Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Hökumət fantastik maaş hədləri ilə bağlı qəti tədbir görməlidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra prezident və Nazirlər Kabinetinin üzvləri ilə ramazan görüşündə “Nəhcül-bəlağə”nin bir neçə hikmətinə açıqlama verdi.

O, Əmirül-möminin Həzrət Əlinin (ə) fitnə şəraitində necə davranmaq lazım olduğunu göstərən bir kəlamına işarə edərək dedi: “Həzrət Əli (ə) tövsiyə edir ki, camaata haqla batili müəyyən etmək çətin olduğu fitnə şəraitində elə davranmaq lazımdır ki, fitnənin xeyrinə heç bir istifadəyə yol verilməsin”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “2009-cu ildə olduğu kimi, fitnə şəraitində danışıq, sükut və fəaliyyət fitnənin güclənməsinə səbəb olmamalıdır”

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, bəzi fərdlər öz şəxsi maraqlarından çıxış edərək fitnə ilə açıq şəkildə qarşı-qarşıya gəlməkdən çəkinə bilərlər. Ancaq onlardan fitnənin xeyrinə istifadə edilməməlidir”.

O, Həzrət Əlinin (ə) “Nəhcül-bəlağə”də sərvət və xüsusi imtiyazlar əldə etmək üçün vəzifəyə bir yem kimi baxılmasından bəhs edən hikmətli kəlamlarından birinə işarə edərək dedi: “Əslində, bir əmanət olan vəzifəyə bu cür baxılması insanın kiçilməsi və alçalmasına səbəb olur”.

İslam inqilabının rəhbəri yüksək maaşlarla bağlı sonuncu məsələyə də aydınlıq gətirərək dedi: “Fantastik maaş həddi əslində, dəyərlərə təcavüzdür. Ancaq hər kəs bilməlidir ki, bu məsələ də istisna xarakteri daşıyır. İdarə müdirlərinin çoxu vicdanlı adamlardır. Lakin sui-istifadələrə yol verən azlığın olması da çox pisdir, onlara qarşı tədbir görülməlidir”.

O, bu mövzu ilə məşğul olması üçün ölkə başçısının birinci müavinə verdiyi göstərişə işarə edərək dedi: “Bu məsələ yubadılmamalıdır, onunla ciddi məşğul olunmalı və nəticə ilə bağlı xalqa məlumat verilməlidir”.

İslam inqilabının rəhbəri dedi: “Məndə olan məlumata görə əksər idarələrin müdirlərinin maaşı normaldır. Yüksək maaş alan müdirlərin sayı azdır. Amma bu azlıqla bağlı da qəti tədbir görülməlidir”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda Həzrət Əlinin (ə) “Nəhcül-bəlağə”dəki hikmətli sözlərindən başqa birisinə işarə edərək dedi: “Dil və danışıq məsələsində hər zaman ehtiyatlı olmaq lazımdır. Çünki insanın qarşılşadığı problemlərin çoxuna dil səbəb olur”.

O vurğuladı: “Dil və danışığa nəzarət edilməməsi nəticəsində ortaya çıxan problemlər bəzən fərdi səciyyə daşısa da, bəzən sosial problemlərə səbəb olur. Buna görə də sözügedən məsələdə çox ehtiyatlı olmaq lazımdır”.

İslam inqilabı rəhbərindən əvvəl çıxış edən ölkə başçısı Höcətül-İslam vəl-müslimin cənab Ruhani hökumətin ən mühüm fəaliyyətləri haqqında məlumat verdi.

Görüşün sonunda İslam inqilabı rəhbərinin imaməti ilə şam və işa namazları qılındı və görüş iştirakçıları rəhbərlə birlikdə iftar etdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /