Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Mübariz alim Şeyx İsa Qasıma qarşı təzyiqi şiddətlə qınayırıq

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) günortadan sonra bir qrup şəhid ailəsi, o cümlədən 7 tir hadisəsi və Hərəmin müdafiəçi şəhidlərinin ailələri ilə görüşdü. Şəhdilərin yüksək idrakı, imanı, mübarizə əzmkarlığını və rəşadətini, şəhidlərin əzəmətli ailələrinin səbr və dözümünü yüksək qiymtələndirən İnqilabın Rəhbəri onları İran İsalm Respublikasının güclü və qüdrətli təməllərindən olduğunu dedi: “İran İslam Respublikasının yeganə inkişaf yolu inqilab və mübarizə ruhiyyəsini diriltməkdir”.

Çıxışının əvvəlində Əmirül-möminin Həzrət Əlinin (ə) şəhid olduğu günlər münasibətilə başsağlığı verən İslam İnqilabının Rəhbəri o həzrətin insanlıq tarixinin ən böyk şəhidi, mehrab, haqq, qətiyyət və dözümlülük yolunun şəhidi olduğunu dedi. Sonra 7 tir 1360-cı il (28 iyun, 1981-ci il) tarixində İslam Respublikası Partiyasının qərargahının partladılması hadisəsindən 35 il keçdiyinə işarə edərək dedi: “Bu cinayəti törədən çirkin və rəhimsiz terrorçu qruplaşması ölkədən qaçdıqdan sonra, artıq uzun illərdir ki, antiterrorizm carçıları və insan hüquqlarının müdafiəçilərinin başında dayandıqlarını iddia edən Avropa dövlətləri və ABŞ-a sığınıb”.

İslam İnqilabının Rəhbəri bu faktın ABŞ və Avropa dövlətləri üçün böyük və tarixi bir rüsvayçılıq olduğunu dedi: “Bu terrorçu qruplaşma xalqı, hətta İslamı müdafiə iddiası ilə mübarizələrə qalxmış, ancaq sonra 7 tir hadisəsi və dinc insanlara qarşı terror kimi faciələr törətmiş, sonda Səddam kimi adamın yanında yer almış, indi də ABŞ-ın himayəsinə sığınmış şəxslərdir”.

Həzrət Ayətullah Xamenei 7 tir 1360-cı il hadisəsinin ibrətlər və dərsləri olan böyük bir hadisə olduğunu dedi. O, İslam inqilabının mühüm hadisələri haqıqnda məlumat verilməsi və şəhidlərinin tanıtdırılması istiqamətində səhlənkarlıq göstərilməsindən şikayələndi: “35 il keçməsinə baxmayaraq, hələ də yeddi tir hadisəsi, Şəhid Behişti və bu hadisədə şəhid olmuş insanlar haqqında bir kinomatoqrafik film çəkilməmiş, bir tamaşa səhnələşdirilməmiş və ya bir roman yazılmamışdır. Əgər bu hadisə bu vaxta qədər yaşayıbsa, sadəcə, xalqın inqilabçı ruhiyyəsi sayəsində yaşayıb”.

O, Müqəddəs Müdafiə dövrünün əməliyyat və şəhidləri haqqında yazılmış kitablara işarə edərək bütün xalqa, xüsusilə gəncələrə bu kitabları dəqiq mütaliə etməyi tövsiyə etdi: “Bu mövzuya aid çoxlu sayda kitablar yazılsa da, hələ də Müqəddəs Müdafiənin müxtəlif yönləri və yüksək dərəcəli müharibə şəhidləri haqqında çoxlu kitablar yazılmasına imkan verən mövzular mövcuddur. Çünki şəhidlərin hər birinin davranışı, danışığı, hərəkəti yüksək düşüncə dünyasına açılan bir qapıdır”.

İslam İnqilabının Rəhbəri Müqəddəs Müdafiə dövrünün spesifik xüsusiyyətlərindən birinin müxtəlif təbəqələrindən olan güclü stimula malik xalq qüvvələrinin iştirakı, müharibənin dövlət qüvvələrin monopoliyasından çıxması olmuşdur: “Bu gün də bizim dövlət rəsmilərinə tövsiyəmiz budur ki, ayrı-ayrı sahələrdə, xüsusilə iqtisadiyyat sahəsində xalqın imkanlarından istifadə edilsin və iqtisadiyyat xalq iqtisadiyyatına çevrilsin”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında Əhli-beytə (ə) aid olan müqəddəs məkanların müdafiəsi və Hərəmin müdafiəçi şəhidləri mövzusuna toxunaraq dedi: “Bu məsələ tarixin maraqlı və heyrətamiz hadisələrindən sayılır. İran və digər ölkələrdən olan güclü iman və stimulu ola gənclər həyat yoldaşları və azyaşlı övladlarından, rahat həyatlarından keçib qərib bir ölkədə Allah yolunda mübarizə aparır və bu yolda şəhid olurlar”.

O, Hərəmin müdafiəçi şəhidlərinin özlərinin yüksək imanı, ailə üzvlərinin isə səbr və dözümünün bu heyrətamiz hadisənin spesifik cəhətlərindən olduğunu dedi: “Bu hadisənin başqa bir yönü də budur ki, İran İslam Respublikası sisteminin güc və qüdrətinin əsasında şəhidlərin, mömin və mübariz insanların əzmkarlığı və iradəsi dayanır”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İslam sisteminin düşmənləri sistemin güc əsaslarını heç vaxt dərk edə bilməzlər: “Şəhidlər və onların ailələri İslam Respublikası sisteminin qayayabənzər sütunlarıdır. Bu səbəbdən də sistem müxtəlif mübarizə cəbhələrində onlara qalib gəliblər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İnqilaba və inqilab ruhiyyəsinə arxalandığımız hər yerdə inkişafa nail olduq, harada imperializmin xoşuna gəlmək üçün güzəştə gerdiksə, xəsarət aldıq. Harada inqilabın mövqelərini açıqlamaqdan çəkindiksə, geri düşdük, ziyana uğradıq”.

O, qeyd etdi ki, imperialist düşmənlərlə mübarizə forması inqilab ruhissəyinə əsaslanmalıdır: “Mömin və inqilabçı gənclərin Allaha imanı, mübarizəyə inamı və güclü motivasiyası imperialist cəbhəsinə qarşı qeyri-bərabər müharibədə İslam sisteminin güc mənbələrindəndir. Onlar bu güc mənbəyinin əlamətlərini görsələr də onun əsl həqiqətini təhlil etməkdə acizdirlər. Buna görə də rəhimsiz və qəddar üsullara əl atırlar”.

İslam İnqilabının Rəhbəri İŞİD kimi təkfirçiliyi şüar edən terrorçu qruplaşmaların hazırlanmasının İslam sisteminə qarşı mübarizədə tətbiq edilən qəddar üsullardan biri olduğunu dedi: “Təkfirçiliyi şüar edən terrorçu qruplaşmaların hazırlanması, bu qruplaşmaların İraq və Suriyadakı fəaliyyətlərinin əsas məqsəd İrana hücum etmək olmuşdur. Amma İran İslam Respublikası sisteminin gücü onların elə İraq və Suriyadaca iflic olmasına səbəb oldu”.

O, vurğuladı ki, təkfirçiliyi şüar edən terrorçu qruplaşmalar şiə və sünni arasında heç bir fərq qoymur, İslam inqilabını dəstəkləyən, ABŞ-a düşmən olan hər bir müsəlmanı hədəfə alır. Sonra o, Bəhreyn haisələrinə işarə edərək dedi: “Behreyndə də sünni və şiə problemi yoxdur. Problemin əsasında yalnız öz mənafeyini güdən imperialist azlığın əksəriyyət üzərindəki zorakı hökmranlığı durur”.

İslam İnqilabının Rəhbəri Bəhreyn hakimiyyətinin mübariz alim Şeyx İsa Qasıma qarşı təzyiqinin bu hakimiyyətin ağılsızlığı oluğunu dedi: “Şeyx İsa Qasım bacardığı qədər Bəhreyn xalqı ilə danışıb onları radikal və silahlı fəaliyyətlərdən çəkindirməyə çalışan bir şəxsdir. Ancaq Bəhreyn hakimiyyəti anlamır ki, bu mübariz alimə qarşı təzyiq hakimiyyətə qarşı çıxmaq istəyən qəhrəman və coşqulu gənclərin qarşısını alan bir maneəni ortadan qaldırmaq deməkdir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, imperialist qüvvələr və onların əlaltıları xalqı və cəmiyyətin imanını tanımaqda acizdir. Buna görə də hesablamalarda səhvə yol verirlər: “Doğru yol İslam yolunda hərəkət və Allaha təvəkkül etməkdir. Yalnız imanlı, mübariz və möhkəm əzmkarlığı olan bir millət maneələri adlayıb irəliləyə bilər”.

O, çıxışının davamında hər kəsə Qədr gecələri və Ramazının son günlərindən daha çox faydalanmağı tövsiyə etdi: “Təvəssül və yalvarışların ərşə ucaldığı bu gecə və səhərlərdə yüksək ruhlardan, o cümlədən şəhid ruhlarından yardım diləmək lazımdır. Onları şəfaətçi seçib səmimi qəlbdən elə dua edək ki, Allah-taalanın diqqətini cəlb edək”.

İslam İnqilabı Rəhbərindən əvvəl çıxış edən Vəliyyi-fəqihin nümayəndəsi, Şəhid və Fədakarlarla İş Üzrə Komitənin sədri Höccətül-İslam vəl-müslimin Şəhidi Məhəllati gənc nəslin fədakarlıq və hərbi qəhrəmanlıqlarla tanış edilməsi məsələsinin zəruriliyinə toxunaraq dedi: “Fədakarlıq və Şəhidlik Mədəniyyətinin Təbliği və İnkişafı Ali Şurasının dəftərxanasının təşkili və işə salınması, virtual cəbhənin təşkili, fədakarlar təşkilatlarının inkişafı, təşəkkür laihəsinin icrası, fədakar cəmiyyətin güc və qüdrətinin artırılması məqsədilə Müqavimət İqtisadiyyatı Heyətinin təşkili Komitənin əsas addımlarından olmuşdur”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /