Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müqavimət iqtisadiyyatı və İslam mədəniyyəti - iki zəruri prioritet

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Şura Məclisinin onuncu mərhələsinin açılış mərasimi ilə bağlı müraciət ünvanladı. O bu müraciətdə qanunverici məclis seçkilərində qəhrəmancasına iştirakına görə xalqa öz təşəkkürünü bildirdikdən sonra İslami Şura Məclisinin nümayəndələrinə müqavimət iqtisadiyyatının gerçəkləşməsi və İslam mədəniyyətinin inkişafı və dərinləşməsi üçün lazım olan şərtləri həyata keçirməyi, habelə lazım olmayan kənar fəaliyyətlərdən uzaq durmağı, şəxsi maraqları ümumi maraqlardan üstün tutmamağı tövsiyə etdi: “Sizin inqilabi və qanuni vəzifəniz məclisi imperializmin hiylə, kələk, utanmaz hərislikləri qarşısında möhkəm səngərə, mömin və inqilabçı xalqın parlaq güvənc yerinə çevirməkdən ibarətdir”.

Bu gün (şənbə) səhər İslam İnqilabının Ali Məqamlı rəhbərinin İslami Şura Məclisinin onuncu mərhələsinin açılış mərasimində Ali Məqamlı Rəhbərlik İdarəsinin rəhbəri Höccətül-İslam vəl-müslimin Məhəmmədi Qolpayiqani tərəfindən səsləndirilən müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

İslami Şura Məclisinin onuncu mərhələsinin mənəviyyat, təvazökarlıq, böyük məzhəbi bayramlar ayı olan mübarək şaban ayında işə başlaması münasibətilə əzəmətli müsəlman İran xalqını və üzərlərinə böyük məsuliyyətlər götürmüş siz seçilmişləri təbrik edir, seçki qəhrəmanalığı ilə daim hərəkətdə olan qanunvericilik çarxının hərəkətini davam etdirdiyi, bu həyat zəncirinə başqa bir halqa əlavə etdiyi üçün əziz və dəyərli xalqın hər tək-tək fərdinə təşəkkür edirəm.

Bütün bunlar misilsiz güc mənbəyini xalqa, dövlətə və İslam sisteminə himayəçi edən ilahi uğurun nəticəsi, Onun lütf və mərhəmətinin nişanəsidir. Qəlb və dil bu nemətin şükrünü yerinə yetirməyə acizdir.

İran milləti qanunverici məclisin çox mühüm əhəmiyyət daşıyan seçkilərində maksimum aktivlik göstərməklə İslam Respublikası sisteminə olan keçmiş vəfalarını təkrar etdilər və bu anlaşılan dillə bədxahlara cavab verdilər. Millətin qiymətli sədaqət nümayişi sistemin səalhiyyətli şəxslərini müxtəlif sahələrdə məsuliyyət hissi keçirməyə və nemətin şükrünü yerinə yetirməyə çağırır. Biz məsul şəxslərin üzərinə düşən məsuliyyət əvvəlkindən daha ağırdır.

Nümayəndələrin ilk iş günü içəcəkləri və yerinə yetirilməsi vacib olan şəri and məclis üzvlərinin üzərinə düşən vəzifələrin əsas meyarlarını təzahür etdirir. Siz möhtərəm qardaş və bacılar ağıl, zəka, ixlas və dindarlıq sayəsində bu vəzifələri əsasən, qanunvericilik və nəzarətlə şərtlənən qanuni davranışlar çərçivəsində həyata keçirə, Allah və xalq qarşısında başıuca ola bilərsiniz. Məhz bu surətdə İslami Şura məclisini ona xas olan yerdə, yəni dövlət işlərinin başında qoruyub saxlayacaqsınız.

Region və dünyanın fırtınalı şəraiti, imperialistlər və onların ardıcılları müsəlman İranını keçmişdəkindən daha mürəkkəb vəziyyətlə qarşı-qarşıya qoyub. Bu şəraitlə mübarizədə ölkə iqtidarının bütün dövlət rəsmilərinin zəkasına, sarsılmaz qətiyyətinə, təşəbbüskar davranış əzminə ehtiyacı var. Siz möhtərəm nümayəndələrin inqilabi və qanuni vəzifəniz məclisi imperializmin hiylə, kələk, utanmaz hərislikləri qarşısında möhkəm səngərə, mömin və inqilabçı xalqın parlaq güvənc yerinə çevirməkdən ibarətdir”.

Müqavimət iqtisadiyyatını bütün qəti və zəruri şərtləri ilə reallaşdırmaq, habelə İslam mədəniyyətini inkişaf etdirmək və dərinləşdirmək üçün ciddi cəhdlə çalışmaq hal-hazırda iki zəruri prioritetdir. Milli güc, təhlükəsizliyin möhkəmliyi, ölkənin toxunulmazlığına aid olan müxtəlif sahələr üçün səciyyəvi olan digər mühüm prioritetlər sosial ədalət, müstəqillik və ölkənin inkişaf təminatına zəmanət verən faktorlardır. Bu prioritetlərin öyrənilməsi nümayəndələrin vəzifələrindən və ayıq zəkalarının müəyyən edə biləcəyi aspektlərdəndir.

Möhtərəm nümayəndələrə təvəkkül etməyi, qadir Allahın vədlərinə qarşı nikbin olmağı, Allahın doğru yolunda qətiyyətli olmağı tövsiyə edir, lazımsız kənar fəaliyyətlərdən uzaq durmağa, şəxsi maraqlarını ümumi maraqlardan üstün tutmamağa çağırıram.

Doqquzuncu məclisin möhtərəm nümayəndələri, onun çox çalışqan və xidmətkar sədri, bütün rəyasət heyəti, həmçinin onuncu məslis seçkilərinin bütün sahələr üzrə çalışmış işçilərinin hamısına səmimi qəlbdən təşəkkür etməyi lazım bilirəm.

Şanlı İmam, şəhidlər və bu qiymətli yolun fədakar insanlarının xatirəsini əziz tutur, Həzrət Sahibəzzamana (ruhumuz ona fəda olsun) salam və təzimlərimi çatdıraraq Allah-taaladan sizə uğurlar diləyirəm.

Allahın salam, rəhmət və bərəkəti üzərinizə olsun!

Seyyid Əli Xamenei
7 xordad 1395-ci il

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /