Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bu gün ən mühüm vəzifə həqiqətləri açıqlamaq və maarifləndirmə uğrunda mübarizədir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 33-cü Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları ilə görüşdü. Bu görüşdə Allaha inam və tağuta nifrətin güc və qüdrətin əsl həqiqi bünövrəsi olduğunu qeyd edən İnqilabın rəhbəri ABŞ-ın böyük tağut və böyük şeytan olduğunu dedi: “Bu gün alim, ziyalı və görkəmli şəxsiyyətlərin tağutların hiylələri qarşısındakı ən mühüm vəzifəsi maarifçilik və məlumatlandırmadır. İslam ümməti də super güclərin vədlərinə aldanmamalı və onların təhdidlərindən qorxmamalıdırlar”.

Bu müsabiqənin təşkilatçı və iştirakçılarına öz təşəkkürünü bildirən İslam inqilabının rəhbəri qeyd etdi ki, Quran İslam ümmətinin vəhdət nöqtəsidir: “İmperialist siyasətlərin müsəlmanlar arasında ixtilaf və qarışıqlıq yaratmağa kökləndiyi bir şəraitdə İslam ümməti Allahın bu böyük nemətindən yapışaraq vəhdət və birlik yolunda hərəkət etməlidirlər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Quran məclislərinin bərəkətlərindən biri budur ki, xalqın müxtəlif təbəqələri, xüsusilə gənclərlə Quran arasında ünsiyyət yaranır: “İslam ümmətinin Quran təlimləri, konsepsiyaları və maarifinə bu gün hər zamankından çox ehtiyacı var. Çünki müsəlmanların həyat reallıqları Qurandan çox aralı düşüb”.

O, tağut dövlətlərin İslama və İslam ümmətinə zərbə vurmaq üçün çox çalışdığına işarə edərək dedi: “Onlar bilirlər ki, əgər müsəlmanlar güclü və qüdrətli olsalar, səsləri yüksək olsa, xalqlara zülm edə bilməz və Fələstin mövzusu, yəni bir İslam ölkəsinin qəsb edilməsi faktı unudulmaz”.

İslam inqilabının rəhbəri bildirdi ki, bu hiylələrə qalib gəlmək üçün Qurana sarılmaq və əsl güc mənbələrini əldə etmək lazımdır: “Əsl güc və qüdrət iman, dözüm və tağuta nifrətdədir”.

Həzrət Ayətullah Xamenei təəssüflə bildirdi ki, bəzi İslam ölkələri Allahı qoyub tağutdan yapışıblar: “Regionda ABŞ siyasətlərini həyata keçirən ölkələr əslində, İslama xəyanət edir və ABŞ-ın nüfuz qazanmasına zəmin yaradır”.

O, bildirdi ki, İran xaqlının imanı, əzmkarlığı və ABŞ-ın hərisliklərinə qarşı müqaviməti İran İslam Respublikasının əsas güc mənbəyidir: “Super güclərin İran xalqından qorxması və bu xalqa qarşı müxtəlif hiylələrə əl atmasının səbəbi onun İslama əsaslanan gücüdür. Düşmən qüdrətli, güclü və cəsur İslamdan qorxur”.

İslam inqilabının rəhbəri onu da vurğuladı ki, İran İslam Respublikasının səmimi mövqe və fəaliyyətləri İranın müsəlmanlar arasında nüfuz qazanmasının əsas səbəbi və İslam sistemini güclü edən amillərdəndir.: “İndiyə qədər tağutların nə vədləri İran xalqını aldada bilib, nə də təhdidləri qorxmasına səbəb ola bilib”.

Həzrət Ayətullah Xamenei əlavə etdi ki, İslam dünyasının zəruri ehtiyaclarından biri super güclərin vədlərinə aldanmamaq, təhdidlərindən qorxmamaqdır: “Bu gün İslam ümmətində hər kəsin, xüsusilə alim, ziyalı və təhsillilərin ən mühüm vəzifəsi maarifçilik və İslam dünyasının həqiqətlərini işıqlandırmaqdır”.

O, qeyd etdi ki, regionda təkfirçi terrorçu qruplaşmaların meydana gəlməsi, düşmənlərin təmsilçisi rolunda çıxış edərək müsəlmanlar arasına nifaq salmaları və müharibə odunu yandırmaları doğru yoldan sapma və maarifçiliyin olmamasının nəticəsidir: “Quran məclislərindən maarifləndirmə üçün istifadə etmək lazımdır. Müxtəlif ölkələrdən bu məclislərə gəlmiş insanlar öz xalqlarını maarifləndirməli və məlumatlandırmalıdırlar”.

İslam inqilabının rəhbəri vurğuladı ki, Allahın yardımı İslam xalqlarının fəaliyyət ilə şərtlənir. Fəaliyyət üçün isə maarifləındirmə hərəkatına ehtiyac var: “Şübhəsiz ki, küfür cəbhəsi sonda mübariz və mücahid İslam cəbhəsi qarşısında geri çəkilməyə məcbur olacaq”.

İslam inqilabının rəhbərindən əvvəl çıxış edən Vəliyyi-fəqihin nümayəndəsi, Vəqflər və Xeyriyyə İşləri Komitəsinin sədri Höccətül-İslam vəl-müslimin Məhəmmədi 33-cü Beynəlxalq Quran Müsabiqəsinin şüarinin “Bir kitab, bir ümmət” olduğunu dedi: “Builki müsabiqədə dünyanın 70 ölkəsindən 130 hafiz və qari iştirak etdi”.

O, “Mina faciəsi” şəhidlərini, xüsusilə Quran şəhidlərini anaraq dedi: “Müxtəlif ölkələrdən gəlmiş təmiz qəlbli qarilərin ilk iştirakı, Quran şəhidləri və Hərəmin müdafiəsi uğrundaq canlarını qurban vermiş şəhidlərin ailələrinə hömət və ehtiram göstərilməsi, Quranla bağlı aparılmış araşdırmalar və məqalələrin təqdimatı, Quran sərgisi və məclislərinin təşkili 33-cü Beynəlxalq Quran Müsabiqəsində həyata keçirilmiş fəaliyyətlərdəndir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /