Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sərhəd çaylarının suyu ilə bağlı problem həll edilməlidir

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni ilə görüşdə İran və Əfqanıstan xalqlarının çoxlu müştərək dini, mədəni və tarixi dəyərlərə, habelə ortaq sərhədlərə malik olduğunu dedi: “İran İslam Respublikası hər zaman Əfqanıstanın maraqları və təhlükəsizliyinə ciddi önəm vermiş və verir, habelə bu ölkənin bütün sahələrdəki inkişafını öz inkişafı bilir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, Əfqanıstan xalqı cəsur, qeyrətli və zəkalı xalqdır: “Əfqanıstan iki böyük nemətə - təbii sərvətlərə və insan potensialına sahibdir. Bu sərvətlərdən lazımi şəkildə istifadə etməklə yüksək inkişaflara nail ola bilər”.

O, müharibə və ondan sonrakı illərdə İran xalqının Əfqanıstan xaqlına qarşı qonaqpərvərlik göstərdiyini xatırlatdı: “Bəzi dövlətlər, o cümlədən ABŞ və İngiltərədən fərqli olaraq İran İslam Respublikası Əfqanıstan xalqına qarşı hörmətlə, qardaşcasına və qonaqpərvər davranmışdır. Əfqanıstanın öz təbii resurslarından istifadə etməsi üçün ondan heç bir texniki, mühəndis və infrastruktur yardımını əsirgəməyəcək”.

İnqilabın rəhbəri habelə vurğuladı ki, iki ölkə sərhədindəki çayların suyu ilə bağlı problem çox tez bir zamanda həll edilməlidir: “Bu cür məsələlər ortaq sərhəd, mədəniyyət və ehtiyacları olan İran və Əfqanıstan kimi ölkələrin əlaqələrində mübahisə və narahatlığa səbəb olmamalıdır”.

Ölkə başçısı cənab Ruhaninin də iştirak etdiyi bu görüşdə Əfqanıstan prezidenti cənab Əşrəf Qəni Tehran danışıqlarından, xüsusilə Çabahar üzərindən Hindistanla tranzit əlaqsənin yaradılması ilə bağlı əldə edilmiş razılıqdan məmnun qaldığını dedi: “Biz qonaqpərvərliyinə görə İran xalqına və Əfqanıstanla bağlı müsbət fikirdə olduğuna görə Zati-alilərinə təşəkkür edirik. Ümidvarıq ki, Tehran danışıqları əlaqələrin əvvəlkindən daha çox olmasına zəmin yaradacaq”.

Cənab Əşrəf Qəni habelə əlavə etdi: “Gələn həftələr ərzində iki ölkənin sərhəd çaylarından müştərək istifadə məsələləri ilə bağlı ekspert iclası təşkil ediləcək. Bu məsələnin uyğun bir çərçivədə həll ediləcəyinə ümid edirik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /