Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İnqilabçı xarakteri hədəflərin gerçəkləşməsinin yeganə yoludur

Bu gün (cümə) səhər İmam Xomeyninin (r.ə) ziyarətgahında xalqın müxtəlif təbəqələrindən olan böyük insan izdihamı qarşısında mərhum İmamın (r.ə) inqilabçı ibadətkar mömin şəxsiyyət olduğunu, inkişafın, xalq və sistemin hədəflərinin həyata keçməsinin yeganə yolunun millətin inqilabçı imamının yolunu davam etdirmək olduğunu söyləyən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei inqilabçı xarakterin beş mühüm cəhətini açıqladı: “Nüvə danışıqları təcrübəsindən, yəni ABŞ-a güvənilməməsi zərurətinin sübuta yetməsindən istifadə edərək ölkənin hərəkət və inkişaf yolunu davam etdirmək lazımdır”.

Həzrət Ayətullah Xamenei İmam Xomeyninin (r.ə) vəfatının 27-ci ildönümü mərasimindəki çıxışı zamanı “inqilabçı ibadətkar mömin” ifadəsininin mərhum İmamın simasında ümumiləşmiş bir xüsusiyyət olduğunu dedi: “Dahi İmam Allaha, xalqa, məqsədə və onu bu məqsədə çatdıran yola inamı və imanı olan bir şəxsiyyət idi”.

O, İmamın (r.ə) bəndəlik xüsusiyyəti haqıqnda bunları dedi: “O, Allahın saleh, təvazökar, əli dua və yalvarışda olan bəndəsi idi”.

İnqilabın rəhbəri İmama (r.ə) xas olan üçüncü xüsusiyyəti belə səciyyələndirdi: “İmam inqilabçı bir rəhbər idi. Maddiyatçı güclərin ona qarşı qəzəbli olmasının əsas səbəbi də məhz elə bu xüsusiyyət idi”.
Həzrət Ayətullah Xamenei super güclərin İran xalqının inqilab və inqilabçı sözlərindən çox qorxduqlarını dedi: “Müxtəlif bəhanələrlə, o cümlədən nüvə problemi, insan hüquqları adı altında xalqa qarşı uzun illər mütəmadi olaraq göstərilən təzyiqlərin əsl səbəbi İran xalqı və İslam sisteminin inqilabçı xarakterə malik olmasıdır”.

İnqilabın rəhbəri İranın super güclərin nəzarətindən çıxması və İslam sisteminin xalqların ilhamverici nümunəsinə çevrilməsinə işarə edərək dedi: “Əsas məsələ budur ki, inqilabçı İmam ölkəni bir çox bataqlıqlardan, o cümlədən asılılıq, siyasi və əxlaqi fəsad, beynəlxalq təhqir, elmi, iqtisadi, texnoloji geriliklərdən, ABŞ və İngiltərənin ağalığından xilas etdi, ölkənin və millətin hərəkət yolunda böyük dəyişiklik yaratdı”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, böyük İmam (r.ə) ölkənin hərəkət relsini böyük hədəflərə, yəni Allah dininin hakimiyyəti istiqamətinə doğru döndərdi: “Allah dininin hakimiyyəti əsl sosial ədalətin bərqərar olması, yoxsulluq və savadsızlığın aradan qaldırılması, ictimai xəsarətlər və ədalətsizliklərin kökünün kəsilməsi, islami dəyərlər sisteminin bərqərar edilməsi, fiziki, əxlaqi və mənəvi sağlamlığın təmin edilməsi, ölkənin elmi tərəqqisinə nail olmaq, milli kimlik, şərəf və ləyaqətin təmin edilməsi, beynəlxalq müstəvidə güc sahibi olmaq və ölkənin potensiallarını aktivləşdirməkdən ibarətdir”.

O qeyd etdi ki, mərhum İmam (r.ə) İslam inqilabının bərəkəti sayəsində ölkəni bu məqsədlərə istiqamətində hərəkətə gətirdi: “Bu məqsədlərə nail olmaq uzun zaman və zəhmət tələb etsə də, onlar reallaşandır, sadəcə, reallaşmaları üçün inqilab və inqilabçılıq yolunda hərəkət etmək lazımdır”.

İslam inqilabının rəhbəri sistemin hərəkət prosesindəki patoloji halların öyrənilməsi ilə bağlı bunları dedi: “Dahi İmamın (r.ə) vəfatından sonra inqilabçı davrandığımız bütün sahələrdə inkişaf əldə etdik, inqilabçılığı və cihad hərəkatını unutduğumuz dövrlərdə geri qaldıq, istəyimizə nail olmadıq”.

Həzrət Ayətullah Xamenei xalqın bütün təbəqələrinə səslənərək dedi: “Bu yolda inqilabçı xarakterlə hərəkət etmək olar və belə olan təqdirdə inkişaf və tərəqqi mütləqdir. Başqa cür də davranmaq olar. Belə olan surətdə acınacaqlı tale qaçılmazdır, xalq və İslam möhkəm zərbə alacaq ”.

O, İslam inqilabının xalq və ölkəyə xas olan xüsusi bir sərmayə olduğunu dedi: “İnqilabın nəticə hasil etməsi üçün çox ağır xərclər sərf edilib. Ancaq bu xərclərə baxmayaraq, böyük mənfəətlər də əldə edilib”.

Həzrət Ayətullah Xamenei İslam inqilabının 37 ildən sonrakı güc və qüdrətinə işarə edərək dedi: “Bu gün İran xaqının vəziyyəti keçmişdəkindən daha yaxşı, daha qənaətbəxşdir, artıq çox xərclər sərf etməyə lüzum qalmır”.

O vurğuladı: “İnqilab xalqın əzmkarlığı, iradə və imanı sayəsində qələbə çaldı və bu güc mənbəyi ilə də həyatını davam etdirdi, kök atdı, hərbi təhdidlər və sanksiyalar qarşısında duruş gətirdi, iflic olmadı, cəsarətlə və başıuca öz yoluna davam etdi. Bundan sonra da bu hərəkat davam etməlidir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, inqilabçı xarakteri təkcə mübarizə və ya İmamın (r.ə) dövrü ilə məhdudlaşmır: “İnqilab və inqilabçılıq bütün dövrlər üçün xarakterikdir. İnqilab bir axar çaydır. İnqilabçı davranan bütün şəxslər, hətta İmamı (r.ə) görməyən eyni xarakterə malik gənclər də inqilabçıdırlar”.

İnqilabın rəhbəri vurğuladı ki, inqilabçı xarakterini ifratçılıqla bir tutan, xalqı fanatik və mötədil olmaqla iki qrupa bölən təfəkkür tərzi yol verilən səhvlərdəndir: “Yadların sovqatı və düşmənlərin sözü olan bu cür ikitirəlik yaradan təfəkkür tərzi ölkənin siyasi mədəniyyətinə nüfuz etməməlidir”.

İnqilabın rəhbəri inqilab və inqilabçı xarakteri ilə bağlı olan başqa bir yanlışa da toxunaraq dedi: “İnqilaba xas olan strategiyalar və parametrlər istiqamətində hərəkət edən bütün şəxslərdən eyni səviyyəli inqilabçı xarakteri gözləmək yanlışdır. Əsas budur ki, inqilabçı xarakterinə xas olan xüsusiyyətlər mövcud olsun”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bir nəfərin inqilab anlayışları və inqilabçı davranışları ilə bağlı mövqeyindəki ciddilik başqasında olmaya bilər. Ancaq əsas odur ki, hər ikisi inqilabçıdır. İnqilab yolunda olub yaxşı fəaliyyət göstərməyən hər hansı şəxsi inqilabçı olmamaq və anti-inqilabçılıqda günahlandırmaq olmaz”.

İnqilabın rəhbəri inqilabçı xarakterinin əsas meyarlarından danışaraq beş əsas xüsusiyyəti önə çəkdi: “İslam inqilabının əsas prinsip və dyərlərinə bağlılıq, ideyaları davamlı olaraq hədəfdə saxlamaq və onlara nail olmaq üşün çalışmaq, ölkənin bütün cəhətlərdən müstəqilliyinə vəfalı olmaq, düşmənə qarşı diqqətli olmaq və ona tabe olmamaq, dini və siyasi təqva”.

Həzrət Ayətullah Xamenei inqilabçı xarakterinin birinci cəhətini, yəni əsas prinsiplər və dəyərlərə bağlılıq məsələsinə açıqlama gətirərkən bunları dedi: “ABŞ İslamı qarşısında xalis İslama etiqad bəsləmək bu xarakterin ən əsas cəhətidir”.

O vurğuladı: “ABŞ İslamının mürtəce və sekulyar olmaqla iki xüsusiyyəti var. İmperializm hər iki xüsusiyyəti himayə edir”.

Həzrət Ayətullah Xamenei xalqmərkəzliliyə dərindən inam bəslənilməsinin inqilabın əsas prinsiplərindən olduğunu dedi: “İslam sistemində xalqın fikri, istəyi, məqsədləri və mənafeyi əsasdır. Bu həqiqətlərə həqiqətən, inanmaq inqilabçı xarakterin zəruri cəhətlərindəndir”.

İnqilabın rəhbəri bildirdi ki, inkişaf, tərəqqi və təkamül inqilabın əsas dəyərlərindəndir: “İnqilabçı şəxs bu dəyərə də inanır və hər gün vəziyyətin daha da yaxşı olmasına çalışır”.

İnqilabın əsas prinsiplərinə bağlılıqdan danışarkən İnqilabın rəhbərinin toxunduğu başqa bir dəyər xalqın məhrum, zəif və imkansız təbəqəsininin, dünyada zülmə məruz qalmış insanların himayə edilməsi xüsusiyyəti oldu.

O əlavə etdi: “Əgər bu bağlılıq, Quranın təbiri ilə desək, dözümlülük olsa, məsul şəxslər və sistem hadisələr burulğanında qətiyyətlə və əzmkarlıqla addımlayar. Əks təqdirdə ifrata varar, hər hansı hadisə ilə qarşılaşdıqda fəaliyyət yolu dəyişər”.

Həzrət Ayətullah Xamenei inqilabçı xarakterinin ikinci xüsusiyyəti, yəni tərəqqi üçün ciddi cəhdlə çalışmaq və ideyaların həyata keçməsinə nail olmaq xüsusiyyətinə açıqlama gətirərkən dedi: “Heç bir halda inqilabın və xalqın böyük hədəflərini həyata keçirməkdən imtina etmək və ya mövcud vəziyyətlə razılaşmaq olmaz”.

O, tənbəllik, mühafizəkarlıq və ümidsizliyin bu xüsusiyyətə zidd olduğunu dedi: “İnkişaf yolu bitən deyil, inqilabçı xarakteri ilə bu yolda dayanmadan yürümək lazımdır”.

İnqilabçı xarakterin üçüncü xüsusiyyətinin müstəqilliyə bağlılıq olduğunu deyən İnqilabın rəhbəri mərhum İmamın (r.ə) vəfatının 27-ci ildönümü mərasiminə toplaşmış böyük xalq izdihamı qarşısında onun siyasi, mədəni və iqtisadi yönlərinə açıqlama gətirdi: “Siyasi müstəqilliyin əsl mənası budur ki, düşmənin müxtəlif metodlarına aldanmayaq, bütün məqamlarda daxili, regional və beyəlxalq müstəqilliyi qoruyaq”.

Həzrət Ayətullah Xamenei düşmənlərin, xüsusilə ABŞ-ın tətbiq etdiyi metodlara və hiyləgərliklərə işarə edərək dedi: “Onlar hər zaman təhdiddən istifadə etmirlər, bəzən gülümsəyə-gülümsəyə, hətta yaltaq-yaltaq danışırlar. Məsələn, məktub yazıb bildirirlər ki, gəlin qolbal problemləri birlikdə həll edək. Belə olan halda, insan aldanaraq güman edə bilər ki, yaxşıdır, beynəlxalq bir problemin həllində gedək bir super güclə əməkdaşlıq edək. Ancaq o, düşmənin gizlində başqa məqsədlər güddüyündən xəbərsizdir”.

İnqilabın rəhbəri əlavə etdi: “Düşmənin qlobal bir problemi həll etmək üçün elan etdiyi dəvət əslində, onun nəzərdə tutuduğu bir problemin həlli üçün təyin etdiyi bir oyunda rol ifa etməyə dəvətdir”.

O, nümunə üçün Suriya hadisəsini misal çəkdi: “Suriya və bənzər məsələlərdə ABŞ-ın dırnaqarası kualisiyasında iştirak etmədik. Çünki onların bizim və digər dövlətlərin güc və nüfuzundan öz məqəsdlərini həyata keçirmək üçün istifadə etmək istədiklərini bilirdik”.

İnqilabın rəhbəri dərin məzmunlu bir xatırlatma etdi: “Bu cür işlər üzdə müstəqillik prinsipi ilə heç bir təzad təşkil etməsə də, əməldə düşmənlərin iş cədvəlini doldurmaqdır. Bu isə əsl həqiqətdə, müstəqilliyə ziddir”.

Həzrət Ayətullah Xamenei müstəqillik parametrinin ikinci elemntindən danışarkən mədəni müstəqilliyin əvəzolunmaz əhəmiyyətə malik olduğunu vurğuladı: “İnqilabçı xarakteri İran İslam Respublikasının həyat tərzini seçmək, qərbi və əcnəbiləri təqliddən ciddi cəhdlə qorunmaq deməkdir”.

O bu sahədə virtual məkanın yeni vasitələrinin informasiyaların proqramlaşdırılması və xalqların mədəniyyətlərini istila etmək üçün Qərbin istifadə etdiyi vasitələr olduğunu dedi: “Bu vasitələr faydalı ola bilər, ancaq düşmənin onlar üzərindəki istilasını aradan qaldırmaq və elə davranmaq lazımdır ki, virtual aləm düşmən mədəniyyətinin nüfuz və istila vasitəsinə çevrilməsin” .

İnqilabçı xarakterin üçüncü xüsusiyyəti, yəni ölkənin bütün cəhətlərdən müstəqilliyinin təmin edilməsi xüsusiyyətindən danışarkən inqilabın rəhbərinin toxunduğu digər mühüm məsələ bu oldu ki, iqtisadi müsətqillik dünya iqtisadiyyatının həzm sistemində həzm edilməməlidir.

O əlavə etdi: “Amerikalılar nüvə danışıqlarından sonra dedilər: “İranla nüvə mübadiləsi İran iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya ertməsinə səbəb olmalıdır”. Bu da o deməkdir ki, İran kapitalistlər, xüsusilə sionizmin dünyanın maliyyə mənfəətlərini mənimsəmək üçün hazırladıqları plan və sistemdə həzm olsun”.

Həzrət Ayətullah Xamenei dedi: “Amerikalılar sanksiyalar tətbiq edərkən İran iqtisadiyyatını iflic etməyi düşünürdülər. İndi də danışıqların bir nəticəyə vardığı bir vaxtda İran iqtisadiyyatının öndəri ABŞ olan dünya iqtisadiyyatının mədəsində həzm olunmasını istəyirlər”.

Həzrət Ayətullah Xamenei elan etdi ki, iqtisadi müstəqilliyə nail olmağın yeganə yolu müqavimət iqtisadiyyatını gerçəkləşdirməkdir: “Xoşbəxtlikdən dovlətin verdiyi hesabata əsasən müqavimət və fəaliyyət iqtisadiyyatı ilində elə fəaliyyətlərə start verilib ki, əgər bu tepmlə irəliləsə, xalq onun nəticələrinin mütləq, şahidi olacaq”.

O əlavə etdi: “Bütün böyük qərarlar, işlər, o cümlədən digər ölkələrlə bağlanılan müqavilələrdə müqavimət iqtisadiyyatı ciddi şəkildə diqqət mərkəzində olmalıdır”.

Həzrət Ayətullah Xamenei iqtisadi inkişafın yalnız xarici investisiya qoyuluşundan asılı olduğunu düşünənləri tənqid edərək dedi: “Xarici investisiyanın cəlbi yaxşı və lazımlıdır. Ancaq ölkənin daxili potensiallarının aktivləşdirilməsi ondan da mühümdür. Hər şeyi xarici investisiya cəlbi ilə şərtləndirmək olmaz”.

O, məhz elə bu aspektdən yeni və mütərəqqi texnologiyalar mövzsuna açıqlama gətirdi: “Xarici ölkələrin bu cür texnologiyaları verməsi yaxşıdır. Əgər verməsələr, əziz İranı nano, nüvə və sair sahələrdə dünyanın on ən üstün ölkəsindən birinə çevirmiş gənclər doğru proqramlaşdırma olacağı təqdirdə ölkəni ehtiyac duyulan texnologiyalarla mütləq, təmin edəcəklər”.

İnqilabın rəhbəri sonra inqilabçı xarakterin dördüncü xüsusiyyətinə, yəni düşmən qarşısında diqqətli olmaq məsələsinə aydınlıq gətirdi.

O vurğuladı: “Müharibə cəbhəsində olduğu kimi düşmənin hər bir hərəkətini müşahidə və təhlil etmək, hədəf və məqsədlərini öyrənmək, düşmən fəaliyyətlərinin ehtimal edilən zəhərinə qarşı lazımi diqqət və həssaslıqla antidod hazırlamaq lazımdır”.

Həzrət Ayətullah Xamenei ABŞ-ın aşkar və təkrarlanan düşmənçiliklərinə göz yumaraq düşmən haqqında danışmağı planlı xülya adlandıranları tənqid etdi: “ABŞ-ın İslam Respublikası və İran xalqı ilə dərin, davamlı və aşkar düşmənçiliyini inkar etmək böyük şeytana qarşı diqqət və həssaslıqların azaldılması planıdır”.

İnqilabın rəhbəri ABŞ-ın inqilabla olan düşmənçiliyinin onun təbiətindən irəli gəldiyini dedi: “İmperializm sistemi müharibə odunu körükləmək, terrorizmi dəstəkləmək, azadlıq istəyənləri əzmək, Fələstin məzlumlarına zülm etməklə öz təbiətini aşkar edir. İslam sistemi bu repressiyalar qarşısında sakit və laqeyd dayana bilməz”.

İnqilabın rəhbəri qeyd etdi ki, ABŞ-ın Yəmən xalqı üzərinə hücum edənlərə birbaşa köməklik göstərməsi onun bombardmanda və günahsız xalqın qətlində iştirak etməsi deməkdir: “İslam təlimlərinə görə bu cinayətlər qarşısında susmaq olmaz”.

Həzrət Ayətullah Xamenei çıxışının bu hissəsini ümuməlişdirərək dedi: “İslam üçün və İslam adı ilə fəaliyyət göstərən hər hansı fərd və hərəkat ABŞ-a etimad göstərərsə, böyük bir səhvə yol vermiş olar və bu hərəkətinin silləsini yeyəcək”.

O vurğuladı: “Son illərdə də regionun bəzi islami hərəkatları siyasi ağıl və taktika adı altında amerikalılarla əməkdaşlıq etdi. Lakin indi böyük şeytana etimad göstərməyin cəzasını çəkirlər”.

Həzrət Ayətullah Xamenei ingilislərin də İran xalqının əsl xəbis düşmənlərindən olduğunu dedi: “İngilislər İran xalqına qarşı olan xəbis niyyətlərindən əl çəkməyəcəklər”.

O əlavə etdi: “Həmin düşmənçiliklərin davamıdır ki, İngiltərə dövlətinin təbliğat aparatı böyük və pak İmamın ildönümündə amerikalıların köməyi ilə qondarma bir sənəd tərtib edib İran xalqının mərhum rəhbərinə qarşı təbliğat aparırlar”.

İnqilabın rəhbəri ABŞ və İngiltərə ilə yanaşı bədxah sionist rejimin də İran xalqının düşmənlərindən olduğunu dedi: “Düşmən qarşısında diqqətli olmaq, onların hər bir təklifi, o cümlədən siyasi və iqtisadi variantları qarşısında ehtiyatlı olmaq lazımdır. Əgər diqqətli olsaq, tabeçilik də olmayacaq. Böyük cihad da məhz elə budur”.

Həzrət Ayətullah Xamenei inqilabçı xarakterin sonuncu xüsusiyyəti, yəni dini və siyasi təqva xüsusiyyətini açıqlayarkən dedi: “Dini təqva deyilərkən İslamın cəmiyyət üçün təyin və tələb etdiyi bütün məqsədlərin reallaşmasına çalışmaq və bu sahədə diqqətli olmaq nəzərdə tutulur”.

O vurğuladı: “Bu sahədə sırf rasionallığa əsaslanmaq olmaz. Çünki sözügedən hədəflərin həyata keçirilməsi dini vəzifədir. İslamı ictimai və siyasi sahələrdən ayıran şəxs Allahın aşkar dinini tanımamışdır”.

İnqilabın rəhbəri əlavə etdi: “Dini təqva hasil olarsa, siyasi təqva da hasil olar və insanı siyasi sapmadan və vəzifə xətasından qoruyar”.

İslam inqilabının rəhbəri mərhum İmamın ideyaları ilə olan beyətini təzələməyə gəlmiş xalqın əzəmətli izdihamı önündə etdiyi çıxışının sonunda bir neçə tövsiyə verdi. Onlardan birincisi İmama bir örnək kimi baxılması oldu.

Həzrət Ayətullah Xamenei dedi: “Bu gün açıqlanan və təsvir edilən yolda İmam bütün parametrlərdən ən yüksək zirvədə dayanır. Ona kamil bir nümunə kimi baxmaq lazımdır”.

O hər kəsə, xüsusilə gənclərə tövsiyə etdi ki, ərşə səfər etmiş o əziz İmamı ülgü və nümunə seçmək üçün “İmamın səhifəsi” və “vəsiyyətnamə”si haqıqnda dərindən düşünmək, onun sözləri və mövqeləri ilə ünsiyyət qurmaq lazımdır.

İnqilabın rəhbərinin ikinci tövsiyəsi bu oldu ki, nüvə danışıqlarından əldə edilən təcrübə unudulmamalıdır.

O vurğuladı: “Bu təcrübə bizə öyrədir ki, əgər ABŞ qarşısında əyilsək, o, dağıdıcı planından heç vaxt əl çəkməyəcək”.

Həzrət Ayətullah Xamenei nüvə məsələsində 5+1 dövlətləri, hətta ABŞ-la olan ayrıca danışıqlara işarə edərək dedi: “Bizim fəal qardaşlarımızın səyi ilə danışıqlarda ortaq qərara gəlindi. Ancaq ABŞ bu vaxta qədər öz öhdəliklərinə əməl etməmiş və verdiyi sözü dəbbələyib”.

O əlavə etdi: “Çoxları nüvə danışıqlarından da qabaq ABŞ-ın belə davranacağını bilir və proqnozlaşdırırdılar. Ancaq bəziləri bilmirdi, indi bilməlidirlər”.

İnqilabın rəhbəri vurğuladı: “Fərz edək ki, bütün sahələrdə, o cümlədən insan hüquqları, raket, terrorizm, Livan, Fələstin və sair məsələlərdə ABŞ-la danışıqlar aparıb öz prinsip və maraqlarımızda güzəştə getdik. Ancaq o güzəştə getməyəcək, təbəssümlə danışıb əməldə öz məqsədlərini güdməyə davam edəcək”.

İnqilabın rəhbərinin üçüncü tövsiyəsi dövlət və xalqın vəhdəti ilə bağlı oldu.

O əlavə etdi: “Hər kəsin ayrı-ayrı sahələrdə hər hansı dövlətdən xoşu gələ və ya gəlməyə bilər. Bunda heç bir problem yoxdur. Ancaq millətlə dövlətin birliyi heç bir halda pozulmamalıdır”.

Həzrət Ayətullah Xamenei dedi: “Hökuməti tənqid etmək və onun qarşısında tələblər qoymağın heç bir problemi yoxdur. Bu davranış vəhdətlə heç bir təzad təşkil etmir. Bütün hökumətlərin zamanında bu tövsiyəni vermişəm ki, kin-küdurət yaranmamalı, hər kəs düşmənçiliklər və təhdidlərə qarşı mübarizə aparmaq üçün bir olub çiyin-çiyinə verməlidir”.

İnqilabın rəhbərinin dördüncü tövsiyəsi bu oldu ki, ABŞ-a qarşı mübarizə cəbhə xarakteri almalıdır.

O dedi: “ABŞ bu cəbhənin mərkəzində dayanır. Ancaq bu cəbhənin sərhədləri müxtəlif yerlərə, bəzən ölkənin daxilinə qədər gəlib çıxır. Bu cəbhənin gizli və aşkar müstəvilərdəki bütün fəaliyyətlərindən qorunmaq lazımdır”.

Seçilmək və düşməni fərqləndirən xətlərin tünd rəngdə saxlanılması məsələsi İslam inqilabının rəhbərinin mərhum İmamın (r.ə) 27-ci ildönüm mərasimində qeyd etdiyi beşinci tövsiyəsi idi.

O vurğuladı: “Bəzi daxili cərəyanlar bu zərurəti unudaraq sərhəd xətlərini qorumadılar, fərqləndiricilər zəiflədi. Buna görə də inqilabın, İmamın və xalqın düşmənlərini fərqləndirən sərhəd xətlərinin rənginin solmamasına çalışmaq lazımdır”.

Həzrət Ayətullah Xameneinin xalqa və dövlət məmurlarına ünvanladığı sonuncu tövsiyə belə oldu: “Allahın qələbə vədinə tam etimad göstərin və əmin olun ki, düşmənlərin acığına, gələcək İran xalqının və gənclərinindir”.

İslam inqilabının rəhbərindən əvəvl çıxış edən İmam Xomeyni (r.ə) ziyarətgahının rəhbəri Höccətül-İslam vəl-müslimin Seyyid Həsən Xomeyni öz çıxışında İslam inqilabının Allahın və xalqın inqilabı olduğunu dedi: “İlahi hidayət, izzət, sevgi, məhəbbət, mehribanlıq, vəhdət, ilahi yardım, xalq dəstəyindən faydalanmaq İmam Xomeyninin böyük və tarixi hərəkatının misilsiz xüsusiyyətlərindəndir. Bu böyük hərəkat və mübarizə İmam Xomeyninin (r.ə) vəfatından sonra onun layiqli davamçısının seçilməsi ilə ən yaxşı şəkildə davam etdi”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /