Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Fələstinin müdafiə şüarı Qüds günü vahid səslə bəyan ediləcək

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra Məhkəmə Hakimiyyətinin sədri və işçiləri ilə görüşdü. Bu görüşdə Məhkəmə Hakimiyyətinin sağlamlığı və xalqın razılığını qazanmaq üçün davamlı səy göstərilməsini Məhkəmə Hakimiyyətinin mühüm vəzifəsi və əsas hədəfi olduğunu qeyd edən rəhbər Beynəlxalq Qüds Gününün yaxınlaşdığına işarə edərək dedi: “Allahın lütfü ilə cümə günü bir daha bütün İranda və İslam dünyasında Fələstin xalqının müdafiəsini əks etdirən vəhdət səsi ucalacaq. İslam ümməti məzlumu müdafiə vəzifəsinə əməl edəcək”

Bu görüşün əvvəlində təşəbbüskar, qətiyyətli, tədbirli və yorulmaz bir rəhbər kimi Məhkəmə Hakimiyyətinin əsasını qoymuş şəhid Ayətullah Behiştinin xatirəsini əziz tutan İslam inqilabının rəhbəri məhkəmə sisteminin yüksək vəzifəli məmurları, Məhkəmə Hakimiyyətinin sədr və işçilərinə göstərdikləri səy və fəaliyyətlərinə görə səmimi qəlbdən təşəkkür etdi.

O, Məhkəmə Hakimiyyətinin sədrinə alim, müdrik və hərtərəfli bir şəxsiyyət kimi ehtiram göstərərək dedi: “Məhkəmə orqanı qanunun icrasına nəzarət və cinayətin qarşısının alınması kimi spesifik vəzifələr baxımından, habelə Məhkəmə Hakimiyyətinin sədrinin sistemin əsas və ali şuralarında yer alması və makro siyasətlərə təsir göstərməsi baxımından çox böyük əhəmiyyət daşıyır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu nümunəvi əhəmiyyət səbəbilə Məhkəmə Hakimiyyətinin fəaliyyətləri xüsusi həssaslıqla qarşılanmış, eyni zamanda bu orqan çoxlu hücumlar və yanlış təbliğatların hədəfinə tuş gəlmişdir”.

O, vurğuladı: “Əcnəbi informasiya vasitələrinin qərəzli təbliğatları və Məhkəmə Hakimiyyətinə qarşı hücumlar günümüzdə daha çox artmışdır. Bunun səbəbi isə Məhkəmə Hakimiyyətinin sədri və bu orqanın yüksək vəzifəli məmurlarının inqliabçı, qiymətli və aşkar mövqeləridir”.

İslami vəzifə və əsas məqsəd kimi xalqın razılığının qazanılmasının zəruriliyini vurğulayan Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Məhkəmə Hakimiyyətinin sağlamlığının qorunması xalqın razılığını qazandıran əsas amildir: “Bütün əyalət və şəhərlərin məhkəmə orqanları daxilində qanun pozuntusuna yol vermiş müxtəlif insanlara qarşı ciddi və qətiyyətli tədbirlər görmək lazımdır və bu metod davam etdirilməlidir”.

O, məhkəmə orqanının məsul işçilərinə xitab edərək dedi: “Məhkəmə orqanının sağlamlığına birinci dərəcədə əhəmiyyət verin və onu əsas işiniz bilin”.

Həzrət Ayətullah Xamenei məhkəmə orqanı daxilində qanun pozuntusuna yol vermiş fərdlərə qarşı görülmüş tədbirlə bağlı məlumat verilməsinin zəruriliyini vurğuladı.

İslam İnqilabının Rəhbəri dedi: “Məhkəmə Hakimiyyəti daxilində qanun pozuntusuna yol vermiş və qanundan kənar işlər görmüş azsaylı insanlar məhkəmə orqanının sədrləri, xidmətçi və zəhmətkeş işçilərinə xəyanət etməklə yanaşı, xalqa da zülm edirlər”.

Həzrət Ayətullah Xamenei əsas proqram və proqramların icra planlaşdırmasını, cinayətin qarşısının alınması, qanunların islah edilməsinin məhkəmə orqanı qarşısında duran son dərəcə əhəmiyyətli tələblərdən və bu orqanın arzu olunan çıxarlarından olduğunu dedi və həbs cəzalarının azaldılması zərurətinə toxundu: “Təcrübəli ekspertlərdən faydalanaraq həbsi əvəz edəcək alternativ cəza tədbirləri üçün proqram və layihə hazırlamaq lazımdır”.

O, habelə cinayətin qarşısının alınması məsələsinə toxunaraq dedi: “Bu məsələ fikir, elm və təcrübə tələb edən orqandankənar çox mühüm məsələdir”.

İslam İnqilabının Rəhbəri Məhkəmə Hakimiyyətinin çox zəruri işlərindən birinin bu orqanın xidmətləri haqqında xalqa məlumat verilməsi olduğunu dedi: “Məhkəmə sistemində görülən işlərin ağırlığını nümayiş etdirmək üçün informasiya və təbliğatın diqqət cəlb edən yeni metodlarından istifadə etmək lazımdır”.

İslam İnqilabının Rəhbəri xalqa hüquq və məhkəmə sisteminin ümumi prinsiplərinin gözəl şəkildə öyrədilməsinin ədliyyə idarələrinə edilən müraciətlərin azalmasına səbəb olacağını dedi və məhkəmə səlahiyyətlilərinə tövsiyə etdi ki, xalqın hüquq məsləhətxanalarından 24 saatlıq istifadəsinə zəmin yaradılmasını diqqət mərkəzində saxlasınlar.

O, Məhkəmə Hakimiyyətinin hüquqların beynəlxalq məhkəmələrdə müdafiə edilməsi işində daha aktiv olmasının zəruriliyini qeyd etdi: “İran xalqının sanksiyalar səbəbilə pozulmuş hüquqlarının müdafiəsi məhkəmənin gündəliyində yer almalıdır”.

Həzrət Ayətullah Xamenei boş-boş bəhanələr və əsassız ittihamlarla İran xalqının sərvətini ələ keçirmək məqsədi güdmüş ABŞ məhkəmələrinin çıxardığı hökmlərə işarə edərək dedi: “İran xalqının hüquqlarının sanksiyalar vasitəsilə pozulması məhkəmə orqanının beynəlxalq səviyyədə təqib etməli olduğu bir həqiqətdir”.

İranda terrorizmin qurbanı olmuş minlərlə insanın hüquqlarının təqib edilməsi, bu qurbanların qatillərini açıq və gizli şəkildə himayə edən dövlətlərə qarşı iddia qaldırılması, bütün dünyada zülmə məruz qalmış müsəlmanların hüquqlarının müdafiə edilməsi İnqilab Rəhbərinin məhkəmə orqanının işçilərinə tövsiyə etdiyi məsələlərdən oldu.

Həzrət Ayətullah Xamenei İslam insan hüquqlarının beynəlxalq səviyyədə bərpasının məhkəmə orqanının vəzifələrindən olduğunu dedi: “Qərbin iddia etdiyi insan hüquqları sistemi yanlış prinsiplərə əsaslanır. İslam insan hüquqları möhkəm və rasional əsaslarla dünya ictimaiyyətinə açıqlanmalı və hüquqi cəmiyyətlərdə təqib edilməlidir”.

O, “BMT-nin bəzi ölkələrdən pul alaraq Yəməndə uşaqların qətlə yetirilməsi və cinayət törədilməsinə göz yumması”nın rəsmən elan edilməsini bəşəriyyətin utanc səbəbi olduğunu dedi: “Bu rüsvayçılıq həqiqi insan haqlarına ziddir və beynəlxalq səviyyədə bununla bağlı hüquqi ölçülər götürməliyik”.

İnqilabın Rəhbəri sonda çıxışını yekunlaşdıraraq vurğuladı: “Məhkəmə Hakimiyyəti yüz faiz inqilabçı olmalı və inqilabçı davranmalıdır”.

O, bildirdi: “Əlbəttə, inqilabçı olmaq bəzilərinin rəy və təbliğatlarının əksinə olaraq radikallıq deyil, ədalətli, ağıllı, dəqiq, şəfqətli, insaflı, qətiyyətli və üzgördülük etmədən davranmaqdır”.

İslam İnqilabı Rəhbərindən əvvəl çıxış edən Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amuli Laricani bu orqanın ən mühüm fəaliyyətləri haqqında məlumat verdi.

Ayətullah Amuli Laricani Məhkəmə Hakimiyyətinin göstərdiyi xidmətlərin həcminin çox böyük olduğunu qeyd edərək keçən il ədliyyə idarələri və ixtilafların həlli ilə məşğul olan şuralara aid 14 milyondan artıq sənədə baxıldığını, 70 milyondan artıq sənədləşdirmə xidmətinin təqdim edildiyini dedi.

Məhkəmə Hakimiyyətinin sədri qeyd etdi ki, hakimlər və məhkəmə işçilərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi və Məhkəmə orqanının sağlamlığını təmin etmək məqsədilə qanun pozuntularına qarşı ciddi mübarizə aparılması həyata keçirilmiş fəaliyyətlərdəndir: “İqtisadiyyat sahəsində baş verən korrupsiyaya qarşı heç nəyə baxmadan aparılan güclü mübarizə, habelə neft müttəhimlərinin işi, təxirə salınmış iri bank sənədlərinə baxılması, istehsal və investisiya yatırımı üçün iqtisadi təhlükəsizlik yaradılması Məhkəmə orqanının ən mühüm siyasətləri və fəaliyyətlərindəndir”.

Ayətullah Amuli Laricanı habelə İslam İnqilabı Rəhbərinin məhbusların sayının azaldılması ilə bağlı verdiyi tapşırıqlara işarə edərək dedi: “Bu məsələ ilə bağlı dəqiq və hərtərəfli bir təlimat hazırlanmışdır. Həbsi əvəz edəcək alternativ cəza tədbirlərinin axtarışındayıq və artıq məhbusların da sayı 20% azaldılmışdır”.

Məhkəmə Hakimiyyətinin sədri cinayətin qarşısının alınması, əsas proqram, qanunların islahı və düzəlişləri istiqamətində də işlər görüldüyünə işarə edərək büdcə və işçi qüvvəsinin çatışmazlığının Məhkəmə Hakimiyyətinin problemlərindən olduğunu dedi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /