə məruz qalması, milli hökumətin süquta uğradılması, SAVAK-ın qorxulu repressiya makinasınının təsis edilməsi məsələsinə işarə edərək dedi: “İslam inqilabının qələbəsindən sonra da ilk sanksiyalar, xəyanətlər, casusluqlar, irimiqyaslı təbliğat hücumları, anqi-inqilabçı qruplaşmaların himayə edilməsi, səkkiz illik məcburi müharibə, Səddamın hərtərəfli himayə edilməsi, sərnişin təyyarəsinin partladılması, BFKP-dakı təxribat və xəyanətlərin arxasında Qərb və ABŞ dayanır”.
O, fransız və amerikalıların BFKP-dakı çox pis davranışlarına işarə edərək dedi: “BFKP-da sübuta yetdi ki, amerikalılar həm konqres, həm də hökumət səviyyəsində İran xalqı ilə düşmənçiliklərini davam etdirməkdədirlər”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Rasionallıq bu cür düşmənlə ağıl və tədbirlə davranılmasını, ona aldanmamağımızı, onun hazırladığı meydana daxil olmamağımızı tələb edir”.
Həzrət Ayətullah Xamenei region, o cümlədən Suriya məsələlərində İranla müzakirələr aparmağa və uzlaşmağa meyilli olduqlarını söyləyən amerikalıların iddialarına işarə edərək dedi: “Biz belə uzlaşmanı istəmirik. Çünki onların əsl hədəfi İranın ayağını regiondan kəsməkdir”.
O, İran İslam Respublikasının ABŞ-ın regionda olmasını və buraya müdaxilə etməsini istəməməsi məsələsinə toxunaraq dedi: “İslam Respublikasının region məsələləri ilə bağlı mövqeləri rasionaldır”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Mən dini, şəri və əxlaqi vəzifəmə əsaslanaraq son nəfəsimə qədər müqavimət göstərəcəyəm, xalqa da güvənirəm. Müqavimətin nəticəsinə, yəni qələbəyə də əminəm”.
O əlavə etdi: “Ölkə elitası, xüsusilə ali təhsillilər və tələbələr arasında da müqavimətə inanan insanlar o qədər çoxdur ki, istənilən fərdin məyusluğunu inama çevirər”.
Bu görüşün əvvəlində tələbə təşkilatlarının 8 nümayəndəsi ümumilikdə 2 saatdan artıq sürən çıxışları zamanı tələbə camiəsinin görüşləri və onları narahat edən məsələlər haqqında məlumat verdi.
Çıxış edənlər:
Ehsan Ebrahemi – Könüllü Tələbələr Təşkilatının nümayəndəsi
Mohəmmədhoseyn Qaed Şərif – Vəhədətin Möhkəmləndirilməsi Birliyinin nümayəndəsi
Moctəba Rəisi –Ədaləttələb Tələbə Hərəkatının nümayəndəsi
Mohəmməd Ahəngəran – Cihad Qrupları Təşkilatının nümayəndəsi
Əlireza Əhmədi – Müstəqil Tələbələr İslami Cəmiyyətinin nümayəndəsi
Mohəmmədəli Kamfiruz – Tələbə nəşrlərinin məsul rəhbərlərinin nümayəndəsi
Hoseyn Zeynəlyan Boruceni – Tələbələr İslami Cəmiyyəti Birliyinin nümayəndəsi
Fatime Sadat Zərabi – Azad Universitet Təşkilatları Birliyinin nümayəndəsi
Tələbə təşkilatları nümayəndələrinin çıxışlarının ən mühüm istiqamətləri:
- İnqilabın əsasları və İmama dərin inamları olmayan fərd və cərəyanlar vasitəsilə daxildə dəyişilmə aparılması təhlükəsindən narahatlıq;
- İdarə və bank sistemlərində korrupsioner strukturların islah edilməsi zərurəti;
- Bəzi dövlət məmurlarının konstitusiya prinsiplərinə, sistemin siyasi, iqtisadi və mədəni sahələrlə bağlı siyasətlərinə ciddi tabeçilik göstərməməsinin tənqidi;
- Tələbələrin problem və nöqsanlar qarşısındakı tələbkarlıq formasının açıqlanması zərurəti;
- Tələbələrin məmurlardan tələbləri və təqiblərinə siyasi etiket vurulmasının tənqidi;
- Ölkənin müdafiə prinsiplərinin xalqa və gənclərə açıq-aydın şəkildə açıqlanması, regionda müqavimətin himayə edilməsinin səbəbinin izahı;
- Bəzi məmurlar arasında zadəgan həyat tərzinə rəvac verilməsinin tənqidi;
- Elmlər Nazirliyinin səlahiyyətli işçilərinin mədəni məsələlərə diqqətsizlik göstərməsinin tənqidi;
- Tələbələrin evlənmə işini asanlaşdırmaq üçün münasib imkanlar yaradılması;
- Əcnəbilərin elmi doplomatiya adı altında universitetlərə nüfuz etməsinə zəmin yaradılmasının tənqidi;
- Əcnəbilərin qloballaşma adı altında təhsil, mədəni, siyasi və iqtisadi nüfuzundan narahatlıq;
- Bəzilərinin BFKP modelini regional, müdafiə və insan hüquqları məsələlərinə daşımaq üçün səy göstərməsinin tənqidi;
- İki qütblülük yaranmaması üçün sistemin daxilindəki inqilabçı olmayan cərəyanlara qarşı necə müqavimət göstərilməlidir?
- Müqavimət iqtisadiyyatı mövzusunda bəzi məmurların şüar xarakterli açıqlamalarının tənqidi;
- Metropolislərin bələdiyyələrinin fəaliyyəti, ticarət mərkəzlərində həya normalarının qorunmamasının geniş vüsət alması və bu mərkəzlərin yanlış ictimai-mədəni nəticələrinin tənqidi;
- Ölkənin məsul idarələrində gəncləşmə prosesinin aparılması zərurəti;
- Bəzi mətbu orqanlar, tələbə və sinfi təşkilatlara qarşı sərgilənən bəzi ədliyyə davranışlarının tənqidi;
- Fərqli görüşlərə malik sistemə etiqad bəsləyən fərdlərlə davranış tərzinin açıqlanmasının zəruriliyi;
- Xarici siyasətdə İslam inqilabının məqsədinin qorunmaması layihəsindən narahatlıq;
- Bəzi ədliyyə məmurlarının fəaliyyətləri və məhkəmələrin hökmləri barədə şəffaf məlumat verilməməsinin tənqidi;
- Parlament üzvlərinin fəaliyyətinə nəzarət layihəsinin susqlunuğunun tənqidi;
- Bəzi məmurların ABŞ-ın düşmənçiliklərinə bəraət qazandırması və ABŞ-ın simasına bəzək verilməsi cəhdindən şikayət;
- ABŞ-ın BFKP-dakı təxribatlarına qarşı tədbir görülməməsinin kəskin şəkildə tənqidi;
- Kəndləri inkişaf etdirmək və şəraiti olmayan regionlarda cihad qruplarının fəaliyyətini inkişaf etdirmək üçün mühüm sənədlərin tərtib edilməsi zərurəti;
- İslam Respublikasının 20 illik perspektivinin əhəmiyyəti və onun hədəflərinin reallaşmasına istiqamətlənmiş mövcud prosesin əlverişsizliyi;
Bu mərasimdə məğrib və işa namazlarını İslam İnqilabının Ali Məqamlı Rəhbərinin imaməti ilə qılan tələbələr onunla birlikdə iftar etdilər.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir