İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Hindistanın baş naziri cənab Narendra Damodardas Modi ilə görüşdü. Bu görüşdə İran və Hindistanın mədəni, iqtisadi və ictimai əlaqələrinin çox qədim tarixi kökləri olduğunu qeyd edən inqilabın rəhbəri iki ölkənin əməkdaşlıq potensiallarının çox geniş olduğunu dedi: “İran İslam Respublikası dünyada yeni və inkişaf etməkdə olan iqtisadiyyata sahib olan Hindistanla iqtisadi əlaqələri inkişaf etdirməyi alqışlayır. İkitərəfli razılaşmaların icrasında tam ciddidir və heç bir siyasətin təsirinə məruz qalmır.”
Hindistanın yaxşı iqtisadi gələcəyi və İranın isə ümumilikdə, ən zəngin neft və qaz ehtiyatlarına malik olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Neft və qazdan əlavə, Zati-aliləri də qeyed etdiyi kimi, Çabahar şərq-qərb və şimal-cənub istiqamətində ən mühüm dəhlizlərdəndir. Bu dəhliz dərin, uzunmüddətli və faydalı əməkdaşlıqlar üçün zəmin yarada bilər.”
İnqilabın rəhbəri Hindistanın Qərb ölkələri və ABŞ-ın dırnaqarası terrorizmlə mübarizə koalisiyalarının heç birinə daxil olmamaqla sərgilədiyi doğru siyasətinə toxunaraq dedi: “Terrozimlə həqiqi və ciddi mübarizə İranla Hindistanın əməkdaşlıq potensiallarından biri ola bilər. Çünki bəzi Qərb ölkələri terrorizmlə mübarizədə ciddi deyillər, üstəlik, Əfqanıstandakı terrorçu cərəyanların, habelə İraq və Suriyadakı terroçu qruplaşmaların formalaşmasında rol oynaıblar”.
O vurğuladı ki, İslam adı altında ortaya çıxan terrorizmlə mübarizə işi müsəlmanlara və İslam ölkələrinə həvalə edilməlidir: “Əlbəttə, bu mübarizədə yalnız ABŞ və Qərbin siyasətlərinə tabe olmayan dövlətlər iştirak etməlidir. Çünki onların terrorçularla ciddi və real mübarizə aparmaq niyyətləri yoxdur”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran İslam Respublikası terrorizmlə mübarizədə ciddidir və onunla mübarizədə bütün imkanlarından istifadə edəcək”.
İnqilabın rəhbəri terrorçu qrup və təşkilatların qüvvə cəlbi üçün bəzi müsəlman toplumlarının problemlərindən və zəif cəhətlərindən istifadə etdiklərinə toxunaraq dedi: “Dövlətlər terroçulara bu bəhanələri verməməlidirlər”.
O, terrorizmin təhlükəli və yolxucu bir xəstəlik olduğunu dedi: “Hər bir yolxucu xəstəliyin qarşısını almaq mümkün olduğu kimi, terrorizmə də qarşı mübarizə aparıb onun qarşısını almaq olar”.
Dövlət başçısı cənab Ruhaninin də iştirak etdiyi bu görüşdə Hindistanın baş naziri Ayətullah Xameneinin 1981-ci ildə Hindistana etdiyi səfərin iki ölkə arasındakı əlaqələrin dərinləşməsinə zəmin yaratdığına işarə edərək dedi: “Hal-hazırki səfərdə yüksək razılaşmalar əldə edilmiş, böyük qərarlar qəbul edilmişdir. Əminik ki, iki tərəfin ciddi iradəsi ilə yüksək nəticələr əldə olunacaq”.
Cənab Narendra Modi İslam inqilabının rəhbərinin terrorizm təhlükəsi və onunla ciddi mübarizə aparılmasının zəruriliyi məsələsi ilə bağlı fikirlərinə toxunaraq dedi: “Təəssüflər olsun ki, bəzi ölkələr terrorizmi yaxşı və pis olmaqla iki qrupa bölmüş və terrorizmlə mübarizə məsələsində yalnız danışmaqla kifayətlənirlər”
Hindistanın baş naziri İslamın terrorizmlə heç bir əlaqəsi olmayan sevgi və məhəbbət dini olduğunu dedi: “Hindistan bir neçə il əvvəl terrorizmlə beynəlxalq mübarizə konfransının İslam ölkələrinin iştirakı ilə keçirilməsini təklif edəndə Qərbin bəzi dövlətlərinin etirazı ilə qarşılaşdı.”
O əlavə etdi: “Terrorizmlə ciddi mübarizə aparan dövlətlər bir araya gəlməli və yaxından əməkdaşlıq etməlidirlər”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir