Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Universitet və tələbə həmişə inqilabçı olmalıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) günortadan sonra universitetlər, elm və texnologiya müəssisələri, elm və tədqiqatlar mərkəzlərinin bir qrup görkəmli elm xadimləri, tədqiqatçı və müəllimləri ilə görüşdü. Bu görüşdə qüdrətli, şanlı, müstəqil, dindar, zəngin, ədalətli, demokratik, pak, mübariz, şəfqətli və təqvalı hakimiyyəti olan bir İrana nail olmaq üçün İslam sisteminin iyirmi illik hədəflərindən danışan İnqilabın rəhbəri universitetlərin bu ali məqsədlərin əsas və bünövrəsində dayandığını dedi: “Universitet və elmi mərkəzlərdə elmi inkişafın sürətini artırmaq, gənclərdə şərəfli İran-İslam kimliyi hissini yaratmaq və gücləndirmək, universitet və tələbələrin inqilabçı olması, yumşaq müharibənin komandir və zabitlərinin real rol ifa etməsi dünyada İslam sisteminin İslam və mənəviyyatla müşayiət olunan demokratiya nümunəsinə və diqqət mərkəzində olan elmi bir qüdrətə çevrilməsinin zəruri şərtlərindəndir”.

Elm və müəllimlərə hörmət məqsədilə universitet müəllimləri ilə toplantılar keçirilməsinin zəruriliyini bir daha vurğulayan İslam inqilabının rəhbəri özünün universitet işçiləri, görkəmli elm xadimləri və tələbələrlə müxtəlif əlaqə formalarına işarə edərək dedi: “Bu cür toplantıların keçirilməsi simvolik səciyyə daşımaqla yanaşı universitetlərin diskurs, elm və fikir mühiti ilə bağlı ümumi bir təsəvvür yaradır”.

Həzrət Ayətullah Xamenei sonra qeyd etdi ki, istənilən ölkənin gələcəyinə baxış o ölkənin mütəfəkkir, müdrik və seçkin şəxsiyyətlərini narahat edən məsələlərdəndir: “Gələcək perspektvin təsviri ona görə əhəmiyyətlidir ki, gələcəkdə ölkəni hal-hazırda universitetlərdə təhsil alan və elmi fəaliyyətlə məşğul olan tələbələr idarə edəcək ”.

O, qeyd etdi ki, bu məsələ universitet müəllimləri və səlahiyyətlilərinin rolunun nə qədər əhəmiyyətli olduğunu göstərir: “Təlim-tərbiyədən universitetə qədər olan elm və maarif zənciri və ölkənin arzuolunan gələcəyini reallaşdırmaq üçün əsas vəzifə yükü onların çiyinlərinə düşür”.

İslam inqilabının rəhbəri " 20 ildən sonra İran üçün hansı arzuolunan bir gələcək təsəvvür olunur?" - sualını verərək dedi: “Əgər nəzərdə tutulan arzuolunan gələcək qüdrətli, izətli, müstəqil, dindar, zəngin, ədalətli, xalq hökumətinə malik, pak, mübariz, şəfqətli və təqvalı bir İrandırsa, onda universitetlərin bu xüsusiyyətlərə malik olması və gənc nəsli sözügedən xüsusiyyətlərə inam və etiqadı olan şəxsiyyətlər kimi tərbiyə etməsi zəruridir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Əgər universitetlərdə bu xüsusiyyətlərə əhəmiyyət verilməsə, gələcəkdə mədəni cəhətdən tərk edilmiş, sosial, etnik, dini və siyasi parçalanmalara məruz qalmış, aristokrat hakimiyyət sisteminə malik asılı bir İran görəcəyik”.

O, dedi: “Belə bir gələcək nəticəsində ölkə sərvət zirvələri ilə bədbəxtlik, hərc-mərclik və tərk edilmiş vadilər kənarında dayanmış bir ölkəyə çevriləcək. ABŞ və ABŞ-ın Uoll – Strit küçəsinin əhalisi bunun ən bariz nümunəsidir”.

İslam inqilabının rəhbəri əlavə etdi: “Belə bir gələcəkdə cəmiyyətin heç bir təbəqəsində rifah olmayacaq, ölkə əsl İran Uoll-stritinə çevriləcək”.

İslam inqilabının rəhbəri çıxışının bu hissəsini yekunlaşdıraraq dedi: “Buna görədir ki, mən həmişə universitetlər, universitet müəllimləri, elm və təhsil nazirləri məsələsini çox vurğulayıram. Çünki İranın arzuolunan gələcəyinə nail olmaq üçün elmli, səbirli, Allah yolunda mübarizə aparan, işbilən və cəsur insanların yetişdirilməsinə ehtiyac var. Bu cür insanlar isə əsasən, universitetlərdə yetişirlər”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında universitetdə bu cür gənclərin yetişdirilməsi üçün tələb olunan zəruri şərtlərə açıqlama gətirdi: “Universitetlərdə elmi inkişaf, etik nizam-intizam, dini təqva, siyasi ayıqlıq, kimlik və qürur hissinin aşılanması bu mühüm fəaliyyətin zəruri şərtlərindəndir”.

O, elmi inkişaf məsələsində elmi inkişaf sürətinin artırılması zərurətini vurğulayaraq dedi: “Bir müddət öncə də elmi inkişaf sürətinin azalması məsələsini qeyd etmişdim. Sürət azalıb. Elmi geriliyi aradan qaldırmaq üçün elmi inkişaf süətini artırmaqdan başqa çarə yoxdur”.

İslam inqilabının rəhbəri bəzi ekspertlərin Qərbdə elmi inkişafın sürətinin azalması ilə bağlı açıqlamalarına toxunaraq dedi: “Əgər Qərbdə elmi inkişafın sürəti azalıbsa, səbəbi budur ki, onlar potensiallarının çox hissəsini sərf ediblər. Ancaq biz xain və qafil hökumətlərin səbəb olduğu 60-70 illik geriliyi aradan qaldırmalıyıq ki, bu beynəlxalq müsabiqədə yüksək səviyyələrə və zirvələrə yetişə bilək”.

Həzrət Ayətullah Xamenei müəllimlərin tələbələrdə İran və İslam kimliyinin yaranması və gücləndirilməsi məsələsində oynadıqları rola işarə edərək dedi: “Universitet müəllimləri ölkənin kosmos, nano, nüvə, ekologiya, texnologiya və tibb sahələrindəki nailiyyətləri haqqında məlumat verməklə tələbələrə kimlik hissini aşılaya bilərlər”.

O, vurğuladı ki, tələbələrə təhqir və fərqlənmə hissləri aşılamaq xəyanətdir: “Tələbələr həmişə özlərinin iranlı, müsəlman və inqilabçı olmaları ilə qürur duymalıdırlar”.

İslam inqilabının rəhbəri dedi: “Biz elmi nailiyyətlər sahəsində tarixi cəhətdən geri qalmağımıza baxmayarq, istedadlı gənclərin səyi və enerjisi ilə bu gerilikləri aradan qaldıra bilərik”.

Həzrət Ayətullah Xamenei dünyanın bəzi mötəbər jurnalları və istinad edilən bloklarının İranın elmi nailiyyətləri ilə bağlı məlumatlarına işarə edərək dedi: “Bu məlumatlarda İranın elmi nailiyyətlərə “İranın nailiyyətləri gözqamaşadırandır”, “İran yeni meydana gəlmiş elmi gücdür”, “İran iqtisadiyyatı resurs mərkəzlilikdən elm mərkəzli iqtisadiyyata keçməyə çaslışır”, “İranın əsas hüceyrələr, nüvə elmləri, kosmos, enerji mübadiləsi və informasiya texnologiyası” şəklində işarə edilir. Bu həqiqətlər gənc nəslə çatdırılmalıdır ki, kimlik hissi ilə yanaşı iranlı olmaqla da fəxr etsinlər”.

O, yeni yaranmış “demokratik müstəvidə İslam sistemi” fikrinin də bu qürur mənbələrindən biri olduğunu dedi: “İran İslam sistemi yeganə hökumət sistemidir ki, demokratiyanı İslam və mənəviyyatla birlikdə təqdim edir”.

İslam inqilabının rəhbəri əlavə etdi: “Qərb demokratiyası əslində, partiya hakimiyyətidir. Qərbdə partiyalar xalq arasında geniş yayılmış bir şəbəkə olmaqdan çox bir qrup siyasətçi və sərmayəçidən təşkil olunmuş siyasi klublardır”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Əgər bu qürurverici həqiqətlər tələbə gəncə deyilsə, o, daha fərqlənmə hissinə qapılmaz, təhsilini davam etdirmək üçün xaricə getsə də, mütləq, qayıdar. Çünki o kimlik və qürur hissi keçirir ”.

O, universitetlərin islami mahiyyəti haqqında da danışdı: “Universitetlərin məsul şəxsləri universitetlərin islami mahiyyətinə zərər vuran qarışıq düşərgələr kimi istənilən addım və mövzu qarşısında həssas olmalı və əks reaksiya verməlidirlər”.

İslam inqilabının rəhbəri qeyd etdi ki, arzuolunan gələcəkli İrana nail olmanın zəruri şərtlərindən biri universitetlərdə siyasət və siyasi ayıqlığın olmasıdır: “Mən universitetlərin siyasi fəaliyyətini həmişə zəruri hesab etmiş və illər öncə demişəm ki, “Allah siyasi fikir və fəaliyyət proqramını universitetlərdən yığışdıranlara lənət etsin”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu cümlə o dövrün məsul şəxslərini çox narahat etdi. Onlar universitetlərin siyasi fəaliyyətinin qaşısının alınmasının tərəfdarı idilər. Baxmayaraq ki, bu günlərdə universitetlər haqqında müxtəlif riyakar fikirlər səsləndirirlər”.

O, vurğuladı ki, universitet mühiti fikir mübadiləsi, mübahisə və etiraz mühitidir: “Tələbəliyin ən enerjili dövrü üçün bu mühitin olmasının heç bir eybi yoxdur. Lakin problem bu mihtdən inqilab və inqilabi dəyərlərə qarşı istifadə edildikdə yaranır”.

İslam inqilabının rəhbəri əlavə etdi: “Universitetdə müxtəlif siyasi meyllərin olmasının heç bir maneçiliyi yoxdur. Ancaq nazirliyin icraçı direktorları, müdirləri və universitet müəllimləri də daxil olmaqla universitetlər üzrə məsuliyyət daşıyan bütün səlahiyyətli şəxslər universitetin etirazçı mühitini müdafiə etməli və onu İslam inqilabının prinsipləri və məqsədlərinə doğru yönəltməlidirlər. İnqilaba qarşı olan meyllər heç bir halda müdafiə edilməməlidir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Universitet və tələbə həmişə inqilabçı olmalıdır”.

O, bəzi universitetlərdə sistemə qarşı olan cərəyanlara meyllənmə ilə bağlı məlumatların olduğuna işarə edərək dedi: “Ali təhsil ocaqlarının məsul şəxsləri universitetlərin inqilab məzmunları və dəyərlərindən uzaqlaşan bir mühitə çevrilməməsi üçün diqqətli olsunlar”.

İslam inqilabının rəhbəri vurğuladı: “İnqilabçı, dindar, İmamın (r.ə) adı və xatirəsinin yad edildiyi bir mühitin olması universitetlərin zəruri şərtlərindəndir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Təbii ki, universitetlərdə məcburiyyət, zorakılıq və təhlükəsizlik mühiti yaratmaq olmaz, inqilabçı və dindar mühitini ağıl və şəfqətlə yaratmaq lazımdır”.

Çıxışının davamında İslam inqilabının rəhbəri ölkənin ali təhsil ocaqları və universitetlərinin səlahiyyətli şəxslərinə bir neçə tövsiyə ünvanladı.

“Elm və tədqiqat mərkəzlərində ümidvarlıq və şadlıq ruhiyyəsinin qorunması, əsas elmlərə əhəmiyyət verilməsi, elmi məqalələrin mövzularının ölkənin ehtiyacları istiqamətinə yönəldilməsi, universitet tələbələrinə və işçilərinə kompleks elmi xəritənin izah edilməsinin zəruriliyi və onun proqrama çevrilməsi, İslam humanitar elmlərinə xüsusi diqqət ayrılması” Həzrət Ayətullah Xameneinin məsul şəxslərə verdiyi tövsiyələrdən idi.

Elmi diplomatiyanın əhəmiyyətliliyi İslam inqilabı rəhbərinin verdiyi və israr etdiyi tövsiyələrdəndir: “Diplomatiya və elmi əlaqələr mühüm əhəmiyyət daşıyır, biz bunun tərəfdarıyıq. Ancaq aldanmamaq və elmi əlaqələr təhlükəsizliyin nüfuz edəcəyi bir qapıya çevrilməməlidir. Çünki düşmən nüfuz etmək üçün hər vasitədən, o cümlədən elmi əlaqələrdən istifadə edir. Bu hadisə keçmişdə baş vermiş, indi də ara-sıra müşahidə edilir”.

O, çıxışının bir yerində müqavimət iqtisadiyyatının milli şərəf və ləyaqətə zəmin yaradan, mövcud ehtiyacları aradan qaldıran bir amil olduğunu dedi: “Bəziləri deyirlər ki, milli şərəf və ləyaqəti tez-tez vurğulamaqla cəmiyyətin mövcud problemlərini necə həll etmək və ehtiyaclarını necə təmin etmək istəyirsiniz? Onlara belə cavab vermək lazımdır: “Yeganə çıxış yolu müqavimət iqtisadiyyatı siyasətlərini gercək və düzgün icra etməkdir”.

Universitetlərdə mədəni fəaliyyətin əhəmiyyətli və əsas hesab edilməsi İslam inqilabı rəhbərinin başqa bir tövsiyəsi oldu.

O, əlavə etdi: “Təbii ki, mədəni fəaliyyət deyilərkən konsert keçirilməsi və ya universitetlərdə ritmik hərəkətlər nəzərdə tutulmur. Məsul şəxslər meydanı dəyər aşılayan tələbə və müəllimlər üçün açıq qoymalı, beyinləri İslam və inqilab mədəniyyəti ilə tanış etməlidirlər”.

Həzrət Ayətullah Xamenei habelə inqilabçı müəllimlərə yumşaq müharibənin komandirləri, inqilabçı tələbələrə yumşaq müharibənin zabitləri kimi xitab edərək dedi: “Sizin də vəzifəniz ciddidir və əsl yaradıcı rol ifa edir. Çünki keçən illərlə müqayisədə düşmənin yumşaq müharibəsi bir neçə dəfə artıb”.

İslam inqialbı rəhbərinin qeyd etdiyi başqa bir tövsiyə güvənilməyən ünsürlərin universitetə gətirilməməsi və onlardan istifadədən çəkinməklə bağlı oldu: “Seçkilər və sair kimi bəhanələrlə sistemə problem yaradan şəxs güvənilməyən şəxsdir və universitetdə olmaq səlahiyyətindən məhrumdur. Belə ki, heç bir ölkə həmin ölkənin hakim sisteminə problem yaradılmasını istəmir”.

Bu görüşün əvvəlində çıxış edən mühəndislik, tibb və humanitar elm sahələrinin müəllimləri, ekspertləri və mütəxəssisləri çxışlarında müxtəlif məsələlərlə bağlı fikir və təkliflərini səsləndirdilər. Çıxış edənlər:

- Elektrik mühəndisliyi üzrə fəlsəfə doktoru, Elm və Sənaye Universitetinin dosenti Dr. Hoseyn Boləndi

- İqtisadiyyat üzrə fəlsəfə doktoru, Əllamə Təbatəbai adına Universitetin müəllimi Dr. Məsud Derəxşan

- Ağciyər xəstəlikləri üzrə ali dərəcəli mütəxəssis, Bəqiyyətullah Tibb Elmləri Universitetinin müəllimi Dr. Mustafa Qanei

- Elektrik mühəndisliyi üzrə fəlsəfə doktoru, Şərif Universitetinin dosenti Dr. Mohəmmədreza Pakrəvan

- Ədəbiyyat üzrə fəlsəfə doktoru, Pedoqoji Universitetin müəllimi Dr. Hoseynəli Qobadi

- Beynəlxalq hüquq üzrə fəlsəfə doktoru, İmam Sadiq (ə) adına Universitetin dosenti Dr. Təvəkkol Həbibzade

- Menecmentlik üzrə fəlsəfə doktoru, Azad İslam Universitetinin müəllimi Dr. Əliəkbər Fərhəngi

- Beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru, Əllamə Təbatəbai adına Universitetin dosenti Dr. Hadi Acili

- Sistemlərin ixtisaslaşması üzrə fəlsəfə doktoru, Şiraz Universitetinin müəllimi Dr. Cəfər Mehrad

- Stomatoloq cərrah, Tehran Tibb Elmləri Universitetinin dosenti Dr. Zeynəb Kədxoda

- Dilçilik üzrə fəlsəfə doktoru, Əz-Zəhra Universitetinin İngilis dilinin tədrisi fakültəsinin dosenti Dr. Susən Qəhrəmani

Çıxışları zaman aşağıdakı məsələləri vurğuladılar:

- Kosmik elmin yeni texnologiyalardakı yeri və ölkənin bu sahədəki imkanları

- Dövlət siyasətləri, dövlətin xüsusilə neft yataqlarındakı kəşf və onlardan istifadənin xarici şirkətlərə həvalə edilməsi sahəsi ilə bağlı siyasətlərinin müqavimət iqtisaiyyatı siyasətləri ilə uzlaşmasının zəruruliyi

- Ölkənin ayrı-ayrı bölgələrində elmi biliklərə əsaslanan iqtisadiyyatın inkişaf etdirilməsinin əhəmiyyəti

- İnformasiya texnologiyası və texnoloji şirkətlərin elm və sərvət istehsalındakı rolu və yeri

- Əlverişsiz şəraiti olan regionlarda tibbi və səhiyyə xidmətləri təqdim etmək üçün mərkəzi mübarizə qərərgahının təsis edilməsi zərurəti

- İslamda insan hüquqlarının nəzəri hüdudlarını müəyyən etmək üçün dini və fiqhi əsaslardan istifadə edilməsi və insan hüquqları ilə bağlı illik hesabat verilməsi zərurəti

- İngilis dilinin hədəfə alınmış ölkələrdə yayılmasının görünməyən tərəfləri və metodlarının dərk edilməsinin əhəmiyyəti və xarici dillərin öyrənilməsi üşün doğru çərçivələr təyin edilməsinin zəruriliyi

- İslam inqilabı diskursunun İslam sisteminin effektiv strategiyası ilə daxili və xarici yönlərdən nəzəri və elmi reproduksiya edilməsi zərurəti

Bu görüşün sonunda universitetlərin müəllimləri İslam İnqilabının Ali Məqamlı Rəhbərinin rəhbərliyi ilə şam və işa namazlarını qılıb onunla birlikdə iftar etdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /