Əhli-beytin səxavətli nümayəndəsi Həzrət Həsəni-Müctəbanın (ə) mövlud gecəsi bir qrup mədəniyyət işçisi, Fars ədəbiyyatı və poeziyasının ustadları, ölkənin gənc və veteran şairləri, habelə Pakistan, Hindistan və Əfqanıstandan olan bir qrup şair İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
Bu görüşdə şairləri ölkənin qiymətli sərmayə və xəzinələri hesab etdiyini deyən Həzrət Ayətullah Xamenei vurğuladı ki, şeir canlı, operativ, ölkənin əsas problemləri və ehtiyaclarını əks etdirəcək mövqeyə malik olmalıdır: “Bu gün yumşaq müharibənin, siyasi və mədəni mübarizənin başqa bir forması cərəyan edir. Bu mübarizədə poeziya təsiredici bir vasitə kimi öz vəzifəsinə əməl etməlidir”.
Mərhum Həmid Səbzəvarinin xatirəsini əziz tutan İslam inqilabının rəhbəri qeyd etdi ki, böyük istedadı, şeir formaları, söz və ifadələrin geniş məna çalarlarının mahiri bilicisi olması bu möhtərəm şairin üstün cəhətlərindən idi: “Mərhum Səbzəvarinin bənzərsizliyi onun nəğmələrinin təsiredici, keyfiyyətli və aktual olmasında idi”.
O, bu aspektdən nəğmənin ən səmərəli şeir növü olduğunu dedi: “Nəğmənin ümumi sürəti və əhatəliliyi bütün şeir növlərindən çoxdur. Nəğmə cəmiyyətə yeni bahar havası kimi təsir edir. Buna görə də yaxşı nəğmələr yazmaqla, eyni zamanda onları yaxşı təbliğ etməklə bu sahədə mövcud olan boşluq və çatışmazlığı aradan qaldırmaq laızmdır”.
Sonra poeziyaın rolu və vəzifəsindən danışan Həzrət Ayətullah Xamenei şairlərin ölkənin ən əziz və ən dəyərli sərmayələrindən olduğunu dedi: “Ölkə siyasi, mədəni, ictimaiyyətlə əlaqələr və sosial münasibətlər, xarici düşmənlə mübarizə və bu kimi məsələlərdə köməyə ehtiyac duyduğu zaman bu sərmayə meydana atılmalı və ölkənin ehtiyaclarına cavab verməlidir”.
İnqilabın rəhbəri vuğuladı: “Şeir canlı olmalı, ölkənin cari məsələləri və ehtiyacları ilə bağlı mövqe sərgiləməlidir”
O canlı və mövqeyi olan nəğmələrin böyük müstəvidə yayılmasının zəruriliyini, teleradio və bu sahəyə cavabdehliyi olan digər orqanların məsuliyyət daşıdığını dedi: “Keçmişlə müqayisədə bu gün Fələstin, Yəmən, Bəhreyn, müqəddəs müharibə, dalğıc şəhidlər, hərəmin müdafiəçiləri, habelə Nigeriyanın məzlum, cəsur və qətyyətli şeyxi Şeyx Zəkzaki kimi mücahidlərə həsr edilmiş aktual və günün tələbələrinə cavab verən şeirlər yazılsa da, təəssüflər olsun ki, bu səmərəli və ruhlandırıcı şeirlər yaxşı nümayiş və təbliğ edilmir, bu məsələdə səhlənkarlıq göstərilir”.
Həzrət Ayətullah Xamenei ABŞ-ın Birgə Fəaliyyətin Kompleks Planı ilə bağlı xəyanətlərinin canlı şeirin mümkün mövzularından olduğunu dedi: “Siyasətçilərlə yanaşı, incəsənət adamları, xüsusilə şairlər bu həqiqətləri ictimaiyyətə çatdırmalıdırlar”.
İnqilabın rəhbəri etiqadsız və laqeyd sənətkarların təbliği istiqamətində atılan bəzi addımları tənqdi edərək əlavə etdi: “Təəssüflər olsun ki, bəzən İslam və İslam inqilabı konsepsiyalarına zərrə qədər meyli olmayan bir fərdə ehtiram göstərildiyi halda, bütün ömrünü və sənət sərmayəsini İslam və İnqilaba həsr etmiş adama diqqət və ehtiram göstərilmir”.
İslam inqilabı rəhbərinin növbəti tövsiyəsi bu oldu ki, xalqın və gənclərin növhə və mərsiyə janrında yazılmış çoxişlək şeirlərə diqqətini fürsət bilmək lazımdır.
O, şah diktaturasına qarşı mübarizə, habelə Müqəddəs Müdafiə dövründə yazılmış dərin məzmunlu və təhrikedici növhə nümunələrinə işarə edərək dedi: “Təbii ki, bu günün meydanı və müharibə forması inqilabın əvvəlki illəri və mübarizə dövrü ilə müqayisədə fərqlənir. Biz indi yumşaq müharibə, siyasi, mədəni, təhlükəsizlik müharibəsi və nüfuzla mübarizə meydanındayıq. Bu meydanda fikirlər və ideyalar mübarizə aparır. Bu mübarizədə əsas və təsiredici vasitələrdən biri poetik vasitələrdir”.
“Fələstin, Müqəddəs Müdafiə, region, Yəmən və bənzər məsələlərdən bəhs edən aktual şeirlərin yazılması, tərcüməsi və nəşri”, “dua və dini mətnlərin ali məzmun və ifadələrinin nəzmə çəkilməsi”, “Məsum imamların (ə) maarifinin təbliği məqsədi daşıyan güclü və dini məzmunlu şeirlərin yazılması” İslam inqilabının şairlərlə olan bu səmimi görüşdə verdiyi növbəti tövsiyələrdən idi.
Həzrət Ayətullah Xamenei habelə poeziyanın yüksəldilməsi və şairlərin inkişaf yolunda dayanmaması zərurətini vurğuladı: “Poeziyanın yüksəldilməsi və şairlərin yetişməsi üçün ixtisaslaşmış və xalq dərnəkləri gücləndirilməli və himayə edilməlidir”.
Görüşün əvəvlində 23 nəfər şair İslam inqilabının rəhbəri qarşısında öz şeirlərini söylədi. Şam və işa namazlarını İslam inqialbı rəhbərinin rəhbərliyi ilə qılan şairlər onunla birlikdə iftar etdilər.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir