Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sionist rejimin Hizbullah qorxusu keçən illərlə müqayisədə daha çoxdur

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra Fələstin İslami Cihad Hərəkatının baş katibi Cənab Ramazan Abdullah və onu müşayiət edən nümayəndə heyəti ilə görüşü zamanı regionun mövcud vəziyyətinin ümumi analizini verdi və bildirdi ki, cərəyan edən hadisələrin kökündə regionu istila etmək üçün Qərb cəbhəsinin ABŞ-ın rəhbərliyi ilə İslam cəbhəsinə qarşı irimiqyaslı müharibə aparmaq səyləri dayanır: “Hal-hazırda regionda cərəyan edən irimiqyaslı müharibə 37 il bundan əvvəl İran İslam Respublikasına qarşı başladılmış müharibənin davamıdır. Bu qarşıdurmada Fələstin məsələsi əsas və prinsipial məsələdir. İran İslam Respublikası Fələstinin himayəsini lap əvvəldən öz vəzifəsi hesab etdiyi kimi, gələcəkdə də bu vəzifəyə əməl edəcək.”

İslam inqilabının rəhbəri vurğuladı ki, İran İslam Respublikasının Fələstin məsələsindəki mövqeyi periodik mövqe olmamış və deyildir: “İslam inqilabının qələbəsindən qabaq, mübarizə dövründə Fələstini himayə və  sionist rejimə qarşı mübarizənin vacibliyi mövqeyi İmam Xomeyni (r.ə) trəfindən dəfələrlə bəyan edilmişdir. İslam inqilabının qələbəsindən sonra da Fələstin xalqının himayəsi bizim priaritet işlərimizdən olmuşdur. Buna görə də Fələstin ideyalarının müdafiəsi təbii olaraq İran İslam Respublikasının mahiyyətində yer alıb.”

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam inqilabı elə bir şəraitdə qələbə çaldı ki, amerikalılar regionda iqtidarlarının zirvəsində idilər, bütün hadisələr üzdə ABŞ-ın xeyrinə cərəyan edirdi. Lakin İslam inqilabı müsəlman cəmiyyətinin bədəninə yeni bir ruh üfürdü və regiondakı şəraiti tamamilə dəyişdi.”

O, İslam inqilabını diz çökdürmək və İslam sisteminin öz mövqelərindən geri çəkilməsi üçün göstərilən müxtəlif və genişmiqyaslı siyasi, iqtisadi, hətta hərbi təzyiqlərə işarə edərək dedi: “Hal-hazırda regionda cərəyan edən hadisələr, əslində, ABŞ-ın İran İslam Sistemi ilə qarşıdurmasının davamıdır.”

İslam inqilabının rəhbəri ABŞ-ın rəhbərliyi ilə Qərb cəbhəsinin İslam cəbhəsinə qarşı apardığı irimiqyaslı müharibənin əsl məqsədinin regionu istila etmək olduğunu bildirdi: “Regionda cərəyan edən hadisləri bu aspektdən araşdırıb analiz etmək lazımdır. Bu kontekstdə Suriya, İraq, Livan və Hizbullah məsələləri sözügedən genişmiqyaslı qarşıdurmanın cüzi hissəsidir.”

“Belə bir şəraitdə Fələstini müdafiə İslamı müdafiənin simvoludur”, - deyə açıqlama verən Həzrət Ayətullah Xamenei dedi: “İmperialist cəbhə bu qarşıdurmanı sünni və şiə müharibəsi kimi tanıtdırmağa çalışır.”

O, Suriyanın şiə dövləti olmadığına işarə edərək bildirdi: “İran İslam Respublikası Suriya dövlətini himayə edir. Çünki Suriya qarşısında mövqe tutmuş şəxslər əslində, əsl İslama qarşı olan, ABŞ və  sionist rejimin maraqlarına xidmət edən şəxslərdir.”

İslam inqilabının rəhbəri şiə və sünni qarşıdrumasının ABŞ və müstəmləkəçi layihəsi olduğunu qeyd etdi: “Regionun hal-hazırkı vəziyyətində ən mühüm məsələ bu genişmiqyaslı münaqişənin iki əsas cəbhəsini yaxşı tanımaq və öz mövqeyini düzgün müəyyən etməkdir. Çünki iki cəbhə arasındakı konturlar düzgün müəyyən edilməzsə, istəmədən İslam cəbhəsi qarşında mövqe ala bilərik.”

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İran İslam Respublikası regionun problemlərinə bu cür makro baxış əsasında əsl düşmənin ABŞ, arxasında duran qüvvənin isə  sionist rejimi olduğunu hesab edir: “İran Fələstinin müdafiəsini hər zaman öz vəzifəsi bilir və bu vəzifəsinə davam edəcək.”

O, son illərdə ABŞ və ardıcıllarının İslam sisteminə qarşı tətbiq etdiyi analoqu olmayan genişmiqyaslı sanksiyalarına işarə edərək dedi: “Bu sanksiyaların əsas məqsədi İran İslam Respublikasını tutduğu yoldan daşındırmaqdır. Ancaq onlar öz məqsədlərinə nail ola bilmədilər, gələcəkdə də nəticə əldə etməyəcəklər.”

İslam inqilabının rəhbəri vurğuladı: “Biz Allahın verdiyi vədə əsasən bu qarşıdurmada qalib gələcəyimizə inanırıq. Bu günə qədər də qalib olmuşuq. Düşmən İslam Respublikasını məhv etmək niyyətindədir. Ancaq bu gün İslam sistemi nəinki mövcddur, hətta günbəgün müxtəlif sahələrdə inkişaf etmişdir.”

Həzrət Ayətullah Xamenei həmçinin, Fələstin İslami Cihad Hərəkatının baş katibinin Livanın Hizbullah partiyasına daha çox təzyiq göstərmək üçün atılan bəzi addımlarla bağlı qeyd etdiyi fikirlərə işarə edərək dedi: “Hizbullah bu addımlardan xəsarət almayacaq qədər güclüdür. Hal-hazırda  sionist rejimin Hizbullah qorxusu keçən illərdəkindən daha çoxdur.”

O, Allahın haqq cəbhəsinin qələbəsi ilə bağlı vədinin reallaşacağına işarə edərək dedi: “Bu qələbə mütləqdir. Enişləri və yoxuşları olsa da, Allahın ilahi dinin yardımçıları ilə bağlı verdiyi vəd dəyişməzdir.”

Bu görüşün əvvəlində Fələstin İslami Cihad Hərəkatının baş katibi cənab Ramazan Abdullah İran İslam Respublikasına Fələstinin mövqeyini himayə etdiyinə və sərgilədiyi mövqelərə görə təşəkkür etdi və Qərb sahili və Qəzza zolağında cərəyan edən son hadisələr haqqında məlumat verdi: “ Mühasirənin davam etməsinə və şəraitin daha da ağırlaşmasına baxmayaraq, Qəzza əhalisi qətiyyətli duruş və müqavimət göstərir. Qərb sahilində  sionist rejiminin güclü repressiyalarına baxmayaraq, Fələstinin gənc nəslinin iradəsi və əzmkar intifazə şölələri baş qaldırmışdır. ”

O, Fələstində müqavimət qüvvələrinin günbəgün artmaqda olan yüksəlişlərinə və onun təsəvvürə gəlməz potensiallarına işarə edərək regionda cərəyan edən hadisələrdən danışdı: “Amerikalılar və onlara tabe olan dövlətlər qarşılarına qoyduları planlarında İran İslam Respublikasını həqiqəti olmayan bir simada təqdim etmək,  sionist rejiminin unudulması, həmçinin şiə-sünni müharibəsi salmaqla regionu parçalamaq məqsədi güdürlər. Bu cəhətdən Livanın Hizbullahına qarşı təzyiqlər artmışdır. Ancaq Fələstinin İslami Cihad Hərəkatı cərəyan edən hadisləri düzgün analiz edərək Hizbullahı himayə, ABŞ və  sionist rejiminə müqavimət göstərməkdə israr edir.”

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /