İslam İnqılabının Rəhbəri bu gün (çərşənbə) səhər Həzrət Fatimeyi Zəhranın (s) mübarək mövludu tədbirindəki bir qrup Əhli -Beyt (a) məddahları ilə görüşündə Əhli -Beyt (ə)-ın həyatından praktik mövzuların gündəmə gətirdilməsinin, mədhiyə programlarının daha çox dərinləşməsi və ondan təsirlənməsinə səbəb olacağını bildirdi və düşmənlərin İran xalqı və İslam nizamına qarşı öz bütün imkanlarından davamlı şəkildə istifadə etdikləri məsələsinə toxunaraq əlavə etdi: “ Bu günün və sabahın qarışıq vəziyyətində İranın mövcud mövqeyinin gücləndirilməsi və sağlamlaşdırılması üçün bütün siyasi, iqtisadi, sosial və müdafiə imkanlarından yararlanmaq lazımdır”.
Həzrət Fatimənin (s) mövludu münasibəti ilə təbriklərini bildirən İslam İnqilabının Rəhbəri Ayətullah Seyyid Əli Xamenei, Əhli-Beyt (ə) üçün məddahlıq etmək, mədhiyələr oxumağın insan üçün şərəf-iftixar olduğunu bildirdi və əlavə etdi: “Belə yayğın və dərin mənalı mədhiyyəçiliyin Şiə toplumunda xüsusi yeri vardır və bu görüşün daha da dərinləşdirilməsi və elmi baxımdan vüsət tapması üçün tələbə və tədqiqatçılar daha çox çalışmalıdırlar.
Həzrət Ayətullah Xamnei, Həzrət Fatimeyi-Zəhranın (s.ə) nurlu və uca məqamını dərk və bəyan etməyin həqiqətən də mümkünüz olduğunu vurağuladı və dedi: “Bununla belə, o həzrətin həyat tərzi və davranışı haqqında deyiləsi və öyrəniləsi çox şeylər var”.
İnqilab Rəhbəri, Xanım Fatimənin “İslam peyğəmbərin qızı” və “ Allahın vəlisinin həyat yoldaşı” olmasını, onun uca məqamı və şah-şöhrətinin göstəricisi olduğunu bildirdi və qeyd etdi: “O həzərtdə olan “Cənnət gənclərinin iki seyyidinin tərbiyəsi”, “ruhi və batini paklıq”, “qəlbin təmizliyi” kimi xüsusiyyətlər insanın fərdi və ictimai həyatında təqva ilə qoruya biləcəyi xüsusiyyətlərdəndir.
Məddahlar və şairlərə öz məhdiyə, şeir və mərsiyələrində bu xüsuslara yer verməyi tövsiyə edən İslam İnqilabıın Rəbəri vurğuladı: “Mənəvi məqamların zikri, ürəyə sevgi və aydınlıq gətirir, amma bu yetərli deyil, hər minbərdə İmamların həyatı haqqında praktiki dərslər və məlumatalar verilməli və vilayətin davamı üçün zəmin yaradılmalıdır”.
Şeir və mədhlərdə gündəmdəki məslələrin diqqətə alınmasının zəruriliyini vurğulayan İslam İnqilabının Rəbəri, dedi: “ Siyasi, iqtisadi, mədəni və hərbi zorakılığa söykənən imperialist güclər İslam inqilabı və İran xalqına zərbə vurmaq üçün heç nədən çəkinmirlər və bu həqiqətə göz yummaq olmaz”.
İnqilab düşmənlərinin İrana qarşı bütün keçmiş və yeni vasitələrdən istifadə etdiklərini vurğulayan İnqilab Rəhbəri təkidlə bildirdi: “Onlar öz məqsədlərinə çatmaq üçün “müzakirə, iqtisadi mübadilə, sanksiya, hərbi təhdidlər və bir çox başqa yollarlar”dan istifadə edirlər, bu yolda onların qarşısını almaq üçün bizim də bacarığımız olmalıdır”.
O, böyük güclərin İran xalqı üzərindəki hegemoluğunun hərbi gücə dayandığını bildirdi və bu sualla sözünə davam etdi: “Dünyaya hakim olan bu meşə şəraitli vəziyyətdə İslam Respublikası yalnız müzakirə, iqtisadi mübadilə, elm və texnologiya ilə məşğul olub müdafiə olunmasa, hətta kiçik dövlətlər belə İran millətini təhdid etməzlərmi?
Həzrət Ayətullah Xamenei, gələcək dünyanın “raket dövrü deyil, ancaq müzakirə dövrü”dür deyənləri sərt tənqid edərək bildirdi: “ Dövran, her şeyin dövranıdır; həm müzakirə, həm də raket dövrüdür! Yoxsa, rahat və açıq şəkildə İran xalqının haqqını yeyəcəklər”.
O, sözlərinə əlavə etdi: “Əgər bu sözlər məlumatsızlıqdan deyilsəydi nə isə, amma bilərəkdən deyilirsə, bu xəyanətdir”.
İnqilab Rəbəri, İranın modern və dəqiq raket nümayişini, Amerika və sionist rejimin əlindən qan ağlayan, lakin əllərindən heç nə gəlməyən xalqların sevincinə yol açmış olduğunu vurğulayaraq dedi: “Düşmənin davamlı şəkildə öz hərbi və raket gücünü artırdığı bir vaxtda, raket dövrunun geçdiyini necə düşünə bilərik”?
Həzrət Ayətullah Xamenei bu sözləri İnqilabın ilk vaxtlarında, müvəqqəti dövlətin bəzi üzvlərinin dediyi sözlərə bənzənti. Onlar deyirdilər ki, aldığımız F-14 qırıcılarını Amerikaya qaytaraq, bunlar bizim dərdimizə yaramır.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Həmin vaxt biz dözüb-dayandıq, lakin bir az sonra Səddam İrana hücum etdiyində müdafiə təçhizatına nə qədər ehtiyacımız olduğu ortaya çıxdı”.
İnqilab Rəhbəri diplomatik vasitə və siyasi müzakirələr sahəsində bəzi istisnalar olmaqla öz mövqeyini təkidlə vurğulayaraq bildirdi: “Bizim müzakirəyə qarşı olduğumuz haqqında təbliğat aparmasınlar, biz, aldadılmamaqdan ötəri güclü və ağıllı şəkildə müzakirələr aparılmalıdır, deyirik”.
O, Müqavimət İqtisadiyyatı haqqında da danışdı: “Sözlər və şüarların təkrarı yorucudur. Yalniz bunu deyim ki, “əməli tədbirlər” ölkənin iqtisadiyyatı və xalqın məişət həyatının yaxşılaşması üçündür.
İnqilab Rəhbəri sözünün davamında dedi: “İslam düşmənləri 37 ildir müxtəlif konspirasiyalara əl atmaqla İslam nizamının davamlı olamayacağını iddia edirlər. Ancaq, İran millətinin seçmiş olduğu bu nizam, inqılab dövrünün fidanı şəklindən çıxıb büyük və yaşıl bir ağaca çevrilmişdir. Bu həqiqət göstərir ki, inkişaf, iftixar və güçlənmək İslam nizamının zatındadır və hər gün bu nizam daha da güçlənib irəliləyəcəkdir”.
Ölkənin gələcək üfüqünün aydın və coşqulu olduğunu bildirən İslam İnqilabının Rəbəri mədhiyəçi və zakirlərə bu tövsiyələri etdi: “Öz mənalı şeirləriniz və sənətkarlıq bacarıqlarınız ilə dinləyiciləri ümidvar, çalışqan və bacarıqlı insanlara çevirməlisiniz, xalqın hidayət yoluna çatması, oyanması və bəsirtlərinin artırılmasını özünüzə ən əsas vəzifə bilməlisiniz”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir