İslam İnqilabının Ali Məqamlı rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin beşinci mərhələsinin işə başlaması münasibətilə verdiyi bəyanatda xalqın etimad və seçimini qazandıqları üçün məclis üzvlərini təbrik etdi: “Bu şanlı məclisin əhəmiyyəti buraya seçilmiş şəxsə həvalə edilən vəzifənin böyüklüyü ilə bağlıdır. Vəzifə isə ölkənin hakim sisteminin islami və inqilabi mahiyyətini dəqiq və hərtəfli qorumaq, sistemin bir-birilə sıx və qarşılıqlı əlaqədə olan qurumlarını onun uca və yüksək hədəflərinə doğru istiqamətləndirməkdir”.
Bu gün səhər İslam İnqilabının Ali Məqamlı rəhbərinin Xubriqan Məclisinin beşinci mərhələsinin açılış iclasında Ali Məqamlı Rəhbərlik İdarəsinin rəhbəri Höccətül-İslam vəl-müslimin Məhəmmədi Qolpayiqani tərəfindən səsləndirilən bəyanatının tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
Xubriqan Məclisinin beşinci mərhələsinin işə başlamasının Allahın Böyük Vəlisinin (ruhumuz ona fəda olsun) doğum günlərinə təsadüf etməsini yaxşı əlamət kimi qəbul etmək, ilahi vədlərin düzgünlüyünə inanan qəlbdə Allahın uğur və güc bəxş edəcəyi, Allah vəlisinin etibar və razılığı ilə bağlı əminliyi daha da çox və davamlı etmək lazımdır. Habelə müqavimətin qalibiyyət və Allahın qələbə bayrağının yüksəliş simvolu hesab edilən üç xordad tarixinə təsadüf olunmanın qədrini bilmək və heyrətamiz hadisədən dərs çıxarmaq lazımdır.
Yenilməz qüdrət və hikmət sahibi olan Allaha bütün qəlbimlə şükür edirəm ki, mömin, rəşadətli və vüqarlı xalqa bu məclisi təşkil etmək uğuru bəxş etmiş, İslam Respublikası sistemini yenidən ümumxalq etimadına layiq görmüşdür.
Siz seçilmişləri də xalqın etimad və seçimini qazanmağınız münasibətilə təbrik edir, ölkə və xalqa ləyaqətlə xidmət göstərmək şərəfinə nail olacağınızı elm və bəsirət sahibi olan Allahdan diləyirəm.
“Bu şanlı məclisin əhəmiyyəti buraya seçilmiş şəxsə həvalə edilən vəzifənin böyüklüyü ilə bağlıdır. Sözügedən vəzifəni bir cümlə ilə belə ifadə etmək olar:
Bu vəzifə ölkənin hakim sisteminin islami və inqilabi mahiyyətini dəqiq və hərtəfli qorumaq, sistemin bir-birilə sıx və qarşılıqlı əlaqədə olan qurumlarını onun uca və yüksək hədəflərinə doğru istiqamətləndirməkdir. Bu ağır vəzifənin həyata keçirilməsində konstitusiyada nəzərdə tutulmuş səlahiyyətlərə ehtiyac var”.
Həmin səlahiyyətlərin mövcudluğunu və davamlılığını təyin etmək bu şanlı məclisin vəzifəsidir. Bu isə öz növbəsində onun üçün eyni vəzifə və öhdəliklər müəyyən edir: Müasir dünyada İslam Respublikasının tutduğu mövqe ilə tanışlıq; ya mənəviyyat və dinin, ya xalqın, ya da hər ikisinin qurban verildiyi hökumət formaları arasında daha cəzbedici olan dini demokratiya fenomeninə diqqət; İslam maarifindən qaynaqlanan iman və inancların xalq seçiminin formasındakı misilsiz roluna diqqət; rəhbər şəxsin fərdi və siyasi təqvasının xalqın etimadının qorunub saxlanması, sistemin sağlamlığı, qüvvəsi və möhkəmliyi və sarsılmazlığındakı roluna diqqət....
Bunlar xalq arasından çıxan fəqihlərindən təşkil olunmuş bu ali və mühüm məclisin qarşısında duran vəzifələrdən bir hissəsini xatırladır və onların icrasını tələb edir. Qeyd edilən sörlövhələrin hər biri müəyyən vəzifələri ehtiva edir. Bu vəzifələrin gözəl şəkildə icrası ölkəni və sistemi doğru və düzgün yola istiqamətləndirir, öz böyük və misilsiz vəzifəsini yerinə yetirməkdə rəhbərə köməklik göstərir.
Siz möhtərəm cənablar və özümə şanlı İmamın yolu, məqsədi və həyatının qayəsi olan bu mübarək yolu qət etmək uğurunu bəxş etməsini mərhəmətli Allahdan diləyirəm.
Seyyid Əli Xamenei
1 xordad 1395
24 may 2016
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir