Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Təhlükəsizlik ölkənin priariteti və birinci dərəcəli məsələsidir

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər Polis Qüvvələrinin komandirləri və şəxsi heyəti ilə görüşündə təhlükəsizlik məsələsinin birinci dərəcəli məsələ olduğunu qeyd etdi. O vurğuladı ki, Polis Qüvvələri “işçilərin düşüncə, davranış və əxlaqının sağlamlığı”na, “ictimai və etik davranış təhlükəsizliyinin təmin edilməsi”nə ciddi nəzarət etməlidir: “Proqramları ağıl və məntiq, qətiyyət və güc, qanun və qayğı üzərində möhkəmləndirin ki, qədirbilən xalqın təsəvvüründə İslam Respublikasının Polis Qüvvələrinin (İRPQ) müsbət obrazı yaransın.”

Son ayların bir neçə mühüm hadisəsinə toxunan İnqilabın rəhbəri Fəcr ongünlüyü mərasimi və 22 bəhmən nümayişi zamanı təhlükəsizliyin təmin edilməsinə, İslam Şurası Məclisinə seçkilərin hər iki turunun, habelə Xibrəqan Məclisi seçkilərinin təhlükəsiz təşkilinə və Novruz səfərləri zamanı ölkənin nəqliyyat yollarına məsuliyyətli nəzarətə görə Polis Qüvvələrinin komandirləri, şəxsi heyəti və hörmətli Daxili İşlər nazirinə təşəkkür etdi.

Novruz səfərləri məsələsində bir nüansı xüsusilə vurğulayan Həzrət Ayətullah Xamenei qeyd etdi ki, yol qəzalarında itkilərin sayı azalsa da, itkilərin statistik göstəriciləri hələ də yüksəkdir. Polis Qüvvələri və səlahiyyətli qurumlar bu statisk göstərcilərin davamlı olaraq azaldılmasına səy göstərməlidirlər.

Təhlükəsizlik məsələsinin çox mühüm və birinci dərəcəli priaritet olduğunu qeyd edən İnqilabın rəhbəri bunu da əlavə etdi ki, təhlükəsizlik təminatı olmadan xalqın gündəlik həyatı, elmi, akademik və iqtisadi fəaliyyətlər, habelə dövləti idarə etmək qeyri-mümkündür: “Müqavimət iqtisadiyyatı sahəsində görülən işlərin və endogen iqtisadiyyatın pak ağacının təşəkkülünün də təhlükəsizliyə ehtiyacı var.”

Qanun pozuntularının köklərinin Polis Qüvvələri və səlahiyyətli orqanlar tərəfindən araşdırılmasının mühüm əhəmiyyət daşıdığını qeyd edən Həzrət Ayətullah Xamenei bütün qurumların Polis Qüvvələrinə köməklik göstərməsinin vacibliyini vurğuladı: “Polis Qüvvələrinin yüksək rütbəli komandirlərinin sağlamlığı, böyük diqqət və motivasiya hissi, Daxili İşlər nazirinin Polis Qüvvələri ilə insafən, ata kimi davranması elə qiymətli fürsətlərdir ki, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün onlardan istifadə əvvəlkindən daha çox olmalıdır.”

Polis Qüvvələrinin işinin kəmiyyət və keyfiyyətini artırmaq üçün dövlətin yardımının vacibliyini vurğulayan İnqilabın rəhbəri xalq yardımları mövzusuna ciddi şəkildə diqqət ayrılmasının zəruruliyinə də toxundu: “Polis Qüvvələri və Daxili İşlər Nazirliyi xalqın əməkdaşlıq edəcəyi və köməklik göstərəcəyi sahələri dəqiq araşdırıb təyin və elan etməlidir.”

Polis Qüvvələri ilə cəmiyyətin fərdləri arasındakı əlaqələrin geniş olduğunu qeyd edən İnqilabın rəhbəri bu qüvvənin sağlamlığının çox mühüm əhəmiyyət daşıdığını vurğuladı: “Polis Qüvvələrinin düşüncə, əməl və əxlaq sağlamlığı xalqın dəstəyini cəlb etməklə yanaşı Polis Qüvvələri ilə əhalinin müxtəlif təbəqələrinin əlaqəsini səmimi edəcək”

Polis Qüvvələrinin sağlamlığının “dəqiq, hərtərəfli və daimi nəzarət”lə şərtləndiyini qeyd edən Həzrət Ayətullah Xamenei Polis Qüvvələrinin bütün ölkə ərazisinə yayılması, istər şəhərkənarı, istər ucqar, istərsə də kiçik şəhər əraziləri olmasından asılı olmayaraq, əhalinin məskunlaşdığı bütün yayayış massivləri və məntəqələrində təhlükəsizliyin təmin edilməsinin zəruriliyini vurğuladı.

İslam inqilabının rəhbəri qeyd etdi ki, “əxlaq təhlükəsizliyi” mövzusu və əhalinin bu mövzu ilə bağlı narahatlığı Polis Qüvvələrinin diqqət yetirəcəyi mühüm mövzulardandır: “Narkomaniya, xuliqanlıq, anomaliya cəmiyyətin fiziki, mənəvi və əxlaqi təhlükəsziliyini təhdid edən amillərdir. Buna görə də sözügedən problemlərlə mübarizə aparmaq üçün mütəxəssislərin, xüsusilə Polis Qüvvələrində xidmət göstərən ekspertlərin fikirləri əsasında dəqiq proqram hazırlanmalıdır.”

Həzrət Ayətullah Xamenei vurğuladı: “Əxlaq təhlükəsizliyi ilə bağlı mövzular dəqiq, möhkəm, rasional və düzgün şəkildə proqramlaşdırıldıqdan sonra bəzi fərdlərin etirazına və ya media dezinformasiyalarına əhəmiyyət verməmək, Allaha təvəkkül edib işə başlamaq lazımdır.”

O qeyd etdi ki, xalqın təsəvvüründə Polis Qüvvələrinin tam arzuolunan bir obrazını formalaşdırmaq zəruridir: “Xalqın təsəvvüründə Polis işçisinin “mehriban və güclü bir dost” obrazına malik olduğunu formalaşdırmaq lazımdır.”

İslam inqilabının rəhbəri əlavə etdi: “Güc və mərhəmətli qətiyyət, daxili sağlamlıq, özünü təcili və vaxtında çatdırma, insanlara qayğı və yardım, qanunlara dəqiq riayət polis işçisinin müsbət obrazının yaranmasına səbəb olan amillərdir.”

Həzrət Ayətullah Xamenei bildirdi ki, bu aspektlərin həyata keçməsi Polis Qüvvələrinin inkişafına zəmin yaradır və bu qurumu ölkənin ümumi inkişafında pay sahibi edir.

İnqilabın rəhbəri onu da qeyd eti ki, düşmənin 37 illik cəhdlərinə baxmayaraq, ölkənin inkişaf prosesi yaxşı və davamlıdır: “İslam sistemi millətin dəstəyi ilə düşmənin burnunu ovub. Düşmənin ölkədə məyusluq, bədbinlik və ixtilaf yaratmaq cəhdlərinin kökündə İranın inkişafının onlarda yaratdığı qəzəb hissi dayanır. ”

Həzrət Ayətullah Xamenei bütün xalqı və məmurları ölkədə mövcud olan vəhdəti qorumağa çağıdı: “İki hərəkatçılıq, iki təriqətçilik, iki qütbülük yaratmaq düşmənin axtarışında olduğu öldürücü zərbələrdəndir.”

O, cəmiyyətdə mövcud olan bəzi anomaliya və sapmaların başqa ölkələrdə də mövcud olduğunu dedi: “İranın ümumi vəziyyətini analiz etmək üçün ümumi davranışı diqqət mərkəzində saxlamaq lazımdır. Allahın lütfü ilə bu hakim baxış və davranış çox yaxşıdır.”

İnqilabın rəhbəri bildirdi ki, Polis Qüvvələrinin İRPQ-də dini motivasiyaların zərifliyinin artırılması istiqamətindəki etiqadi-siyasi fəaliyyətləri təqdirəlayiqdir.

O, Poliqs Qüvvələrinin komandirləri və siravilərinin ailələrinə, onların tam xidmət göstərməsinə zəmin yaradan səbir və dözüm sərgilədikləri üçün təşəkkür etdi.

İslam inqilabının rəhbərindən əvvəl çıxış edən Polis Qüvvələrinin komandiri briqada generalı Əştəri hər kəsi Şaban bayramları münasibətilə təbrik etdikdən sonra dedi: “Sərhədlərə nəzarət, cinayətkarlar, terrorçular və qaçaqçılarla mübarizə aparmaq üçün əməliyyat potensialını artırmaq, sistemlərin ayıq olmasını təmin etmək, avtoqəzalarda həlak olanların sayının azaldılması, bütün istiqamətlərdə nizam-intizama diqqət, işçi qüvvəsinin müdafiəsi, müqavimət iqtisadiyyatının həyata keçirilməsinə köməklik göstərmək Polis Qüvvələrinin proqram və fəaliyyətlərindəndir.”

Boş komandan Əştəri əlavə etdi: “Anomaliya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə fəaliyyətlərilə bağlı ümumi narahatlıqlar və tələblərə cavab vermək Polis Qüvvələrinin iş proqramlarının əsas prioritetlərindəndir. Əlbəttə, bunun üçün ölkənin üç orqanı və müxtəlif qurumlarının birliyi və davamlı təqibinə ehtiyac var.”

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /