Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ali Məqamlı Rəhbər Cənubi Afrika Respublikasının prezidenti ilə görüşdü

Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra   CAR-ın   prezidenti Ceykob Zuma ilə  görüşü zamanı iqtisadi-siyasi əməkdaşlıqların  artırılmasının zəruriliyinə toxunaraq demişdir: “Müstəqil dövlətlər bir-birlərinə daha da yaxın olmalı, bəzi böyük güclərin təxribatçı fəaliyyətlərinə baxmayaraq, öz əməkdaşlıqlarını artırmalıdırlar.”

”Həzrət Ayətullah Xamenei İslam inqilabının qələbəsindən sonra CAR-ın irqi ayrıseçkilik siyasəti yürüdən rejimi ilə əlaqələrini kəsdiklərinə işarə edərək demişdir: “İslam Respublikası demək olar ki, eyni vaxtda həm sionist, həm də CAR-ın apartayd (irqi ayrıseçkilik siyasəti yürüdən) rejimi ilə olan əlaqələrini kəsmişdir.”

Ayətullah   Xamenei   Nelson   Mandelanın   CAR-ın   irqçi   rejiminin   süquta uğradılmasında oynadığı danılmaz roldan,  İslam respublikası ilə olan qədim və səmimi əlaqələrindən söz açaraq bunları qeyd etmişdir: “Mandela və CAR əhalisinin apardığı əzmkar mübarizə sayəsində zalım və anti-insani rejim məhv edilmişdir. Əslində, Mandela bu uğuru ilə bütün Afrikanın mübarizə səhnəsinə yeni ruh bəxş etmişdir.”

O, İslam respublikasının CAR-a müsbət və  konstruktiv münasibət bəslədiyini vurğulamışdır: “İranla CAR arasında çox isti münasibətlər var. İki ölkənın beynəlxalq konvensiyalardakı əməkdaşlıqları çox effektivdir. Ancaq iqtisadi və ticari əlaqələr də hər iki ölkənin potensialları əsasında artırılmalıdır.”

Ayətullah Xamenei bu iki ölkənin Bitərəf Dövlətlər Hərəkatındakı fəaliyyətini əməkdaşlıq potensiallarından saymışdır: “Bu əməkdaşlıqlar bitərəf dövlətlərin hamısının xeyrinə olacaq.”

İnqilabın   rəhbəri:   “Ayrı-ayrı   sahələrdəki   əməkdaşlıqlarını   artırmaq   müstəqil dövlətlərin özlərinin xeyrinədir. Bəzi güclərin bu əməkdaşlıqlara  mane olmaq üçün göstərdikləri fəaliyyətlərə qarşı mübarizə aparmaq lazımdır.”

Dövlət başçısı Ruhani cənablarının da iştirak etdiyi bu görüşdə CAR-ın prezidenti Ceykob Zuma “apartayd” rejimi ilə mübarizədə İİR-in onun xalqına göstərdiyi yardıma görə öz təşəkkürünü bildirmişdir: “CAR əhalisi bu yardımları heç zaman unutmayacaq. Mandelanın İrana səfəri məhz bu yardımlara görə edilən təşəkkürün əməli təzahürüdür.” Cənab Zuma Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalara qarşı olduğunu bəyan edərək demişdir: “İki ölkə arasında mövcud olan əməkdaşlıqları artırmaq üçün çoxlu imkanlar var. Biz   iqtisadi və ticari əlaqələr  istiqamətində yeni  bir  səhifə açmağa çalışırıq.”

CAR prezidenti İnqilab rəhbərinin müstəqil dövlətlərin əməkdaşlıq zərurəti ilə bağlı   söylədiyi fikirlərə işarə   edərək bunları qeyd etmişdir: “Bəzi güclər müxtəlif bəhanələrlə müstəqil dövlətlər arasındakı əməkdaşlıqların formalaşmasına mane olurlar. Ancaq biz qlobal məsələlərdə birlik  və həmrəylik göstərərək mövcud  problemlərin çoxunu həll edə bilərik.”

BMT və Təhlükəsizlik Şurasının strukturunun dəyişdirilməsi səylərini əməkdaşlıq istiqamətlərindən biri hesab edən Cənab Zuma sözlərinə belə davam etmişdir: “Təhlükəsizlik Şurasına üzv dövlətlər dünya əhalisinin fikirləri və  ümumi konvensiyaları nəzərə almadan bu şuranın imkanlarından başqa dövlətlərə qarşı sui- istifadələr edirlər.”

CAR-ın prezidenti İran dövlətinin rəhbərliyi və İran xalqının parlaq təfəkkürü və müqavimətini yüksək qiymətləndirərək demişdir: “İran İslam Respublikası göstərdi ki, düşmənlə mübarizədə özünə güvənməklə mövcud problemləri həll etmək və hər kəsə gözəl bir örnək olmaq olar.”

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /