Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İnkişafın İran – İslam Modeli olmadan İslam mədəniyyətini reallaşdırmaq mümkün deyil

Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei bu gün günün birinci yarısı İnkişafın İran – İslam Modeli Mərkəzinin Ali Şurasının üzvləri ilə görüşü zamanı bildirdi ki, İslam inqilabının məqsədi “İslam mədəniyyətini reallaşdırmaq”dır. O, dünyanın mövcud inkişaf modellərinin yanlış və faydasız prinsiplərə malik olmasından, yeni İran – İslam modelinin təqdim edilməsi zərurətindən danışaraq “Mübarizə və inqilab”, “İslam mənbələri və elmi mərkəzlərin zəngin və güclü potensialından istifadə” “Elmin gücündən istifadə” və “Diskurs yaradılması”nı “İnkişafın İran – İslam Modeli”nin yaradılması və kodifikasiyasının zəruri şərtlərindən olduğunu dedi.

İslam inqilabının hədəf və məqsədlərini reallaşdırmaq üçün müəyyən edilmiş beş mərhələ və onlarla inkişaf model arasında mövcud olan tənasübə işarə edən Ayətullah Xamenei cənabları fikrini belə ifadə etdi: “Bu prosesdə birinci mərhələ İslam inqilabını formalaşdırmaqdan ibarətdir. Bundan sonra dərhal İslam sistemini yaratmaq lazımdır. İmam Xomeyninin (r.ə) də məharəti onda idi ki, İslam sistemini yaratmışdı”.

İnqilabın Rəhbəri bu gün də içində olduğumuz üçüncü mərhələni “İslam dövlətinin təşəkkülü” ndən, yəni tamamilə İslam meyarlarına əsaslanan bir dövlət yaratmaqdan ibarət olduğunu bəyan etdi: “Nə qədər ki, bu mərhələnin prinsipləri tam şəkildə həyata keçirilməyəcək, “İslam cəmiyyətinin təşkili” mərhələsinə növbə çatmayacaq. Belə olan təqdirdə İslami prinsiplər əsasında yaşamaq mövzusu da cəmiyyətdə sırf diskurs səviyyəsində qalacaqdır”.

O, İslam inqilabının hədəf və məqsədlərinin beşinci mərhələsinin “İslam mədəniyyəti”nin reallaşdırılmasından ibarət olduğunu söylədi: “İslam mədəniyyəti ölkələri fəth etmək deyil, xalqların təfəkkür tərzinin İslamdan təsirlənməsidir”.

İnkişafın İran – İslam Modelinin yaradılmasını “İslam mədəniyyəti”nin zəruri şərti olduğunu söyləyən və “Nə üçün dünyanın sınaqdan çıxmış mövcud modelləri bizim üçün arzuolunan model ola bilməz?” sualına cavab verən Ayətullah Xamenei cənabları fikrini belə ifadə etdi: “İnkişafın geniş yayılmış modelləri qeyri-dini, yanlış və humanist prinsiplərə əsaslanır. Bundan əlavə, azadlıq və ədalət kimi dəyərlərin təmin edilməsi kontekstində verilən vədlərin heç biri həyata keçirilməmiş, bu istiqamətdə heç bir nəticə hasil edilməmişdir”.

Bu modelləri tətbiq edən bəzi ölkələrin vəziyyətinin ürəkaçan olmaması, onların böyük maliyyə borcları, işsizlik, yoxsulluq, böyük sinfi fərqlər kimi problemlərlə qarşılaşmasını bu modellərin yetərsizliyinin nəticələrindən olduğunu söyləyən İnqilabın rəhbəri fikrini belə izah etdi: “Bu ölkələr müəyyən inkişaflara nail olsalar da, həmin inkişaflar cəmiyyətlərin dərinliklərinə nüfuz edə bilməmiş, “əxlaq, ədalət, mənəviyyat və təhlükəsizlik”ə nail olmamışlar. Buna görə də biz İslam prinsipləri və İran mədəniyyətinə əsaslanan yerli inkişaf modeli təqdim etməliyik”.

O, inkişaf modelininin “İslami olması”nı işin əsas cəhəti olduğunu dedi: “Bu məqsədin həyata keçməsi üçün dərin İslami araşdırmalar aparılmalı, elmi mərkəzlər, fəlsəfi, teoloji və fiqhi əsasları çox yaxşı mənimsəmiş ayıq və mütəfəkkir elm adamları ilə davamlı və sıxı əlaqələr yaradılmalıdır”.

Həzrət Ayətullah Xamenei İnkişafın İran – İslam Modeli sərlövhəsindəki İran yönünün də çox mühüm əhəmiyyət daşıdığına işarə edərək dedi: “İran bu modelin reallaşması üçün bir potensialdır. Əgər ölkənin mədəniyyəti, tarixi, coğrafiyası, iqlimi, adət-ənənələri, təbii və insan resursları nəzərə alınmazsa, inkişaf modeli reallaşmayacaq və istifadəyə yararsız olacaq”.

O, “elmi tənzimləmə”, “model haqqında müzakirələr və fikir mübadilələrinin aparaılmasına zəmin yaradılması”, “modelin malik olduğu xüsusiyyətləri ilə dünyada mövcud olan məktəblər və model versiyalarının malik olduğu xüsusiyyətlərin fərqli cəhətlərinin müəyyən edilməsi”, “ideyalar və reallıqlara birlikdə diqqət yetirilməsi”, “praktikilik” və “əks fikirlərə qarşı elmi güc və müqavimətdən istifadə”ni İnkişafın İran - İslam modelinin yardılmasının zəruri şərtlərindən olduğunu bildirdi.

Ayətullah Xamenei cənabları çıxışının davamında İnkişafın İran – İslam Modeli Mərkəzinin Ali Şurasının üzvlərinə bir neçə tövsiyə də verdi.

“Modelin işlənib hazırlanmasında tələskənliyə yol verilməməsi”, “Mərkəzin beş illik fəaliyyətinin nöqsan və qüsurlarının müəyyən edilməsi”, “Dünyanın geniş yayılmış inkişaf modellərinin ciddi və güclü tənqidi”, “Ciddi, mübariz və inqilabçı fəaliyyət, gənc, nikbin, mömin və inqilabçı tədqiqatçılardan istifadə”, “Dövlət idarələri ilə əlaqə ” və “Diskurs yaradılması” İslam inqilabı rəhbərinin İnkişafın İran – İslam Modeli Mərkəzinin Ali Şurasının üzvlərinə tövsiyələridir.

“Duskurs yaradılması”nın əhəmiyyətinə işarə edən Ayətullah Xamenei bunları əlavə etdi: “İmkanlardan istifadə edərkən elə duskurs yaradılmalıdır ki, İran - İslam Modeli gənclərin, yəni ölkəni idarə edəcək gələcək nəslin beyni və qəlbinə hakim diskursa çevrilsin”.

O, “iman və möhkəm etiqad”ı hər bir addımın müvəffəqiyyət şərti adlandırdı və İnkişafın İran – İslam Modeli Mərkəzinin Ali Şurasının rəhbəri və üzvlərinə təşəkkürünü bildirdi.

İslam inqilabının rəhbərinin çıxışından əvvəl İnkişafın İran – İslam Modeli Mərkəzinin Ali Şurasının rəhbəri doktor Vaizzadə cənabları mərkəzin fəaliyyət və proqramları, İran - İslam inkişafının təməl modelinin işlənib hazırlanması mərhələləri haqqında hesabat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /