Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İranla Cənubi Koreyanın əlaqələri davamlı olmalı, ABŞ-ın sanksiyalarından təsirlənməməlidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Cənubi Koreya Respublikasının prezidenti xanım Park Geun-hye ilə görüşdü. İslam inqilabının rəhbəri İran İslam Respublikası ilə Asiya dövlətlərinin əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə müsbət baxdığını, İranla Cənubi Koreyanın davamlı əlaqələrinin hər iki ölkə üçün faydalı olduğunu dedi: “İki ölkə arasında müqavilələr elə bağlanmalıdır ki, kənar təsirlər və sanksiyalar onlara mənfi təsir göstərməsin. Rəva deyil ki, İran və Koreya kimi dövlətlərin əlaqələri ABŞ-ın iradəsi və təsiri altında olsun.”

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, müxtəlif elmi, texniki, siyasi, ictimai və təhlükəsizlik sahələrində əməkdaşlıq və təcrübə mübadiləsi hər iki ölkənin xeyrinədir: “Mədəni və tarixi ortaqlıqlarımız olduğu üçün biz  xarici siyasətdə Asiyaya daha çox meyl göstəririk. Buna görə də bu ölkələrlə, xüsusilə Asiyanın inkişaf etmiş dövlətlərindən olan Cənubi Koreya ilə müqavilə və əməkdaşlıq imkanlarımız daha çox olduğunu düşünürük.”

İnqilabın rəhbəri dünyada və regionda mövcud olan mühüm təhlükəszilik problemlərinə də toxundu: “Əgər terrorizm və iğtişaş təhükəsinə qarşı atılan addımlar həqiqəti və düzgünlüyü əks etdirməzsə, gələcəkdə onu həll etmək daha çətin olacaq və heç bir dövlət bu təhlükədən sığortalanmayacaq.”

O, amerikalıların terrorizmi yaxşı və pis olmaq üzrə iki qrupa böldüyünü dedi: “ABŞ terrorizmlə mübarizə şüarı verir, ancaq əməldə səmimiyyət göstərmir. Halbuki terrorizm istənilən formada pisdir, xalqlar və dövlətlər üçün təhlükəlidir. Təhlükəsizlik olmadan isə arzuolunan inkişaf baş verməyəcək.”

İki dövlətin əməkdaşlıq fəaliyyəti və imzaladığı müqavilələrə işarə edən Həzrət Ayətullah Xamenei ikitərəfli əməkdaşlıq fəaliyyətinin priaritetlərini də qeyd etdi: “İran və Cənubi Koreya arasında faydalı əməkdaşlılqar formalaşa bilər, ancaq bizim əməkdaşlıq priaritetlərimiz təkcə ticarət və biznes deyil. Elə müqavilələr bağlanmalıdır ki, İranın infrastruktur və iqtisadiyyat sahəsində ehtiyac duyduğu məsələləri ehtiva etsin.”

İnqilabın rəhbəri bildirdi ki, iki dövlət arasında bağlanmış müqavilələrin kənar hadisələrin təsirinə məruz qalmaması onların əməkdaşlıq əlaqələrinin əsas şərtlərindəndir: “İranla Cənubi Koreyanın əlaqələri ABŞ-ın nüfuzu, qərəzli addımları və sanksiyalarından asılı olmamalı, əksinə davamlı, stabil, güclü və səmimi olmalıdır.”

O, iki ölkənin nisbətən uzun sürən, lakin eniş və yoxuşlarla müşayiət olunan tarixinə işarə edərək dedi: “Xoşbəxtlikdən Cənubi Koreya dövləti hal-hazırda əlverişli və dost dövlətdir. İran da stabil əməkdaşlıqları artırmaq üçün potensiallara, o cümlədən, istedadlı, təhsilli və gənc işçi qüvvəsinə malikdir.”

Dövlət başçısı Cənab Ruhaninin də iştirak etdiyi bu görüşdə Cənubi Koreya Respublikasının prezidenti xanım Park Geun-hyen Tehran səfərinin ikitərəfli əlaqələrin inkişafı və qarşılıqlı etimadın artırılması istiqamətində qiymətli bir fürsət olduğunu dedi: “Biz sanksiyalar dövründə də imkan daxilində İrana gəlişimizi davam etdirməyə çalışırdıq.”

Cənubi Koreya Respublikasının prezidenti İranın məhsuldar işçi qüvvəsi və müstəsna coğrafi mövqeyə malik olduğunu dedi: “Ümidvarıq ki, gələcəkdə iki ölkənin xüsusilə, iqtisadi əlaqələri inkişaf edəcək.”

Xanım Park Geun-hyen İslam inqilabı rəhbərinin İranın iqtisadi inkişafı, habelə özünütəmin prinsipinə əsaslanan elmi, iqtisadi və sənaye inkişafı ilə bağlı fikirlərinə işarə edərək dedi: “Əminəm ki, sizin İran dövlətinin inqtisadi inkişafına göstərdiyiniz xüsusi diqqət və qayğı ölkəniz üçün çox yaxşı gələcək vəd edir. Biz də ekalogiya, elm, texnalogiya, iqtisadiyyat və sair sahələrdəki əməkdaşlığımızı artırmağa hazırıq.”

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /